1993-cü il 3 oktyabr - Qurtuluşdan modern dünya düzəninə doğru başlanan yolun tarixi
03.10.2024 [11:19]
1993-cü ilin 3 oktyabrı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə bağlı əlamətdar bir günlərdən biridir. Ümumiyyətlə, bu barədə düşünəndə Heydər Əliyevin Xilaskar obrazının təcəssüm tapdığı parlaq şəxsiyyəti üzərində dayanmalı oluruq. Heydər Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün azad, müstəqil, böyümüş, yenidən qurulmuş və ən əsası, Zəfər çalmış Azərbaycanımızın əsasını təşkil edir. Çünki Heydər Əliyev o liderlərdən oldu ki, nəinki xalqın qurtuluş, yenidən varolma qüdrətinə imza atdı, həmçinin millətinin həyatını sivil, modern dünya düzəninə uyğunlaşdırmağa nail oldu. 20 sentyabr 1994-cü il “Əsrin müqaviləsi”ndən uğurla başlayan bu yol sonradan çox böyük strateji əməkdaşlıqların əsasını qoydu. İlk dəfə olaraq dünyanın fövqəl və regional dövlətləri onun siyasəti ilə uyğunlaşmağa məcbur oldular, Azərbaycan dünyanın nəhəng dövlətləri ilə eyni sırada, eyni hüquqda dayandı və buna nail olmaq üçün Heydər Əliyevin dərin zəka və dünyagörüşü kifayət etdi.
Bu gündən geriyə baxanda - hər şeyə müqayisə yolu ilə nəzər yetirəndə 1990-cı illərin xaos və kataklizm dumanında milli müəyyənliyini itirmək təhlükəsi ilə üz-üzə qalan xalqın həyatında Ümummilli Lider Heydər Əliyevin hansı ölçüdə, böyük miqyasda rol oynadığı daha aydın və səhih boyalarla təhlilə gəlir.
1980-ci illərin sonlarından etibarən ölkə əvvəlcə yenidənqurma adı ilə göstərilən bir absurdun tamaşaçısı olmaq məcburiyyətini yaşadı, ardınca bu ümidlərin də fiaskoya uğraması prosesi başladı. Hakimiyyət insanı oyuncağa çevirir, siyasi hərc-mərclik içində çabalayan respublikanın müqəddəratı müəyyən maraqların, mənafelərin güdazına verilirdi. 1990-cı ilin 20 Yanvarında törədilən qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası, 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində var-gəl etmir, ölkə miqyasında qabaran başqa olayları dəf etməyə çalışırdı: 1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri, siyasət oyunları, ölkədə yaranan hərc-mərclik, milli-siyasi qarşıdurmadan törənən Gəncə hadisələri, hadisələrin vətəndaş müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni təfərrüatı ilə anlamağa kifayət edir.
Keçid dövrünün ovqatı böyük bir imperiyanın çökümündən sonra gerçəkləşən mədəni-mənəvi deqradasiyanın nəticəsi kimi pərvəriş tapırdı. Mədəniyyət və ənənəvi dəyərlər gözdən salınır, neçə onilliyin ədəbiyyatı nihilist yanaşmaların güdazına verilir, profanlaşma artır, elmin surroqatla əvəzlənməsi prosesi başlanırdı. Azərbaycan insanı da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi özgürlüyünü yaşayan xalq olaraq həm keçid dövrünün, həm də dünya səviyyəsində mövcud xaotik mərhələnin yükünü və ağrısını daşımağa məcbur edilmişdi. Yeni liderin gəlişinə, xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı, zəmanə öz qəhrəmanını gözləməkdə idi. Nəhayət, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə sabitlik hökm sürməyə başladı. Xalq şairi Məmməd Araz o illərdə yazırdı: “Prezidentin müdrikliyi ondaydı ki, o, özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı ondaydı ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi”.
Bəli, milli-mənəvi həyatımızda hökm sürmüş xaos və stixiyadan sonra Dahi işinə ehtiyacın növbəsi gəlmişdi və zamanın sükanını ahəngə xidməti ilə seçilənlərin öhdəsinə verməyin vaxtı idi. Dövrün qarışıqlığı - ölkədə hökm sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi. Bu yalnız hakimiyyətə qayıdış deyildi. Bir zaman görülən işlərin, bütün senzura və stereotiplərin üstündən adlanıb meydana qoyulan əməllərin bütövlənməsi, yenidən dövriyyəyə gətirilib tamamlanma şansı idi. İbrətlidir ki, tarix bu şansı digərinə deyil, elə istiqlal yollarında can qoymuş, məsləkini tərcümeyi-halına çevirmiş Seçilmişinə - Heydər Əliyevə həvalə etdi.
Heydər Əliyev 1993-cü ilin 3 oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da sübut etdi ki, ölkəni, xalqı idarəetmə missiyası əmin əllərdədir. Həmin o qarışıqlıq və xaos dövründə Heydər Əliyevin söylədiyi bir ibrətamiz fikir onun bütün fəaliyyət xəttini dəqiq xarakterizə edir: “Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz”. Heydər Əliyev yalnız milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi.
Heydər Əliyevin siyasətçi kimi gücü bunda idi. Əvvəlki inadla millətin yaddaş kultuna sədaqətinin bərpa edilməsi məsələsinə həssas yanaşmasında. 1990-cı illərdə dahi şairimiz Məhəmməd Füzulinin 500, Mirzə Cəlilin 128, ilk möhtəşəm söz abidəmiz olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin elmi ictimaiyyət tərəfindən beynəlxalq səviyyədə keçirilməsi ədəbi irsə layiqli münasibətin izharına ən yaxşı nümunə olmaqla yanaşı, dövlət başçısının hansı məsələlərdə dəstək aradığını, mənəvi ülfət tapdığını bəlli edirdi. Daha sonra bu missiya klassik sənətkarlarımızın taleyinə münasibətdə davamını tapmağa başladı. Klassiklərimizin yubileylərinin keçirilməsi barədə sərəncamlar imzalayan Heydər Əliyev qeyd edirdi ki, “Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”.
1993-cı illərdə yenidən hakimiyyətə gələn Heydər Əliyevin müasir ədəbiyyat kontekstində yerinə yetirdiyi “yaradıcılıq” missiyasının realizəsi bir tərəfdən klassik ədəbiyyatı yaşatmaqla bağlı idisə, digər tərəfdən çağdaş ədəbi prosesi gəlişdirmək məqsədilə atılan bir sıra addımlarla əlamətdar oldu; yaradıcılıq aləminə yeni istedadlı müəlliflərin gəlməsində rol oynayan, sonradan maddi çatışmazlıqlar ucbatından uzun fasilələrlə işıq üzü görən, hətta bağlanmaq təhlükəsi ilə üz-üzə duran ədəbi orqanların: “Azərbaycan”, “Literaturnı Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin ölkə prezidentinin xüsusi qərarı ilə müntəzəm surətdə ölkənin dövlət büdcəsindən maliyyələşdirilməsi ədəbi prosesin gəlişməsində əsaslı rol oynadı.
1993-cü ildən, Azərbaycan Respublikasının Prezidenti kimi ali missiyanı icra edəndən az sonra Ümummilli Lider bütün istiqamətlərdə ardıcıl, davamlı uğurlara, irəliləyişlərə imza atdı.
Heydər Əliyevin həyata keçirdiyi siyasət qlobal mahiyyətinə görə bənzərsiz tarixi mərhələdə Azərbaycanın gücünə və Azərbaycan ictimai fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistandan Qafqaza qədər dalğalanan siyasi ziddiyyətlərin Azərbaycana yansımaması, Azərbaycanın Şərqdə də, Qafqazda da müstəsna bir dünya dövləti kimi öz sabitliyini və hər mənada müstəqilliyini qoruyub saxlaması, Azərbaycanın Şərqdə unikal, tolerant bir Avropa dövləti kimi təzahür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mahiyyətinə ən mükəmməl və etibarlı sübutdur.
Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə o təsbit etdi. İqtisadi coğrafiyanı böyük quruculuq işləriylə, mənəvi coğrafiyanı isə milli-mənəvi dəyərlərin Azərbaycana qaytarılmasıyla gerçəkləşdirdi. Azərbaycanın qapılarını Dədə Qorqudun, Babəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cavidin, Şəhriyarın üzünə taybatay açmaqla, əslində, Azərbaycanın məfkurəvi necəliyini müəyyənləşdirdi. Bəli, 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə təkcə Azərbaycanı hərbi-siyasi böhrandan qurtarmaq üçün deyil, həm də Ümummilli Liderin 25 il əvvəl başladığı azərbaycançılıq əsərinin ən ciddi səhifələrini yaratmaq üçün dəvət etmişdir. Çünki bu mənəvi abidənin - siyasi Azərbaycanın sirri 1969-cu ildən başlayaraq Heydər Əliyevin üslubunda artıq kəşf olunmuşdur.
Elnarə Akimova
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Xəbər lenti
Hamısına baxSosial
13 Dekabr 15:20
Yeni texnologiyalar
13 Dekabr 15:05
Sosial
13 Dekabr 14:37
Sosial
13 Dekabr 14:28
Dünya
13 Dekabr 14:12
Xəbər lenti
13 Dekabr 14:12
Siyasət
13 Dekabr 14:01
Siyasət
13 Dekabr 13:18
Sosial
13 Dekabr 12:37
Sosial
13 Dekabr 12:35
İqtisadiyyat
13 Dekabr 12:18
Sosial
13 Dekabr 12:14
İdman
13 Dekabr 12:08
Sosial
13 Dekabr 12:00
Dünya
13 Dekabr 11:41
YAP xəbərləri
13 Dekabr 11:26
Siyasət
13 Dekabr 11:16
Elm
13 Dekabr 10:58
Siyasət
13 Dekabr 10:57
Sosial
13 Dekabr 10:49
Siyasət
13 Dekabr 10:48
Siyasət
13 Dekabr 10:41
MEDİA
13 Dekabr 10:25
Sosial
13 Dekabr 10:15
Hadisə
13 Dekabr 10:15
İqtisadiyyat
13 Dekabr 10:14
İqtisadiyyat
13 Dekabr 10:11
İqtisadiyyat
13 Dekabr 09:52
Siyasət
13 Dekabr 09:36
Analitik
13 Dekabr 09:14
Ədəbiyyat
13 Dekabr 08:51
Analitik
13 Dekabr 08:34
Dünya
13 Dekabr 08:12
Xəbər lenti
12 Dekabr 23:45
Xəbər lenti
12 Dekabr 23:39
Elm
12 Dekabr 23:12
Hərbi
12 Dekabr 22:58
Xəbər lenti
12 Dekabr 22:37
İdman
12 Dekabr 22:15
İqtisadiyyat
12 Dekabr 21:54
Xəbər lenti
12 Dekabr 21:34
Xəbər lenti
12 Dekabr 21:12
Xəbər lenti
12 Dekabr 20:58
Sosial
12 Dekabr 20:32
Elm
12 Dekabr 20:17
İdman
12 Dekabr 19:52
MEDİA
12 Dekabr 19:35
İqtisadiyyat
12 Dekabr 19:14
Sosial
12 Dekabr 18:46
Xəbər lenti
12 Dekabr 18:41
Xəbər lenti
12 Dekabr 18:23
YAP xəbərləri
12 Dekabr 17:25
YAP xəbərləri
12 Dekabr 17:24
YAP xəbərləri
12 Dekabr 17:23
Sosial
12 Dekabr 17:13
Siyasət
12 Dekabr 16:37
YAP xəbərləri
12 Dekabr 16:30
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:28
YAP xəbərləri
12 Dekabr 16:23
YAP xəbərləri
12 Dekabr 16:09
Hərbi
12 Dekabr 15:44
YAP xəbərləri
12 Dekabr 15:41
Xəbər lenti
12 Dekabr 15:39
YAP xəbərləri
12 Dekabr 15:37
YAP xəbərləri
12 Dekabr 15:30
Siyasət
12 Dekabr 15:14
Siyasət
12 Dekabr 15:01
Xəbər lenti
12 Dekabr 14:22
Xəbər lenti
12 Dekabr 13:25