Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Diaspor Gənclərinin Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb

Diaspor Gənclərinin Yay Düşərgəsində azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışılıb

06.08.2024 [16:43]

“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsində növbəti panel müzakirə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunub.

Komitədən AZƏRTAC-a bildirilib ki, panel Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluğu, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyevin iştirakı ilə keçirilib.

Panelin əsas müzakirə mövzuları “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında son 4 il ərzində görülmüş işlər” və “İşğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu” olub.

Əvvəlcə düşərgə iştirakçılarına 30 ilə yaxın davam edən işğal müddətində törədilən erməni vandalizmi haqqında məlumat verən çıxışçılar azad olunmuş ərazilərdə reinteqrasiya tədbirləri, tarixi və mədəniyyət abidələrinin bərpası, sosial infrastrukturun tikintisi, həmin ərazilərimizin iqtisadi potensialını gənclərin diqqətinə çatdırıblar. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi Azərbaycanın 2030-cu ilədək qarşıya qoyulmuş beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiqlənib. Həmin Dövlət Proqramı çərçivəsində hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Həmçinin qeyd olunub ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb və bu işlərin daha sürətli şəkildə həyata keçirilməsinə xidmət edir.

Bununla yanaşı, paneldə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə 2021-ci ilin yanvarında yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən söhbət açılıb.

Panel işğal müddətində erməni terroru nəticəsində maddi obyektlərə, tarixi abidələrə dəyən zərərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun rolu və digər mövzularda müzakirələrlə davam edib.

Sonda Qarabağda icrası davam edən bərpa-quruculuq işləri ilə bağlı videoçarx nümayiş olunub.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31