Güclü siyasi zəminə əsaslanan iqtisadi hədəflər
03.10.2024 [11:03]
Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığın yeni gündəliyini hazırlayır
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dostluq münasibətləri qarşılıqlı hörmət və sıx dostluq münasibətləri üzərində inkişaf etməkdədir. İki ölkə arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf etməkdədir və dərin qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmaqdadır. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.
Əvvəllər ölkələr arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub. Qeyd edək ki, Səudiyyə Ərəbistanının 2 şirkəti “Əsrin müqaviləsi”ndə və Bakı-Ceyhan layihəsində iştirakçıdır. Bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Gahtani Pipe Coatinq Terminal”, “Middle East Fiber Cables Manufacturing” və “Middle East Sibecializet Cables CO (MESC)” şirkətləri enerji sektorlarında təmsil olunur. Ancaq son 7-8 ildə Səudiyyə şirkətlərinin sənaye, nəqliyyat, rabitə, İKT, infrastruktur, turizm, rəqəmsal innovasiyalar, əmək, məşğulluq və digər sahələrdə təmsil olunması iqtisadi panoramı zənginləşdirib.
2022-ci ildə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında imzalanmış Anlaşma Memorandumu prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə dərin zəmin yaradıb, ərəb sərmayəçilərin sənaye və aqrar sahələrdə bir sıra layihələrə maliyyə ayrılmasını təmin edib.
Enerjidən qeyri-neft əməkdaşlığına...
Son illərdə intensiv xarakter alan əlaqələrin dinamikasına uyğun olaraq ölkələr arasında əməkdaşlığın yeni formatı və geniş gündəliyi hazırlanıb, bu, olduqca çoxşaxəli iqtisadi münasibətlərin ruhunu əks etdirir. Hər iki tərəf energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən müdafiə sənayesi üzrə layihələri nəzərdən keçirərək gücləndirməyə qərar verib. Bu prosesdə 2022-ci ildə yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası öncül təşəbbüslərlə çıxış edir. Qurum sahibkarların təşəbbüslərini dəstəkləmək, onlar arasında birbaşa əlaqələrin qurulmasını təşviq etmək, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etmək, bizneslər arasında mübadiləni həyata keçirmək missiyası daşıyır.
İşgüzar Şuranın həmsədri Əhməd Əli Əl Daxil oktyabrın 1-də Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclasında bildirib ki, əsas hədəflərdən biri investisiya imkanlarının səfərbər olunması və yeni sahələrdə sərmayə qoyuluşlarının təşviqidir. O, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, əmtəə dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpaolunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. 2023-cü ildə ticarət dövriyyəsinin dəyəri cəmi 13 milyon dollar təşkil etsə də, tərəflər bundan razı deyil. Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizinin vurğuladığı kimi iki ölkə arasında iqtisadi-ticarət əlaqələri son illərdə artsa da, ancaq bu, mövcud potensialları tam əks etdirmir, ticari imkanlar daha böyükdür. Ona görə də, mal mübadiləsini dəfələrlə artırmaq imkanları var və müzakirələrdə bu məsələ ilk yerlərdən birini tutur.
Tərəflər “Şimal-Cənub” və Orta Dəhlizdə fəallığı artırmaq niyyətindədir...
Həm əmtəə dövriyyəsini artırmaq, həm də işgüzar dairələr arasında investisiya sahəsində əlaqələri genişləndirmək üçün hər iki ölkə müxtəlif stimullardan, ticari imtiyazlardan istifadə etməyi düşünür. Qarşılıqlı olaraq investisiyaların təşviqində KOB-ların rolunun artırılması, iş adamları arasında B2B ((“Biznesdən biznesə”) görüşlərin keçirilməsi, qarşılıqlı ticarətdə güzəşt siyasətinin təmin edilməsi, tranzit imkanlarının əlaqələndirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, hər iki ölkə “Şimal-Cənub” və Orta Dəhlizdə iştirakda fəal yer alır və müasir nəqliyyat-kommunikasiya imkanlarını diversifikasiyaya maraq göstərir. Bu, ticarətin və tranzit dövriyyələrinin artması baxımından mühüm əhəmiyyət kəsb edir.
Eləcə də Azərbaycanın ənənəvi bazarlardan yeni bazarlara çıxış strategiyasına əsasən, əsas ixrac kana?larından biri körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanın bazarlarıdır. Bu məqsədlə ixrac missiyalarının təşkili, Ər-Riyad və ya Ciddə şəhərində Azərbaycan Ticarət Evinin açılması gündəlikdə dayanır.
Səudiyyə iş adamlarının Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır, son illərdə ölkəmizə səyahət edən turistlərin sayında səudiyyəlilərin dinamikasında da artım da buna dəlalət edir.
“ACWA Power”dən 5 milyard dollar həcmində “yaşıl investisiya”...
Səudiyyə Ərəbistanı “yaşıl enerji” sahəsində əməkdaşlığın perspektivlərinə də inamla yanaşır, Azərbaycanın iqlim dəyişiklikləri ilə müabirəzədə yürütdüyü iradəli siyasətin və region ölkələri ilə bu istiqamətdə sıx əməkdaşlığın onun üçün də fayda verəcəyinə əmindir. Xüsusilə də Azərbaycanın COP29-a Sədr ölkə kimi ekoloji məsələlərdə daha təşəbbüskar mövqe nümayiş etdirməsi bu ölkə üçün böyük maraq doğurur. Bu baxımdan rəsmi Ər-Riyad iqlim dəyişikliyinin fəsadları ilə üzləşən ölkələrdən biri kimi ekoloji paltformalarda yer almaq, irəli sürülən qlobal çağırışlardan faydalanmaq istəyir.
Alternativ enerji strategiyası üzrə yeni palanlara əsasən, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları daha da böyüyüb, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması ilə bağlı imzalanmış müqavilə yaşıl hidrogen sahəsində dərin əməkdaşlığın əsasını qoyub. Ötən il şirkət 246 milyon dollarlıq maliyyə sazişini təsdiq edib və qarşıdakı dövrdə daha irihəcmli sərmayə layihələrinin gerçəkləşməsi nəzərdə tutulur. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.
Azad ərazilərdə sərmayə planları...
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərini, “Böyük Qayıdış” proqramını diqqətlə izləyən və bu bölgənin reinteqrasiya proseslərində xarici iş adamlarına yaradılan əlverişli iş imkanlarını qiymətləndirən səudiyyəli iş adamları investisiya qoyuluşunda iştirak məsələsini istisna etmirlər. Qeyd edək ki, 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrılacağı bildirilib.
Azad ərazilərdəki külək, günəş və “yaşıl hidrogen” layihələrinə investisiyaların cəlb edilməsi ilə bağlı Azərbaycan hökumətinin təşviqedici siyasətini dəstəkləyən səudiyyəli biznes icması bölgənin “yaşıl sərmayələr”ində də aparıcı rol oynayacaqlarını bildirib. Belə ki, Yaşıl Enerji Zonası elan edilmiş bu bölgədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, “ağıllı enerji” idarəetmə kimi modellərdə “Acwa Power”in iştirakı nəzərdə tutulur.
Beləliklə, Səudiyyə Ərəbistanı və Azərbaycan arasında təşkil edilkən işgüzar görüşlər, forumlar yeni iqtisadi prioritetləri müəyyənləşdirmək, birgə sərmayə planların dəyərləndirmək və iqtisadi-ticari mübadiləni genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32