Dünyanın nəzərləri Bakıya yönələcək
03.10.2024 [11:33]
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib
İndiyədək bir sıra beynəlxalq forumların, idman yarışlarının keçirilməsində zəngin təcrübə qazanmış Azərbaycan noyabr ayında qlobal əhəmiyyət daşıyan növbəti mühüm tədbirə - COP29 iqlim konfrasına ev sahibliyi edəcək. Ölkəmizin COP29-a ev sahibliyi hüququ ötən ilin dekabrında Dubayda baş tutan COP28 konfransı çərçivəsində təsdiqlənib. Azərbaycanın namizədliyi Şərqi Avropa Bürosundan irəli sürülüb və təxminən 200 dövlət tərəfindən yekdilliklə dəstəklənib. Beynəlxalq birliyin bu etimadını böyük məsuliyyət kimi qəbul edən Azərbaycan ötən dövrdə noyabrda ev sahibliyi edəcəyi tədbirə ciddi hazırlıq həyata keçirib və işlər artıq yekunlaşmaq üzrədir. Oktyabrın 1-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin yeddinci iclası keçirilib.
Dövlətimizin başçısının daim diqqət mərkəzində saxladığı hazırlıq prosesi
Çoxlu sayda qonağın qatılacağı və mühüm iqlim çağırışlarının müzakirələrinin aparılacağı COP29-a hazırlaşmaq üçün Azərbaycanın cəmi bir il vaxtı var idi. Buna görə də müvafiq Tədbirlər Planı əsasında nəzərdə tutulan layihələr intensiv şəkildə və yüksək keyfiyyətlə reallaşdırılır. Təşkilat Komitəsinin yeddinci iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddət ərzində COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işləri qeyd edib. Prezident İlham Əliyevin COP29-a hazırlıq prosesini daimi olaraq diqqətdə saxladığını qeyd edən Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının sentyabrın 10-da Bakı Olimpiya Stadionunda COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olaraq müvafiq tapşırıq və göstərişlər verdiyini diqqətə çatdırıb.
Samir Nuriyev sentyabrın 22-23-də Nyu-Yorkda keçirilmiş “Gələcəyin Sammiti”ndə, daha sonra isə BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində bir sıra dövlət və hökumət başçılarının öz çıxışlarında COP29-a istinad etməsinə toxunaraq, noyabr ayında bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirib.
Prezident Administrasiyasının rəhbəri sentyabr ayında COP29 Sədrliyi tərəfindən Bakıda müxtəlif vacib tədbirlərin təşkil olunduğunu bildirərək, İtki və Zərər Fondunun 3-cü iclasını xüsusi qeyd edib. Təşkilat Komitəsinin sədri hazırda davam edən Bakı İqlim Həftəsinin əldə etdiyi nəticələrin davamlı olacağına inamını ifadə edib, qarşıdan gələn tədbirlər arasında oktyabrın 10-11-də keçiriləcək Pre-COP tədbirinin vacibliyini vurğulayıb.
Samir Nuriyev Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin COP29-da iştirakından irəli gələn məsələlərin həlli ilə bağlı verdiyi tapşırığın həm bu ölkələr, həm də inklüzivliyin təmin olunması nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını bildirib.
Təşkilat Komitəsinin sədri dövlət qurumlarının COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə çoxsaylı tədbirlər keçirəcəklərini qeyd edib.
Samir Nuriyev Azərbaycan QHT-lərinin “Gələcəyin Sammiti”nin işində fəal iştirak etdiklərini və bunun nəticəsi olaraq 22 ölkədən 44 QHT nümayəndəsinin Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi inklüzivliklə bağlı addımlarını dəstəkləyən bəyanat verdiyini bildirib.
Bakı Olimpiya Stadionunda görülən işlər
Müvafiq Tədbirlər Planına uyğun olaraq COP29-a hazırlıqla bağlı işlərin böyük bir qismi müasir idman qurğusu olan Bakı Olimpiya Stadionunda həyata keçirilir. İclasda Samir Nuriyev Bakı Olimpiya Stadionunda görülən işlər, nəqliyyatın təşkili, təhlükəsizlik, COP29 vizasının əldə edilməsi, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər haqqında danışaraq, onların həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Nyu-York İqlim Həftəsi ərzində keçirilmiş görüşlər də daxil olmaqla, COP29-la bağlı ümumi gedişat barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Bakı Olimpiya Stadionunda aparılan işlər və digər təşkilati-logistika məsələləri barədə çıxış edib.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilmiş görüşlər və digər substantiv məsələlər barədə danışıb.
Maliyyə naziri Samir Şərifov iqlim maliyyəsi, bu kontekstdə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıq barədə çıxış edib.
Elm və təhsil naziri Emin Əmrullayev COP29 zamanı təhsil müəssisələrinin fəaliyyətinin təşkili barədə məruzə edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev COP29 zamanı təhlükəsizliyin təmin edilməsi məsələləri barədə danışıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova COP29 ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülmüş işlər, o cümlədən “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verib.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova COP29 ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər və “Harmoniya” təşəbbüsü barədə danışıb.
İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Dekabr 15:52
Dünya
13 Dekabr 15:48
Sosial
13 Dekabr 15:46
Sosial
13 Dekabr 15:45
Dünya
13 Dekabr 15:41
Sosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:23
YAP xəbərləri
12 Dekabr 16:09
Hərbi
12 Dekabr 15:44
YAP xəbərləri
12 Dekabr 15:41
Xəbər lenti
12 Dekabr 15:39
YAP xəbərləri
12 Dekabr 15:37