Yelisey sarayı geri çəkildi...
03.10.2024 [10:49]
Kanak xalqının azadlıq mübarizəsi öz nəticələrini verməkdədir
Məlumdur ki, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub. Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin “fundamental prinsipləri” kimi bəyan etsələr də, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar. Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Gərginliyə səbəb olan “islahatçı qanun”
Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir. Yeni Kaledoniyada bu ilin əvvəllərindən başlanmış etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli Kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir. Belə bir şəraitdə, rəsmi Paris bölgəyə ordu və jandarm qüvvələri göndərmişdi. Məlumdur ki, Fransa hakimiyyəti adada etnik tərkibi köklü surətdə dəyişməyə çalışır. Hazırda Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. 2018-ci və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə edib, üçüncü dəfə isə müstəqilliyi dəstəkləyən partiyalar hakimiyyətin bu referendumu təxirə salmaq istəmədiyi üçün səsverməni boykot etmək qərarına gəldilər. Fransa tələm-tələsik, koronavirus pandemiyası dövründə üçüncü referendumu keçirdi.
Etirazlara səbəb olan qanuna əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ verilməlidir. Bu isə adanın yerli əhalisinin, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar. Ekspertlər hesab edirlər ki, yeni qanun qəbul olunduqdan sonra seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, “islahat” onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər. Adada yaranmış etnik vəziyyətə əsasən, Fransa orada keçirəcəyi mümkün istənilən ümumxalq səsverməsi kampaniyasında qalib gələcək.
Makron adaya səfər etsə də...
Bu səbəblərdən də, may ayında adada eriaz aksiyaları daha da gücləndi, Paris bu aksiyaları zor gücünə yatırdı. Yeni Kaledoniyada baş verən hadisələrdə Fransa ordusu 10-a yaxın etirazçını qətlə yetirdi, təxminən 200 nəfər isə yaralandi. Həbs olunanların da sayı çoxdur. Fransa prezidenti Makronun adaya səfəri də yerli əhalinin mövqeyini dəyişdirə bilmədi.
Qeyd edək ki, Azərbaycan Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üçün 16 beynəlxalq konfrans keçirib.
Bakı Təşəbbüs Qrupu Kanak xalqını təbrik edib
Artıq ölkəmizin dəstəyi ilə Kanak xalqının azadlıq mübarizəsi öz müsbət nəticələrini verməkdədir. Bakı Təşəbbüs Qrupu (BTQ) Kanak xalqını azadlıq mübarizəsində verdiyi böyük qurbanlar hesabına Makron iqtidarını geri çəkilməyə məcbur etməsi münasibətilə təbrik edib. BTQ-nin bununla bağlı yaydığı bəyanatda Fransa tərəfinin Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürməsi Parisin müstəmləkəçilik siyasətinə qarşı aparılan mübarizənin uğuru kimi qiymətləndirilib: “Məlum olduğu kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə Kanak xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq bir neçə aydı dinc aksiyalar keçirilir. Bu aksiyalar nəticəsindən 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda Kanak xalqının azadlıq cəbhəsi olan FLNKS-in əsas fiqurları, xüsusilə hərəkatın lideri Kristian Teyn qanunsuz həbs edilərək Lyon şəhərinə köçürülüb. Bakı Təşəbbüs Qrupu ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verib və dəstək verməkdə davam edəcək”.
Seçki təxirə salındı, qanun isə Fransa parlamentinə təqdim olunmayacaq
Bəyanatda deyildiyi kimi, dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini nəhayət dərk edən Makron iqtidarı Kanak xalqı qarşısında geri çəkilmək məcburiyyətində qalıb. 1998-ci ildə Fransa hökuməti ilə FLNKS arasında imzalanmış Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürüb. Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini məcbur etdi ki, aşağıdakı güzəştləri etsin. Belə ki, bundan sonra koloniyaların məsələləri ilə Dənizaşırı ərazilər üzrə nazir deyil, Baş nazir özü birbaşa məşğul olacaq. Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədi ilə tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər. Baş nazir və dənizaşırı ərazilər naziri yanında formallaşdırılmış nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq (əvvələr Kanak xalqı ilə dialoqdan imtina edirdilər). Bundan əlavə, dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə salınır. Fransa Parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər.
Eyni zamanda, Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı 2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında rəsmən bəyan edəcək. Bu, o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli şəkildə kənardan köçürtdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək. Bakı Təşəbbüs Qrupu hesab edir ki, Kanak xalqının azadlıq mübarizəsi yerli xalqın əsas tələbi olan müstəqilliyin qazanılması ilə yekunlaşacaq.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
04 Dekabr 10:57
Siyasət
04 Dekabr 10:52
Sosial
04 Dekabr 10:52
Mədəniyyət
04 Dekabr 10:48
İqtisadiyyat
04 Dekabr 10:48
İqtisadiyyat
04 Dekabr 10:37
Sosial
04 Dekabr 10:35
Hadisə
04 Dekabr 10:34
İqtisadiyyat
04 Dekabr 10:33
İqtisadiyyat
04 Dekabr 10:29
Siyasət
04 Dekabr 10:14
Analitik
04 Dekabr 09:52
Dünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38