ABŞ-ın yeni planı..
05.09.2024 [07:35]
Məğlub “yumşaq güc” qeyri-ənənəvi qruplarla əvəz edilir
“Internews” məcburi dəyişikliyə əl atır
Uzun illər ərzində postsovetin bəzi ölkələrinə qarşı “yumşaq güc” predmetindən istifadə etməklə yürüdülən Qərbin “regional siyasət” ştrixləri yenidən dalana dirənib. Bu dövrdə xüsusilə Cənubi Qafqaza münasibətdə “fərdi standartlarına” əsaslanan, özünün yaratdığı media və sosial şəbəkə “fenomenizmi” Azərbaycanda açıq şəkildə süquta uğradı. Bunu faktlar da göstərir.
Məsələn, KİV-də yayılan məlumata görə, may ayında ABŞ səfirliyinin, həmçinin, ABŞ mənşəli “Internews” təşkilatının nümayəndələri ilə onların Azərbaycandakı tərəfdaşları arasında onlayn formatda görüş keçirilib. “Internews” adından toplantıya qurumun Azərbaycan üzrə nümayəndəsi Farhod Rahmatov, o cümlədən, təşkilatın “Müstəqil məzmun istehsalının genişləndirilməsi” proqramının (Expanding Production of İndependent Content) direktoru Agnela Sirbu qoşulub. Görüşdə əsas müzakirə mövzusu “Internews” tərəfindən 2023-cü il ərzində, o cümlədən, 2024-cü ilin birinci rübündə Azərbaycanda maliyyələşdirilən media orqanlarının fəaliyyəti olub. Yekun rəy verilib ki, bu dövr ərzində “Internews” tərəfindən maliyyələşdirilən media layihələri özünü doğrultmayıb. “Araşdırmalar, yazı və video materiallar Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmayıb. Məhdud auditoriya cəlb edə bilib”.
Gizli fəaliyyət, qeyri-şəffaf maliyyə...
Vurğulayaq ki, “Internews” ABŞ təşkilatıdır. 100-dən çox ölkədə fəaliyyət göstərib. Parisdə, Londonda regional ofisləri var. 2015-ci ilə qədər “Internews -Azərbaycan” adlı filialı ilə bizim ölkəmizdə də fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycanda “Qrant haqqında qanun”a edilən dəyişikliklərdən sonra fəaliyyətini dayandırıb. Çünki şəffaf formada işləyə bilməyib. Qanunda edilən dəyişiklik “Internews”un əməllərindəki qüsurları üzə çıxarıb.
Hazırki proseslər onu deməyə əsas verir ki, “Internews” Azərbaycandakı fəaliyyətini simvolik olaraq dayandırıbmış - yəni zahirən fəaliyyətini dayandırdığını elan etsə də, qeyri-leqal formada işini davam etdirirmiş. Bu kimi qeyri-leqal yollarla milyonlarla dollar məbləğində vəsaiti Azərbaycana ötürərək, buradakı marginal qrupların və ABŞ-a xidmət edən KİV-lərin maliyyələşdirilməsində iştirak edirmiş.
Məğlubiyyətin səbəbləri...
Əslində Qərbin maliyyəsi ilə şəbəkələnən bu qrupların məğlubiyyəti mühüm arqumentlərə söykənir. Mövzu ilə bağlı bəzi mühüm nüanslar diqqəti cəlb edir.
- Qərbin regionla bağlı “yumşaq güc” planları 2020-ci il Vətən müharibəsində tamamilə darmadağın edildi. Daha doğrusu, bu şəbəkə verilən əmrləri icra edərkən özlərini həm ifşa etdi, həm də cəmiyyət tərəfindən açıq etirazlarla üzləşdi. Xatırlasaq, həmin dövrlərdə bu şəbəkədən “qidalanan” bəziləri antimüharibə, antiqələbə mahiyyətli açıq “mesajlar” verir, həmin qeyri - milli kalonun nəzarətindəki media vasitələri bu və ya digər şəkildə təxribatlar törətməyə çalışır, xüsusilə sosial şəbəkələrdə Azərbaycanın uğurlarına qarşı polemikalar təşkil edirdilər;
- Ölkəmizdəki sabit və sakit siyasi mühit bu və ya digər şəkildə şantaja məruz qalırdı. Siyasi qüvvələrin milli məsələlərdəki həmrəyliyi həmin dairələrdə qıcıq yaradırdı - bunun nəticəsi idi ki, sosial şəbəkə platformalarında bütövlükdə Azərbaycanın ictimai-siyasi mühiti hədəfə alınır, Qərb institutları tərəfindən direktivlərə əsaslanan planlar ixrac edilir;
- Xüsusi anlamı olan günlərdə, hətta bayramlarda belə cəmiyyətin diqqətini cəlb etmək üçün qeyri-əxlaqi aksiyaların təşkilinə cəhdlər olunur, “feminist” adı altında yaradılan şəbəkənin fəaliyyəti üçün zəmin formalaşdırırlırdı.
Bu siyahını daha da artırmaq olar - bütün bu nüanslar antimilli şəbəkənin yeni dövr üçün əl atdığı, amma bütün hallarda iflasa uğradığı platformalardır. Beləliklə, illərlə özünün maliyyələşdirdiyi bəzi “siyasi müxalifət”dən hansısa siyasi aktivlik görməyən Qərbin maliyyə qaynaqları, planlaşdırma institutları bu yollarla bir sıra ölkələrin, o cümlədən Azərbaycanın ictimai-siyasi həyatına nüfuz etməyə çalışdı. Qeyd edək ki, bütün planlar Qərbin əlində partladı - antiqələbə mesajları cəmiyyət tərəfindən tam şəkildə boykot edildi, feminist və LGBT əsaslı vasitələr önə çıxa bilmədilər, nəhayət media və sosial şəbəkələr üzərindən aparılan şər-böhtan kampaniyası sabun köpüyü kimi dağıldı...
Qiyafə dəyişsə də...
Beləliklə, oxları daşa dəyən Qərb məcburən yeni planlar qurur - xüsusilə, üç seçkinin keçirildiyi, “Formula 1” və COP29 kimi böyükmiqyaslı tədbirlərin baş tutacağı 2024-cü ilin qarşıdakı dövrü üçün məcburi addımlar planlaşdırılır - KİV-də yayılan məlumata görə, şəbəkələr böhrandan çıxmaq, yerli auditoriyaya nüfuz etmək üçün vasitələr nəzərdən keçirilib. Yeni maliyyə büdcəsinin yeni istiqamətlər üzrə sərf edilməsi məqbul sayılıb. Bu kontekstdə 2024-cü ilin iyun ayında “Internews”un Azərbaycanda tərəfdaş təşkilatlar üçün keçirdiyi “milli çağırış” “(National call) qrant müsabiqəsinin nəticələri də elan edilib. Bu dəfə müsabiqədə “Internews”un Azərbaycan üzrə qrant verdiyi ənənəvi media resursları deyil, yeni formatlı təşkilatlar qalib elan edilib. Bu sırada “HAQQ Talk Podcast” (hüquqi maarifləndirmə motivli videoçarxlar və podkastlar hazılrlayır), “Dok Atelye” (gender məsələləri, feminizm motivli platforma), “Minority Magazine” (LGBT+ hüquqlarının müdafiəsi ilə məşğul olan platforma) və digərləri qaliblər sırasında yerləşdirilib...
Siyahıya diqqət yetirsək görərik ki, Qərbin yeni istiqaməti məhz cinsi azlıqlar, özünəməxsus standartlara söykənən “planlı azadlıq” konteksti, uğursuz müxaliflər və bütün bəşəri dəyərləri istisna edənlərdir.
Məcburi dislokasiya və koordinator dəyişikliyi...
Qərbin planları kimi, artıq idarəetmə mexanizmi də dəyişib. Vaxtilə bu kimi antimilli şəbəkələrin “mərkəzi toplanma məntəqəsi”nin dislokasiyası “köçürülüb”. Bu ilin mayında Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Qərbi Azərbaycana dair planlarında ciddi dəyişiklik etmək məcburiyyəti qarşısında qoyub. Bu vaxta qədər Azərbaycandakı məlum şəbəkə üzvlərinin təlimi və qanunsuz maliyyə axını üçün əsas “plasdarm” rolunu oynamış Gürcüstan artıq “təxribat şəbəkələri”nin bəslənilməsi üçün təhlükəli məkana çevrilib. Hazırda nəzarətsiz maliyyə axını və vətəndaş cəmiyyəti adı altında Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq istəyən qruplar üçün yeni “ata ocağı” Çexiyadır. Yayılan məlumata görə, maliyyə təminatı, qrupların təlimatlandırılması və digər proseslər “Demokratik Təşəbbüslər İnstitutu”nun (DTİ) Çexiyada məskunlaşmış üzvü Elman Fəttaha həvalə edilib. O, “Internews”un dəstəyi ilə DTİ-ni Praqada rəsmi qeydiyyatdan keçirib. E.Fəttah yeni auditoriya formalaşdırmaq, təmsilçilərinə təlimlər keçmək üçün yetərli miqdarda maliyyə ilə təmin edilib. Xəbərlərə görə, Çexiyada qurulan şəbəkə üzvlərinə təlim və treninqlərin bir hissəsi isə Balkanlarda təşkil edilə bilər.
Yeni “aksiyalar” COP29 -a hədəflənib...
Yeni şəbəkənin rolu və vəzifələri isə indidən aydındır - Azərbaycan cəmiyyəti daxilində qarşıdurmalar yaratmaq üçün fürsətlər axtarmaq, bu və ya digər vasitələrlə keçiriləcək mühüm tədbirlərə qara yaxmaq, Azərbacan reallıqlarını təhrif etmək və Qərbin arzu-istəklərini ifadə etmək. Arxada qalan proseslərdə epizodik də olsa yadda qalmayan şəbəkənin planlaşdırdığı yeni aksiyaların COP29 dövrünə təsadüf edə biləcəyi vurğulanır.
Təbii ki, bundan əvvəlki tədbirlər və ya siyasi əhəmiyyətli proseslərdə boy göstərə bilməyən Qərb maliyyəsinin kölələrinin COP29-da hansısa “uğura” imza atacaqlarına özləri belə inanmırlar. Azərbaycan cəmiyyəti heç bir zaman bu kimi təxribatçı qruplara inanmayıb, onları dəstəkləməyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18