Vergi ödəyicisinin borcu ödəmə qabiliyyəti müəyyənləşib
05.09.2024 [08:25]
Nazirlər Kabinetinin qərarına əsasən, “Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.6.2-ci maddəsinin ikinci cümləsinə əsasən hazırlanıb və vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qaydaya əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri müəyyənləşdiriləcək. Belə ki, gəlir vergisi ödəyicisi olan şəxsin əvvəlki hesabat ili üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir vergisi bəyannaməsi üzrə ümumi gəlirlərini və xərclərini əksə etdirən məbləğlər 12-yə bölünməklə orta aylıq gəlir və xərc hesablanacaq. Sadələşdirilmiş vergi ödəyicisinin gəlir və xərcləri isə başqa üsula müəyyən olunacaq. Həmin ödəyicinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən, satışdankənar gəlirləri də daxil olmaqla təqdim etdiyi sənədlər əsasında xərcləri 3-ə bölünməklə orta aylıq gəlir və xərcləri çıxarılacaq.
Yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri isə faktiki fəaliyyət göstəricilərinə, yəni gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi formasında tərtib edilməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə təqdim olunmuş xərc sənədlərinə əsasən hesablama aparılacaq. Bu metod üzrə həmin vergi ödəyicisinin fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri təyin olunacaq. Bir məsələni da nəzərə almaq lazımdır ki, vergi orqanı borcun olub-olmamasını müəyyən etmək üçün elektron vasitələrdən və məlumat bazasından istifadə edəcək. Belə ki, yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, eləcə də sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanı elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, eləcə də bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlara əsaslanılacaq. Bu da vergi borcunun dəqiq və səhih aşkarlamaqla ödəyicinin borclarının tam təfərrüatlı və həqiqiliyini təsdiq edəcək.
Vergi orqanı müasir elektron resurslara malik olduğundan ödəyicisinin xərcləri barədə zəruri məlumatları da əldə etmiş olur, ona görə də, xərclərlə bağlı vergi ödəyicisindən hər hansı bir sənəd tələb edilməsinə də ehtiyac qalmayacaq.
Vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə gəlir, mənfəət və sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçirilənədək və ya yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş müddət keçənədək, eyni zamanda vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməli olduğu halda, bəyannamələr təqdim edilənədək müraciət olunduqda vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina barədə qərar qəbul edəcək. Sahibkara qeyd olunan hallar həll edildikdən sonra yenidən müraciət etməsi barədə məlumat veriləcək.
Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən sənədlər əsasında vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərin çəkilməsi aşkar edilərsə, mütənasib olaraq sərbəst vəsaitin məbləği artırılacaq. Vergi ödəyicisinin borcu sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndiriliəcək. Bu zaman vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə sahibkarın seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılacaq.
NK-nın təsdiq etdiyi qaydada digər bir mühüm məqam dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi və digər işlər çərçivəsində yaranan borcların ödənişi ilə bağlıdır. Belə ki, qeyd olunan sahələrdə işləri həyata keçirən publik hüquqi şəxsə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara, onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandığı halda vergi ödəyicisinin borcu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndiriləcək.
Ümumiyyətlə, vergi borcunun ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlərin bir hissəsidir. Son illərdə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri kimi vergi borclarının yığılmasının effektivliyinin artırılmasıdır. Bu istiqamətdə əsas mexanizmlər həm sahibkarlara vergi borclarının alınmasına möhlət verilməsi, həm də ödəmə qabiliyyətinin imkanlarının dəqiqləşdirilməsi ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanın vergi orqanı vergi sistemində borc həcminin tərkibini müəyyənləşdirmək, yaranması səbəblərini aradan qaldırmaq sahəsində qabaqcıl təcrübəni də öyrənir, müvafiq tövsiyələri nəzərə alır. Dünya Bankının vergi mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində vergi borclarının alınması sahəsində müasir alətlərlərin tətbiqi öyrənilməkdədir. Bütün bu tədbirlər vergi borcunun yığılmasında istifadə olunan alternativ alətlər, borcların alınması üsulu və digər məqsədlərə xidmət edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18