Azərbaycanın tərəqqisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
03.10.2024 [16:57]
“Strateji və coğrafi cəhətdən əlverişli ərazidə yerləşən, Şərqlə Qərbi birləşdirən, mühüm tarixi ticarət yollarının keçdiyi, zəngin resurslara malik Azərbaycan tarixən işğalçıların hücumlarına məruz qalıb, talan edilmiş, dəfələrlə parçalanmışdır. Lakin elə bir gün gəldi ki, Azərbaycana da bir günəş doğdu, qaranlıq səması üzərindən qara buludları dağıtdı. O günəş ki, parlaq işıqları ilə Azərbaycan xalqının ümidinə çevrildi. O günəş – Azərbaycanın xilaskarı Ümummilli lider Heydər Əliyev idi”. Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayan - ölkəmizi 1990-cı illərin əvvəllərində siyasi xaos və qeyri-sabitlikdən çıxaran milli xilaskarımızdır. 1993-cü il, oktyabrın 3-də Heydər Əliyevin Prezident seçilməsi və rəhbərliyi ölkədə ictimai asayişin bərpa edilməsi, siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunması ilə tarixdə yadda qaldı. Ulu Öndər hadisələrə praqmatik yanaşan, Azərbaycanın taleyini düzgün qiymətləndirən və uzunmüddətli uğurlu qərarlar qəbul edən bir siyasi lider idi. O, qlobal səviyyədə düşünən və beynəlxalq arenada tarazlaşdırılmış siyasət yürüdən lider olaraq, həm daxili, həm də xarici siyasətdə dərin biliklərə malik olmuş və milli maraqları hər zaman üstün tutmuşdur. Ulu Öndər Azərbaycanın milli ideologiyasını - azərbaycançılıq məfkurəsini yaratmışdır. Bu ideologiya təkcə ölkə daxilində deyil, həm də dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən milli məfkurədir. Ulu Öndər, həmçinin nitq bacarığı ilə seçilən bir lider idi. Onun çıxışları dərin məntiqi, aydın və təsirli məzmunu ilə yadda qalan olmuşdur. O, öz fikirlərini cilalanmış şəkildə ifadə edərək auditoriya ilə uğurlu ünsiyyət qurma bacarığına malik idi. Milli və mənəvi dəyərlərə xüsusi önəm verən, dövlət müstəqilliyinin qorunması və gücləndirilməsi uğrunda mübarizə aparan bir lider idi. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin möhkəmləndirilməsi yolunda böyük işlər görmüşdür.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq arenada uğurlu diplomatiya ilə Ulu Öndərin gördüyü işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gücləndirilmişdir. O, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün ciddi səylər göstərmişdir. Heydər Əliyevin diplomatik uğurları Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş və ölkənin nüfuzunu artırmışdır.
Əzmkar və qətiyyətli lider Heydər Əliyev çətin anlarda milli mənafeləri qorumaq üçün öz iradəsi və uzaqgörənliyi, xüsusilə neft strategiyasının həyata keçirilməsində mühüm rol oynamışdır. Heydər Əliyevin iqtisadi siyasəti ölkəyə böyük investisiya axınını stimullaşdırmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemdəki yerini müəyyənləşdirmişdir. Onun neft strategiyası sayəsində 30 il öncə "Əsrin müqaviləsi" imzalanmış, bu da Azərbaycanın enerji sektorunda mühüm nailiyyətlərə səbəb olmuşdur. Bu strategiya Azərbaycanın iqtisadi inkişafının əsas dayaqlarından biri olmuşdur. Heydər Əliyev Azərbaycanın müasir hüquqi və demokratik dövlət kimi qurulmasında və inkişafında mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə Konstitusiya qəbul edilmiş, vətəndaş hüquqları və azadlıqları təmin olunmuş, demokratik islahatlar həyata keçirilmişdir. O, ölkəni iqtisadi tərəqqi yoluna çıxarmış, dayanıqlı inkişaf modeli yaratmış və Azərbaycanın strateji maraqlarını beynəlxalq səviyyədə müdafiə etmişdir.
“Ulu Öndərin yürütdüyü uğurlu siyasi rəhbərliyi cənab Prezident İlham Əliyev müvəffəqiyyətli davam etdirir. Bugün Azərbaycan xalqı hamılıqla liderinə inanır və arxalanır, çünki 30 il sonra ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandan milyonlarla azərbaycanlını öz doğma ata-baba yurduna qaytardı, ölkəmizin qanayan yarası – Qarabağ işğaldan azad edildi, həsrətə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi məhz qətiyyətli və əzmkar lider – cənab İlham Əliyevin uğurlu hərbi və siyasi rəhbərliyi altında təmin edildi. Azərbaycan xalqı liderinin ətrafında bir yumruq kimi birləşdi və özünün də dediyi kimi “Dəmir yumruq təkcə güc deyil, bu, həm də birlik deməkdir”. Ulu Öndərin varisi, dünya hərb tarixinə torpaqları geri qaytaran lider kimi adını yazdırmış cənab Prezident İlham Əliyev Azərbaycan xalqının dayaq nöqtəsi və güvən mənbəyidir”,-deyə Pərvanə Vəliyeva vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

