Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beynəlxalq konfransın iştirakçıları Ağdərədə aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər

Beynəlxalq konfransın iştirakçıları Ağdərədə aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər

03.10.2024 [14:51]

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə birgə Ağdərə rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kütləvi məzarlıqda Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid meyit qalıqları aşkar edilib.

Qonaqlara məlumat verilib ki, bir ay ərzində burada 6 nöqtədə qazıntı işləri aparılıb və insan sümüklərinin qalıqları aşkarlanıb. Ərazidə digər insan qalıqlarının olması da ehtimal edilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) işçi qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib: “Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib. Həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin cəsədlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şahidlərin ifadələrinə əsasən, burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük avtomobili vurulub. Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi avtomobilin qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və 2 fərdi məzarlıq aşkar edilib”.

Qonaqlar, həmçinin ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini izləyiblər.

Qeyd edək ki, oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans təşkil olunub.

Paylaş:
Baxılıb: 186 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31