Ölkəmizin dilbər guşəsi – Cəbrayıl
03.10.2024 [15:03]
Aynurə Abbasova
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatının sədri
Özünün bənzərsizliyi ilə dünyada böyük əks-səda doğuran 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın öz əzəli torpaqlarını azad etməsi, azğınlaşmış Ermənistanın uzun müddət davam edən işğal siyasətinə son qoyulması ilə nəticələndi. Bu haqq savaşının hər günündə Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və biz buna nail olduq. Vətən müharibəsində Möhtəşəm Qələbə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini, ölkəmizin gücünü, Silahlı Qüvvələrimizin rəşadətini, əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın mübarizliyini bütün dünyaya göstərdi. Müdrik xalqımız bir yumruq kimi birləşdi, düşmənə sarsıdıcı zərbələr endirildi, düşmən torpalarımızdan “iti qovan kimi” qovuldu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanına çevrildi, hər bir günü bizim üçün bir qürur gününə çevrildi.
Möhtərəm Prezidentimizin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamı ilə hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.Xalqımız artıq rayonlarımızın işğal tarixlərini yox, azad olunduğu tarixləri qeyd edir. Cəbrayıl şəhərinin işğaldan azad olunması da strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdi və müharibənin sonrakı gedişatına böyük təsir göstərdi. Qeyd edək ki, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizləndi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl kəndləri düşmən işğalından azad olundu.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Möhtərəm Prezidentimiz İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda oldular. Möhtərəm Prezidentimiz Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı.
Artıq Azərbaycanda yeni bir dövr başlamışdır. Xalqımız bu dövrə alnı açıq, üzü ağ, başı uca daxil olur. Qəti əminik ki, bu dövrün saysız-hesabsız nailiyyətləri olacaqdır. Artıq “Böyük Qayıdış” layihəsi böyük uğurla həyata keçirilir. İşğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Cəbrayılda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yüzlərlə Cəbrayıl sakini artıq öz dədə - baba yurduna qovuşmuşdur. Ötən müddətdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin təməli qoyulmuş, Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılmışdır. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılmış, bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulmuşdur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri və Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilmişdir. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılmışdır. Burada da sakinlərin məşğulluğunun təminatı ilə bağlı bütün zəruri tədbirlər görüləcəkdir.
Artıq "Cəbrayıl" qovşaq yarımstansiyasının da açılışı həyata keçirilmişdir. Azərbaycanın ümumi enerji sisteminə yeni töhfə olan yarımstansiya Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edərək ixrac imkanlarını artırmaq baxımından da xüsusi önəm daşıyır. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə "Azərenerji" tərəfindən tikilən 25 su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün "Cəbrayıl" enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir. Perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün "Cəbrayıl" qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.
İşğaldan azad edilən ərazilərimizdə, o cümlədən Cəbrayılda sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, soydaşlarımızın öz doğma yurd – yuvalarına qayıtması, yeni – yeni kəndlərin, qəsəbələrin, mühüm obyektlərin təməlinin qoyulması tezliklə doğma Qarabağımızın və Şərqi Zəngəzurumuzun müstəqil, suveren Azərbaycanımızın ən dilbər güşələrindən birinə çevriləcəyindən xəbər verir.
Xəbər lenti
Hamısına baxSiyasət
04 Dekabr 10:57
Siyasət
04 Dekabr 10:52
Sosial
04 Dekabr 10:52
Mədəniyyət
04 Dekabr 10:48
İqtisadiyyat
04 Dekabr 10:48
İqtisadiyyat
04 Dekabr 10:37
Sosial
04 Dekabr 10:35
Hadisə
04 Dekabr 10:34
İqtisadiyyat
04 Dekabr 10:33
İqtisadiyyat
04 Dekabr 10:29
Siyasət
04 Dekabr 10:14
Analitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38