Şagirdlərin dərs yükü azaldılmalıdır
03.10.2024 [10:36]
Bir gündə 6-7 fənnin tədrisi düzgündürmü?
Ötən ayın 16-dan etibarən yeni tədris ili başlayıb. Hər zaman olduğu kimi, bu il də müəllimləri, həmçinin valideyn və şagirdləri narahat edən məqamlar var. Bunlardan biri dərs yükü ilə bağlıdır. Valideynlər övladlarının həddindən artıq yükləndiklərini söyləyirlər. Bu barədə həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında mütəmadi müzakirələr aparılır.
Belə ki, şagirdlərə həftədə bir neçə gün 6-7 fənn, digər günlərdə isə 3-4 fənn tədris edilir. Əlbəttə, dərs cədvəllərindəki proqramın nə üçün belə tərtib edildiyi suallar yaradır. Bundan başqa, bir fənnin mütəmadi olaraq hər gün keçirilməsi də narahatlıq yaradan məqamlardan biridir. Çünki hansısa fənnin 2-3 gün ard-arda keçirilməsi təbii olaraq şagirdin həmin fənni yaxşı mənimsəməməsinə səbəb olur.
Tədris proqramları o qədər ağır olur ki...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu gün şagirdlərin dərs yükü həddindən artıq ağırdır. Ekspert qeyd edib ki, tədris proqramı və evə verilən tapşırıqlar o qədər ağır olur ki, uşaq bütün günü kitabla gəzsə də, yenə də həmin fənn üzrə tapşırıqları çatdıra bilmir: “Aşağı siniflərin dərslikləri bir qədər rahatdır və məzmununu anlamaq olur. Yuxarı sinflərin dərsliklərinin məzmunu ümumiyyətlə anlaşılmır.
Buna görə də şagirdlər proqramın hamısını qavramaqda çətinlik çəkirlər. Nə qədər çalışsalar da, verilən ev tapşırıqlarını sərbəst işləyə bilmir və buna görə repetitorların xidmətindən istifadə edirlər. Repetitora pul verə bilməyən şagird isə tapşırığı həll edə bilmədiyi üçün psixoloji sarsıntı keçirir. Dərsliklərdə olan qarmaqarışıq ifadələr, anlaşılmayan cümlələr və çətin tapşırıqlar şagirdlərin kabusuna çevrilib”.
Bu gərginliyə məktəblilərin iradəsi dözmür...
E.Əfəndi bir gündə 6-7 fənnin tədris olunmasının şagirdlərin növbəti mərhələlərdə təhsil nailiyyətlərinə müsbət təsir etmədiyini bildirib: “Əksinə, şagirdlərin həddindən artıq ev tapşırığı ilə yüklənməsi onları təhsildən, məktəbdən soyudur. Bu gərginliyə məktəblilərin orqanizmi, əsəbi, iradəsi də dözmür”.
Dərs yükü normaları
Ekspert pedaqoji işçilərin dərs yükü normaları ilə bağlı məsələyə də toxunub: “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları var. Belə ki, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saatdır. Bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat müəyyən edilib. Ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı - 24 saatdır. Ali və orta ixtisas təhsili müəssisələrində isə professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü - 500 saatdan az olmamaqla müəyyən edilib”.
Çıxış yolu nədir?
Ekspert dərs cədvəllərinin nisbətən yüngülləşdirilməsi ilə bağlı çıxış yollarını qeyd edib. Onun sözlərinə görə, dərsliklərdə problemlər və şagirdlərin proqramında çətinliklər mövcuddur: “Şagirdlərə hər gün ev tapşırığının verilməsi mütləq deyil. Hesab edirəm ki, dərsliklər təkmilləşdirilməlidir. Nəticə etibarı ilə digər ölkələrin təhsil modellərinə nəzər salsaq görərik ki, şagirdlərin daha çox valideynlə ünsiyyət qurmasına şərait yaradılıb. Dərslər isə şagirdlərin həddindən çox yorulub tükənməsinə səbəb olmur. Ona görə də informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə çalışmalıyıq ki, ondan istifadə edərək öyrədək. Məsələn, hazırda birinci siniflərin kifayət qədər fənn sayı var. Acınacaqlı vəziyyət ondan ibarətdir ki, uşaqlara əlifba öyrətməzdən öncə xarici dildə söz bilməyi tapşırırlar. Bir gündə 6-7 dərs yükünü azaltmaq istəyiriksə, bəzi fənlər sintez olunmalıdır. Məsələn, “Həyat bilgisi” dərsliyində olan məlumatlar “Azərbaycan dili” dərsliyinə inteqrasiya olunaraq həmin hekayələrin içərisində verilə bilər. Həmçinin, şagirdlər kitabları auditoriyaya daşımaq məcburiyyətində qalmamalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 09:36
Ədəbiyyat
04 Dekabr 09:15
MEDİA
04 Dekabr 08:57
Sosial
04 Dekabr 08:39
Sosial
04 Dekabr 08:17
Siyasət
04 Dekabr 07:49
Sosial
03 Dekabr 23:34
Dünya
03 Dekabr 23:19
İdman
03 Dekabr 22:41
Sosial
03 Dekabr 22:17
İqtisadiyyat
03 Dekabr 21:55
İdman
03 Dekabr 21:37
Siyasət
03 Dekabr 21:13
Siyasət
03 Dekabr 20:57
Mədəniyyət
03 Dekabr 20:32
Hadisə
03 Dekabr 20:11
Dünya
03 Dekabr 19:54
Mədəniyyət
03 Dekabr 19:33
Mədəniyyət
03 Dekabr 19:18
Hərbi
03 Dekabr 18:59
Dünya
03 Dekabr 18:37
Siyasət
03 Dekabr 18:24
Sosial
03 Dekabr 18:16
Xəbər lenti
03 Dekabr 17:54
İdman
03 Dekabr 17:32
Elm
03 Dekabr 17:16
Elm
03 Dekabr 17:04
Xəbər lenti
03 Dekabr 16:54
İdman
03 Dekabr 16:39
Elm
03 Dekabr 16:17
Sosial
03 Dekabr 16:16
Sosial
03 Dekabr 15:27
Dünya
03 Dekabr 15:23
Gündəm
03 Dekabr 15:21
Elm
03 Dekabr 14:40
Siyasət
03 Dekabr 13:57
Gündəm
03 Dekabr 13:47
Gündəm
03 Dekabr 13:25
İdman
03 Dekabr 12:52
Siyasət
03 Dekabr 12:48
Sosial
03 Dekabr 12:42
Sosial
03 Dekabr 11:57
Hadisə
03 Dekabr 11:56
Siyasət
03 Dekabr 11:52
Xəbər lenti
03 Dekabr 11:41
Mədəniyyət
03 Dekabr 11:29
Hadisə
03 Dekabr 11:21
Sosial
03 Dekabr 11:05
Sosial
03 Dekabr 10:37
İqtisadiyyat
03 Dekabr 10:37
Siyasət
03 Dekabr 10:20
Hadisə
03 Dekabr 10:18
Hadisə
03 Dekabr 10:15
Siyasət
03 Dekabr 09:48
Gündəm
03 Dekabr 09:46
Siyasət
03 Dekabr 09:43
Siyasət
03 Dekabr 09:40
Siyasət
03 Dekabr 09:38
Sosial
03 Dekabr 09:30
Analitik
03 Dekabr 09:28
Siyasət
03 Dekabr 09:26
Xəbər lenti
03 Dekabr 09:23
Dünya
03 Dekabr 09:20
Dünya
03 Dekabr 09:11
Analitik
03 Dekabr 09:08
Analitik
03 Dekabr 09:05
Ədəbiyyat
03 Dekabr 09:02
Sosial
03 Dekabr 09:00
Mədəniyyət
02 Dekabr 23:46
Elm
02 Dekabr 23:32