Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı metrosunda iş rejimi gücləndiriləcək

Bakı metrosunda iş rejimi gücləndiriləcək

03.10.2024 [14:53]

Bu gün “Qarabağ” futbol klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdirilir.

QSC-dən AZƏRTAC-a bildirilib ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, bir sıra əlavə tədbirlər görüləcək.

““Bakı Metropoliteni QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq. Zərurət yaranacağı təqdirdə, xəttə ehtiyat qatarlar buraxmaq üçün hazır vəziyyətdə olacaq. Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək”, - deyə QSC-nin yaydığı məlumatda bildirilir.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30