İtaliya qəzeti Azərbaycan-İtaliya strateji əlaqələrindən yazıb
05.09.2024 [12:37]
İtaliyanın əsas mətbu orqanlarından olan “Formiche” qəzetində Azərbaycan-İtaliya münasibətlərindən bəhs edən geniş məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, yazıda bu iki strateji tərəfdaş ölkənin güclü ticarət əlaqələrinə malik olduğu bildirilir, yeni geosiyasi çağırışlar fonunda münasibətlərin xüsusi çəkisinin gücləndirilməsinin əhəmiyyəti vurğulanır. Diqqətə çatdırılır ki, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan müxtəlifliyi təbliğ edir, fərqli mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir. Bu amillər ona əsl körpü rolunu oynamağa imkan verir.
Azərbaycanın rolu
İtaliyanı Mərkəzi Asiya ilə birləşdirən və çox mühüm coğrafi məkanda yerləşən Azərbaycan kimi əsas ölkə ilə münasibətlərdə təmsil olunan incə, lakin həlledici geosiyasi tel var: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya – onlar Avro-Aralıq dənizi və Qafqaz kimi iki tamamilə strateji kvadrantı təşkil edən ölkələrdir. .
Materialda vurğulanır ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır, rəsmi Bakı isə Cənubi Qafqaz regionunda Romanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda bu regionda potensial təsirin xüsusi çəkisi ilə güclənir. Ölkələrimiz arasında güclü əlaqələrin olduğu, üç ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İtaliyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşdüyü qeyd edilir.
Məəqallədə, həmçinin ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcəyi vurğulanır. İtaliyanın bu beynəlxalq tədbirə xüsusi töhfəsini verəcəyi bildirilir.
Bakı ilə Roma arasında əlaqələr
Yazıda keçən il “Ansaldo Energia” ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyi diqqətə çatdırılır. Eyni zamanda, İtaliyanın “Leonardo” şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi proqramı çərçivəsində Azərbaycana “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi tədarük etdiyi bildirilir.
Vurğulanır ki, ikitərəfli əlaqələr nəinki müdafiə, eyni zamanda, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair sazişlər imzalanıb.
Enerji sahəsində əməkdaşlığı
Müəllif ölkəmizin İtaliyanın enerji təchizatına verdiyi töhfədən bəhs edir, Azərbaycanın “Şahdəniz 2” yatağından hasil olunan təbii qazı “köhnə qitəyə” nəql edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP boru kəmərinin avropalı tərəfdaşlar üçün “təhlükəsizlik yastığı” rolunu oynadığını vurğulayır. Qeyd edir ki, indiyədək TAP-la Avropaya təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ilə Türkiyə sərhədində birləşən TAP boru kəməri Yunanıstanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apuliya regionu sahillərinə çatır. Qaz boru kəməri texniki nöqteyi-nəzərdən obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturu təmsil edir.
COP29 və Mədəniyyətlərarası Dialoq Forumu
Yazıda vurğulanır ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşmır – onun fəaliyyəti noyabrda növbəti COP-un təşkili və mədəniyyətlərarası dialoq kimi iki proqram xətti üzrə davam edir. Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş qlobal təşəbbüs kimi 2008-ci ildə mühüm beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqla başlatdığı “Bakı Prosesi” çərçivəsində bu il ölkə paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu, hökumətlər, beynəlxalq təşkilatlar, ekspertlər, alimlər, siyasətçilər və digərləri üçün bir-biri ilə ünsiyyət kontekstində mədəniyyətlərarası kommunikasiyaların inkişaf edən dinamikası və qlobal təhlükəsizlik üzrə mənalı müzakirələr aparmaq baxımından mühüm platformadır.
Xəbər lenti
Hamısına baxİdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34