Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tayvanda xəstəxanadakı yanğında 8 nəfər ölüb

Tayvanda xəstəxanadakı yanğında 8 nəfər ölüb

03.10.2024 [14:53]

Çinin Tayvan adasında xəstəxanada baş verən güclü yanğın nəticəsində azı 8 nəfər ölüb.

AZƏRTAC Tayvan mediasına istinadla xəbər verir ki, hadisə Pintun rayonunda səhər saatlarında baş verib. Yerli yanğınla mübarizə bölməsi səhər saat 7:41-də Antay Tien-şen xəstəxanasında yanğın başlaması barədə məlumat alıb. Dərhal əraziyə yanğınsöndürən briqadalar cəlb olunub. Xilasedicilərin yanğın baş verən binadan huşsuz vəziyyətdə tapdığı 8 nəfər xəstəxanaya çatdırılsa da, onların artıq öldüyü məlum olub. Yanğın söndürülsə də, binada axtarış işləri davam edir.

İlkin ehtimala əsasən yanğın binanın havalandırma sistemində başlayıb. Ölənlərin çoxu xəstəxanada stasionar müalicə alan yaşlı insanlar olub.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31