Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ulu Öndər Heydər Əliyev milli maraqları əks etdirən siyasi kursun əsasını qoydu

Ulu Öndər Heydər Əliyev milli maraqları əks etdirən siyasi kursun əsasını qoydu

03.10.2024 [09:21]

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Bir illik hakimiyyəti dövründə özlərini democrat adlandıran Xalq Cəbhəsi-Müsavat cütlüyü ölkəni bərbad hala salmışdı. Özlərinin faciəli sonluğunu görən Əbülfəz Elçibəy xalqın qorxusundan Heydər Əliyevi Bakıya dəvət etdi ki, ölkəni bu vəziyyətdən qurtarsın. İyunun 9-da Bakıda vəziyyətin olduqca gərginləşdiyini görən Heydər Əliyev prezidentin təyyarəsi ilə Bakıya gəldi. Elə həmin dövrdə Heydər Əliyev deyirdi: “Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. Heydər Əliyev Bakıya gələn kimi Elçibəylə görüşüb onunla bir neçə saat danışıq apardı. Xalq Cəbhəsi rəhbərlərinin hamısı Elçibəyin yanına toplaşmışdı. Prezident Əbülfəz Elçibəy Heydər Əliyevə baş nazir vəzifəsini təklif etdi, lakin Heydər Əliyev bu vəzifəni qəbul etmədi. Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını bildirdi. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmalarını təklif etdi: “Güc işlənməməlidir, bir daha silah işə salınmamalıdır. Mənim fikrim budur və bu prinsipləri əsas tutaraq, mən bu vəziyyətdən çıxış prosesində iştirak edirəm”. Prezident Əbülfəz Elçibəydən başqa ölkənin nüfuzlu ziyalıları ilə müzakirələr aparan Heydər Əliyev yeni müstəqilliyinə qovuşmuş dövlətin vəziyyətinin ağır olduğunu öyrənmişdi. Bundan sonra yalnız Gəncəyə səfər edib vəziyyəti yerində öyrənəndən sonra gəlib öz təkliflərini verəcəyini bəyan etmişdi. Heydər Əliyevi digər siyasətçilərdən fərqləndirən cəhətlərdən biri ondan ibarət idi ki, hadisələrə qiymət vermək üçün səbr və təmkinlə vəziyyətlə dərindən tanış olur, ictimaiyyətin fikrini öyrənir, qüvvələr nisbətini təhlil edir, ən əsası hadisənin törənmə səbəblərini araşdırır və qarşı tərəfdən olan şəxslərin tələblərini öyrənir və obyektiv nəticə çıxardıqdan sonra əməli addım atırdı. Heydər Əliyev iyunun 13-də bir qrup jurnalistin müşayiəti ilə Gəncəyə, birbaşa Surət Hüseynovun yanına getdi. Heydər Əliyev heç bir siyasi savadı olmayan, kimlərinsə sifarişini yerinə yetirən Surət Hüseynovla bütün gecəni danışıq apardı, ertəsi gün şəhərə çıxdı. İlkin təəsüratı belə idi: “Mən döyüşlərin izlərini, dağıdılmış tikililəri, yanıb külə dönmüş mənzilləri gördüm, cinayətin izlərini gördüm”. Məhz bundan sonra Heydər Əliyev Bakıya qayıdıb vətəndaş müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi ilə Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də o sədri seçildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında növbədənkənar keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkilər tam demokratik aparılmışdı. Səsvermə prosesi tam aşkarlıq şəraitində, beynəlxalq təşkilatların, xarici ölkələrin müşahidəçilərinin geniş tərkibdə iştirakı ilə keçirildi. Heydər Əlirza oğlu Əliyevin lehinə 3.919.923 nəfər, seçicilərin 98,8 faizi səs vermişdi. Böyük səs toplamaqla Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdi. Oktyabrın 10-da “Respublika sarayın”da Azərbaycan Respublikasının prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə böyük nitq söylədi, Vətənə, dövlətə, xalqa sədaqət andı içdi. Böyük tarixi sənəd olan həmin nitqdə Azərbaycanın düşdüyü böhranlı vəziyyət, respublikanın başına gələn bəlaların səbəbləri açılır, onların aradan qaldırılması üçün qarşıda duran vəzifələr qeyd edilir, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətləri göstərilirdi. Bu həm də prezidentin böyük xalq etimadına cavab andı idi. Prezident Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”. Prezidenti düşündürən ən ümdə, ən ağır məsələlərdən biri erməni təcavüzü nəticəsində işğal edilmiş torpaqların geri qaytarılması, Qarabağ probleminin həll edilməsi idi. Bu məsələlərin həllində Prezident sülh-sevər mövqe tutaraq, bu vəzifəni birinci növbədə sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə üstünlük verəcəyini qeyd edirdi. Eyni zamanda əgər sülh yolunda addımlar nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli ordu yaradılması da əsas vəzifə kimi qarşıya qoyulurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanda dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələrdən danışaraq qeyd edirdi ki, yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Öz tarixindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasmdan, ümumbəşəri dəyərlərdən istifadə etməklə demokratik dövlət quruculuğu yolu ilə getməkdir. “Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasmda müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır” - deyən prezident özünün dünya siyasətindəki görkəmli nüfuzuna, tanınmış diplomat və siyasi xadimi kimi bacarığına əsaslanırdı. Bu, elə ilk gündən özünü göstərməyə başlamışdı. Prezident seçilməsi ilə əlaqədar olaraq Heydər Əliyevə dünyanın bir çox dövlət başçılarının göndərdikləri təbrik məktubları bunu sübut edir. 1993-cü il 10 oktyabr günü Azərbaycan Prezidenti Heydər Əliyevin həyatında, Azərbaycanın tarixində əlamətdar, tarixi bir gün idi. Heydər Əliyevin andiçmə mərasimindəki dərin məzmunlu, parlaq nitqi keçid dövrünün böyük proqram sənədi oldu: “Əlimi Azərbaycan Respublikasının Konstitutsiyasına basaraq and içirəm ki, biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm. And içirəm ki, prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirərək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Hələ sovetlər dönəmindən beynəlxalq siyasi arenada tanınan Heydər Əliyevin prezident seçilməsi bütün dünyada böyük əks-səda doğurdu. Dünyanm görkəmli dovlət xadimləri və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimləri Heydər Əliyevin president seçilməsinə ardı-arası kəsilməyən təbriklərlə öz münasibətlərini bildirirdilər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti respublikadan xaricdə və daxildə olan düşmənlərimizi olduqca narahat edirdi. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Külli miqdarda sənədlər və materiallar, xüsusilə, prezident Heydər Əliyevin nitqləri, müraciətləri, çıxışları, bəyanatları, mətbuat konfranslarının sənədləri, mətbuat səhifələrində çap edilmiş yazılar, materiallar Azərbaycanda törədüən təxribatlann, qətllərin mahiyyətini açmağa geniş imkan yaradır. Onlar əsaslı surətdə sübut edir ki, respublikamızın həm daxildə, həm də xaricdə olan düşmənlərini bir məqsəd birləşdirirdi. Respublikada ictimaisiyasi sabitliyin pozulması, süni surətdə qarşıdurma və vahimə əhvaliruhiyyəsinin yaradılması, son nəticədə ölkənin iqtisadi və siyasi müstəqil inkişafı yolundan döndərilməsi başlıca məqsəd idi. Kifayət qədər böhranlı bir dövrdə xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçən Heydər Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr, dövlətçiliyə qarşı çıxmış qiyamçılar, ölkəni parçalamaq iddiasına düşən separatçılar zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Nəticə etibarilə müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas oldu. Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanıb. Ulu Öndər Heydər Əliyevin ideyaları məhz onun siyasi varisi müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən tam dəqiqliyi ilə yerinə yetirilib. 2020-ci ildə Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində Prezident İlham Əliyev deyirdi: “Mən bu gün Ulu Ödər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”! Bu Ümummilli Lider Heydər Əliyevin milli maraqlara və xalqın iradəsinə əsaslanan siyasi kursunun məntiqi nəticəsidir. Bu siyasi kurs hələ uzun illər də davam etdiriləcəkdir. 2023-cü il oktyabr ayının 15-də Azərbaycanın üçrəngli bayrağını Xankəndi şəhərinin mərkəzi meydanında qaldıran Prezident İlham Əliyev deyirdi: “Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik”.

Paylaş:
Baxılıb: 312 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31