Ukrayna hökumətində istefa dalğası
05.09.2024 [10:31]
Dmitri Kuleba vəzifədən niyə gedir?
2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi son zamanlar daha da şiddətlənib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 18 faizi hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər hər iki tərəfin döyüşlərdə, ümumilikdə, on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar var. Eyni zamanda, Ukrayna ordusu Rusiyanın kiçik bir hissəsini ələ keçirib.
F-16 qırıcıları vəziyyəti dəyişə bilmir
Hazırda Qərb Ukraynaya hərbi dəstəyini davam etdirir. “Ramştayn” platforması”, NATO-Ukrayna Şurası Kiyevə hərbi dəstəyi azaltmamaq üçün imkanlar axtarır. Bu ilin yazında ABŞ Konqresi də Ukraynaya hərbi yardım üçün müvafiq qanun qəbul etdi. Yaz aylarından etibarən Ukraynaya növbəti silah tədarükünə başlansa da, bu, cəbhədə vəziyyəti Kiyevin xeyrinə dəyişməyib.
Bir müddət öncə F-16 qırıcılarının bir qisminin Ukraynaya verilməsi də müharibənin gedişatına təsir etmir. Ukrayna Rusiyanın Kursk vilayətinin təxminən 90 yaşayış məntəqəsini ələ keçirdiyini bəyan etsə də, bu, Rusiya ordusunun Donbasda irəliləməsinə əngəl olmayıb. Bugünlərdə Moskva ordunun Ukraynanın şərq istiqamətində həmişəkindən daha sürətlə irəlilədiyini açıqlayıb. Bütün bunların fonunda avqustun 26-da F-16 qırıcılarının birinin qəzaya uğraması Kiyev üçün xoşagəlməz hal yaradıb. Bu hadisəyə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Poleşuku Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edib.
Kimlər istefa verib?
Bunun ardınca isə Ukraynada 3 nazir və fond rəhbəri istefa ərizəsi yazıb. Belə ki, strateji sahələr üzrə nazir Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, Ekologiya nazirliyinin rəhbəri Ruslan Strelets, Dövlət Əmlakı Fondunun rəhbəri Vitali Koval Ali Radaya istefa ərizəsi təqdim ediblər. Qeyd edək ki, 2020-ci il martın 4-də Ali Rada Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləmişdi. O vaxt Denis Malyuska Ukraynanın ədliyyə naziri təyin edilmişdi. Ruslan Strelets 14 aprel 2022-ci ildə ekologiya və təbii sərvətlər naziri, Aleksandr Kamışin isə 2023-cü il martın 21-də Ukraynanın strateji sənaye naziri təyin olunmuşdu. Kamışin, həm də Prezident Volodimir Zelenskinin müşaviri vəzifəsini tuturdu. Vitali Koval isə Dövlət Əmlak Fondunun rəhbəri kimi 2023-cü il noyabrın 21-dən çalışırdı. Adıçəkilən məmurların istefaları Ali Radanın növbəti iclaslarında təsdiq olunmalıdır.
Kuleba Polşaya qarşı ərazi iddiası irəli sürüb?
Gözlənilməz addım isə Dmitri Kulebanın xarici işlər naziri vəzifəsindən istefa verməsidir. Kuleba Zelenski hökumətinin sadiq və etibarlı nümayəndələrindən biri hesab olunurdu. Belə olan halda, onun istefasının səbəbi nədir? Müxtəlif versiyalara görə Kulebanın istefasına səbəb onun Polşa haqqında ehtiyatsız açıqlamalarıdır. Bu səbəbdən də, hazırda Kuleba Polşada ən arzuolunmaz və nankor adam kimi qəbul edilməkdədir. Belə ki, Ukraynanın XİN başçısı 1947-ci ildə Vistula əməliyyatı zamanı ukraynalıların qovulduğu Polşanın şərqindəki Lyublin, Subkarpatiya və Kiçik Polşa ərazilərinin “Ukrayna torpaqları” olduğunu açıqlayıb. Bu fikirlər Polşaya qarşı ərazi iddiaları anlamına gəlir. Kuleba həmin fikirləri Polşada keçirilən bir tədbirdə səsləndirib. O, Olştin şəhərindəki “Kampus Polska Przyszlosci” tədbirində polşalı həmkarı Radoslav Sikorski ilə birlikdə iştirak edib. Kulebanın sözügedən açıqlaması Polşada etirazlarla qarşılanıb. İki ildən artıqdır ki, Rusiya ilə müharibədə Ukraynaya böyük dəstək verən Polşa üçün Kulebanın həmin fikirləri qəbulolunmaz hesab edilib.
Məsələ o həddə çatıb ki, Ukrayna XİN məsələ ilə bağlı xüsusi açıqlama yayaraq “Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Polşaya qarşı ərazi iddialarını ifadə etməyib və ukraynalıların Polşada kommunist deportasiyası ilə bağlı deyib ki, onlar bir-birinə yaxın bir cəmiyyət kimi yaşadıqları ərazilərdən köçürülüblər” -deyə, bəyan edib. XİN-in bu bəyanatı da Kulebanı xilas edə bilməyib və o, istefa verməyə məcbur olub.
Yeni XİN başçısı kim olacaq?
Bu arada Ukrayna mediası yeni XİN başçısının adını açıqlayıb. Kulebanın yerinə Andrey Sibiqanın Ukraynanın yeni xarici işlər naziri ola biləcəyi tirajlanır. A.Sibiqa xarici işlər nazirinin birinci müavinidir. O, bundan əvvəl ölkənin Türkiyədəki səfiri (2016-2021) və Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) vəzifələrində çalışıb.
Beləliklə, hazırda hökumətdə istefaların yaşandığı Ukraynada müharibə də şiddətlənib və itkilər artıb. Son məlumatlara görə, Rusiya Silahlı Qüvvələrinin Poltavadakı təlim mərkəzinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 271 nəfər isə yaralanıb. 25 nəfərin həyatını xilas etmək mümkün olub, onlardan 11-i dağıntıların altından çıxarılıb.
Dövləti gücləndirmək üçün...
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İrlandiyanın ?aş naziri Saymon Harrislə mətbuata birgə bəyanatı zamanı deyib ki, Ukrayna Nazirlər Kabinetində vəzifədən azad edilmələr dövləti gücləndirmək üçün lazımdır. “Mən artıq Nazirlər Kabinetinin, bir çox nazirliklərin yenilənməsi barədə danışmışam. Dörd il yarım, bəziləri isə beş il ərzində Ukrayna üçün və ukraynalılar naminə işləyən Nazirlər Kabinetinin bütün komandasına və nazirlərə çox minnətdaram”, - o bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, bu gün ölkənin yeni enerjiyə ehtiyacı var: “Bu addımlar dövlətimizin müxtəlif istiqamətlərdə güclənməsi ilə bağlıdır, beynəlxalq siyasət və diplomatiya da istisna deyil”, - V.Zelenski qeyd edib.
Eyni zamanda prezident əlavə edib ki, nazirlərin işdən çıxarıldıqdan sonra konkret olaraq nə ilə məşğul olacaqlarını hələ proqnozlaşdıra bilmir. “Bunun cavabı onlara bu və ya digər vəzifələr təklif olunanda bəlli olacaq”, - o vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34