Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aşıq Ələsgər yaradıcılığı ümumbəşəri dəyərlərimizdəndir

Aşıq Ələsgər yaradıcılığı ümumbəşəri dəyərlərimizdəndir

03.10.2024 [15:06]

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Göyçə aşıq məktəbinin parlaq siması Aşıq Ələsgərin abidəsi ucaldıldı. Ustad aşığın abidəsinin açılış mərasimində Prezident cənab İlham Əliyev Dədə Ələsgərin yaradıcılığının Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmasından danışaraq, bildirib ki, bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik.

Xalqımızın ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs gətirən Aşıq Ələsgər Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunub. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb. Ürək dağlayan faktdır ki, azğın düşmən digər mədəni irsimiz kimi yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin abidəsini də dağıtdı, tar-mar etdi. Düşmən təkcə mədəni abidələrimizə deyil, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə də böyük ziyan vurdu. Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan soydaşlarımız öz doğma ocaqlarəndan didərgin düşdülər. Soydaşlarımız Ermənistanda qalan mədəni irsimizi, müqəddəs yerlərimizi, dədə-babalarının məzarlarını ziyarət edə bilmədilər.

Üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynadı.

“Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar.” Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin dərin məzmunlu nitqində söylədiyi bu sözlər deməyə əsas verir ki, xalqımızın tarixinə Qərbi Azərbaycana qayıdış da yazılacaq.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31