Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Demokratiyanın mühüm elementi

Demokratiyanın mühüm elementi

05.09.2024 [09:15]

Siyasi mədəniyyət yüksək olan ölkələrdə...

Demokratik cəmiyyətlərin və ölkələrin vətəndaşları öz hüquqlarının müdafiəsi üçün siyasi mədəniyyətə malik olmalıdırlar. Bu baxımdan hansısa ölkənin inkişaf səviyyəsini qiymətləndirərkən əsas götürülən fundamental meyarlardan biri kimi siyasi mədəniyyət amili ön plana çəkilir. Ümumiyyətlə, bəzi araşdırmaçılar siyasi mədəniyyəti milli mənəviyyat kimi dəyərləndirirlər. Bu baxımdan bir ölkənin siyasi sisteminin hüquqi əsaslara söykəndiyini, başqa sözlə, həmin ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri siyasi mədəniyyətdir.

Sadalananlar onu deməyə əsas verir ki, siyasi mədəniyyət siyasi sistemin önəmli komponentlərindən biri olmaqla ölkənin siyasi inkişafını təmin edən əsas faktor qismində çıxış edir. Etiraf edək ki, demokratik prinsiplərin hakim olduğu dövlətlərdə əhalinin siyasi və sosial mədəniyyət səviyyəsi inkişaf edib. Məhz bu mədəniyyətlərin inkişafı xalq və hakimiyyət münasibətlərinə müsbət təsir göstərir və milli birliyi möhkəmləndirir.

Siyasi mədəniyyətin Azərbaycan təcrübəsi...

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda siyasi mədəniyyətin formalaşması və inkişaf etməsi məsələsinə nəzər salsaq, tərəddüdsüz qeyd edə bilərik ki, ölkəmizdə siyasi mədəniyyətin formalaşması və inkişaf etməsi bir neçə mərhələdən keçib: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanın siyasi həyatı yaxşı vəziyyətdə deyildi. 1993-cü ilə kimi nə müstəqilliyin struktur elementləri hiss edilirdi, nə də ki, hakimiyyət-vətəndaş münasibətləri legitim qaydada hökm sürürdü. Siyasi idarəetməni “həyata keçirən” qüvvələr öz əlləri ilə ölkə daxilində disbalans formalaşdırmışdılar və siyasi davranış normaları “piyada”ların hansısa maraqlarına qurban verilmişdi. Ona görə də, ölkədə siyasi mədəniyyətin formalaşmasından söhbət belə gedə bilməzdi...

Amma Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi siyasi mədəniyyətin formalaşması və inkişafına şərait yaradan fundamental amil qismində çıxış etdi. Bundan sonra siyasi həyatın legitimləşdirilməsi yönündə mühüm irəliləyişlər qeydə alındı. Belə ki, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi və fərdlərin siyasi həyatda müstəqil inkişafı üçün geniş şərait yaradıldı. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə fərdlərin demokratik prinsip və normalara əsaslanan fəaliyyətini stimullaşdırdı, eləcə də, cəmiyyət üzvlərinin demokratik prinsip və normalara əsaslanan siyasi iştirakçılığında mühüm keyfiyyət dəyişiklikləri qeydə alındı”.

Siyasi mədəniyyətin mahiyyətini düzgün dərk etmək vacibdir

Ə.Nuriyev qeyd edib ki, Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib: “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızın təqribən yarıdan çoxu vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər.

Lakin bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Siyasi mədəniyyət səviyyəsi yüksək olan cəmiyyətlər və ölkələrdə insan hüquqlarının qorunması yüksək səviyyədə həyata keçirilir. Bu baxımdan ölkəmizdə mövcud vəziyyət olduqca qənaətbəxşdir. İstənilən cəmiyyətdə həm siyasi münasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox asılıdır. Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymətvermə bacarığı kimi izah oluna bilər. Yəni vətəndaşlar cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin mövcudluğuna dəlalət edir”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31