Xalqı səfərbər edən əsas məsələ - Qərbi Azərbaycana ləyaqətli qayıdış
03.10.2024 [11:58]
Zaman-zaman Azərbaycan bir sıra faciələrlə üzləşib. İmperialist güc mərkəzlərinin məkrli planları əsasında tarixi torpaqlarımızda - Qərbi Azərbaycanda Ermənistan adlı saxta dövlətin qurulması, yüz minlərlə soydaşımızın yurd yerlərindən zorla çıxarılması da bu sırada yer alır. Yüz illiklər boyunca xalqımızın tarixi torpaqlarında yaşamaq hüququ pozulub. İndi isə zaman çatıb ki, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı təmin edilsin. Ermənistan hökuməti beynəlxalq konvensiyalara hörmətlə yanaşaraq soydaşlarımızın bu hüququnu tanımalı, Qərbi Azərbaycan icmasının ləyaqətli şəkildə qayıdışı üçün üzərinə öhdəliklər götürməli və müvafiq təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməlidir.
Haqqı tapdanan yüz minlərlə soydaşımızı əhatə edən Qərbi Azərbaycan icması
Qərbi Azərbaycan icması bir toplum olaraq haqqı tapdanan yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb. Yəni bugünkü Ermənistan Azərbaycanın Qərb bölgələrində yaradılıb və həmin ərazilərdən aborogen sakinlər olan azərbaycanlılar iradələrinin əksinə olaraq zorla çıxarılıblar, müxtəlif dönəmlərdə amansız deportasiyalara məruz qalıblar.
Bu məkrli plan bir neçə mərhələdə reallaşdırılıb. XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Burada “deportasiya” sözü yalnız soydaşlarımızın qurub-yaratdıqları evlərdən çıxarılması və köçürülməsi anlamında qəbul edilməməlidir. Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib. Belə ki, bəhs olunan ərazilərdən azərbaycanlıların didərgin salınmaları, müxtəlif adlar altında sürgünə göndərilmələri dini-mədəni abidələrimizin dağıdılması, qədim toponimlərimizin dəyişdirlib eybəcər adlarla əvəzlənmsi, hətta qəbiristanlıqların belə təhqirlərə məruz qalması ilə müşayiət olunub. Bu, əslində etnik təmizləmə, mono-etnik dövlət qurmaq siyasəti idi. 1970-1980-ci illərdə - böyük siyasətçi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründə bu proseslərin qarşısı alınıb, xalqımız Ermənistan ərazisində növbəti deportasiya və etnik təmizləməyə məruz qalmayıb. Lakin 1987-ci ildə Heydər Əliyevin keçmiş ittifaq rəhbərliyindən uzaqlaşması ilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın növbəti qara günləri başlayıb. Belə ki, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu mərhələsi həyata keçirilib. Ağır işgəncələrlə, çoxlu sayda insanın məqsədli şəkildə qətlə yetirilməsi ilə müşayiət olunan sonuncu deportasiya tariximizə ən amansız deportasiya kimi düşüb. Xatırladaq ki, həmin dövrdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar. Verilən məlumatlara əsasən, azərbaycanlıların Ermənistan ərazisində yerləşən ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından artıq təşkil edir ki, beynəlxalq qiymətləndirmə standartlarına görə 37 ildən sonra bu gün həmin rəqəm 1 trilyon ABŞ dollarına çatmaqdadır. Bu itkilərin üzərinə soydaşlarımıza dəyən mənəvi ziyanı, onların keçirdikləri stresləri də əlavə etsək, mənzərə barədə konkret təsəvvür yaranar.
Bu günün hədəfi...
İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə müstəqil Azərbaycanın gündəliyinin əsas məsələsi ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq artıq bu hədəflərimizə çatmışıq. Ancaq Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, biz bu qələbələrimizi uzun müddət istismar edə bilmərik. Bəli, 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində əldə olunan zəfərlər tarixi əhəmiyyət daşıyır və onların önəmi çox böyükdür. Bununla belə, cəmiyyətimiz yeni ümummilli ideyalarla silahlanmalıdır.
Yeni mərhələdə qarşımızda dayanan əsas hədəflərdən biri soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdışının təmin edilməsinə nail olmaqdır. Hazırda bu məsələ cəmiyyətimizi səfərbər edən əsas ümummilli ideyaya çevrilib. Qeyd edək ki, soydaşlarımızın qədim yurd yerlərimizdən zorla çıxarılması kimi tarixi ədalətsizliyə, faciələrə ilk dəfə böyük siyasətçi Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Sabiq Prezident bununla bağlı 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqustun 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” fərmanlar imzalayıb.
Sonrakı mərhələdə bu siyasəti eyni ardıcıllıqla Prezident İlham Əliyev davam etdirib. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış ideyası məhz dövlətimizin başçısı tərəfindən gündəmə gətirilib. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz fikirlərini ifadə edib. Son 20 ildə dövlətimizin başçısının imzaladığı bir sıra sənədlər, o cümlədən Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyinin keçirilməsi, Bakıda onun abidəsinin ucaldılması soydaşlarımızın Qərbi Azərbaycana qaydışı üçün mənəvi zəmin formalaşdırır. Çox doğru olaraq Aşıq Ələsgərin bu günlərdə Bakıda dövlətimizin başçısının iştirakı ilə açılışı keçirilən abidəsi təkcə Qərbi Azərbaycan icmasının üzvlərini deyil, bütövlükdə xalqımızı vahid amal uğrunda birləşdirən bir rəmz kimi qəbul olunur. Abidənin kompozisiyası da elə bu ideyanı özündə ehtiva edir.
Azərbaycan Prezidenti sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan siyasət həyata keçirir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunması Qayıdış Konsepsiyasının əsas hədəfini təşkil edir. Qayıdış Konsepsiyası beynəlxalq hüquqa və təcrübəyə əsaslanır. Ermənistan hakimiyyəti respublikamızda Qərbi Azərbaycan icmasının tarixi torpaqlarımıza qayıdışı ilə bağlı müzakirələrin aparılmasını Azərbaycanın bu dövlətə qarşı ərazi iddiaları irəli sürməsi anlamında təqdim edir. Bu, kökündən yanlışdır və Ermənistanın siyasi rəhbərliyinin növbəti dəfə məsuliyyətdən yayınmaq, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır.
Addım-addım Qərbi Azərbaycana doğru...
Azərbaycan Prezidenti Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında diqqəti cəmiyyətimizdə, xalqımızda soydaşlarımızın Qərbi Azərbaycana qayıdacaqlarına böyük inam olduğuna yönəldib. Bəli, bu, əsas şərtdir. Biz məhz böyük inamımızın və əlbəttə ki, gücümüzün sayəsində 44 günlük müharibəni, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərini zəfərlərlə başa vurduq. Şübhə yoxdur ki, Qərbi Azərbaycana qayıdacağımıza olan inamımız da mütləq həyatda tədiqini tapacaq.
Artıq bu istiqamətdə praktiki müstəvidə əməli fəaliyyətlər həyata keçirilir. Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq gündəliyə çıxarılması mühüm hadisədir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin verdiyi məlumata əsasən, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın 220-dən çox bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının yeddi sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru addım-addım irəliləyirik.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32
Dünya
02 Dekabr 23:19