Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Pəri Miniatür: "Ən böyük arzum Azərbaycanda miniatür məktəbinin yaradılmasıdır" 

Pəri Miniatür: "Ən böyük arzum Azərbaycanda miniatür məktəbinin yaradılmasıdır" 

06.08.2024 [09:04]

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.

Çox təəssüf ki, böyük miniatür silsilələrindən çox az bir qismi bizim zamanımıza gəlib çatıb.

Lakin bu,  incə və çətin  sənəti peşəkarlıqla davam etdirən şəxslər var ki, onlardan biri də müsahibimiz minatür rəssamı Pəri Minatürdür. Müsahibəmizi oxuculara təqdim edirik. 

-Pəri xanım, cəmiyyətimizdə rəssamlara yetərincə qiymət vermədiyini deyirlər. Sizcə bu nəyə görədir?

- Düşünürəm ki, bu insanların sosial rifahından asılıdır. Rəssamlıq aristokratik bir sənətdir. Burada maddi vəziyyət rol  oynadığı üçün sərgilərə getmək  imkanı olmur.

- Yəni deyirsiniz sərgilərdə iştrak etmək  üçün imkan lazımdır?

- Ən azından müəyyən qədər madiyyat lazım olur.

- Bəs ölkə olaraq rəssamlara necə dəstək göstərilir?

- YUNESKO - ya miniatür sənətimizi   təqdim edəndə mən də orada iştrak edirdim. Bir ildən sonra miniatür sənəti qeyri-maddi mədəni irs kimi qəbul olundu. Bundan əlavə  olaraq ölkəmiz gənclərə yol açır, müxtəlif layihələrə dəvət edirlər. Qeyd edim ki, işğaldan azad olunmuş torpaqlarda da bu sənətin təbliğinə şərait yaradılıb.

- YUNESKO  təqdimatında iştrakınız həyatınıza və sənətinizə hansı dəyişiklik qatdı?

- Miniatür sənətini o qədər çox sevirəm ki, rəssam olmasaydım belə bu sənətinin oraya təqdim olunması məndə qürur hissi yaradacaqdı. Mənim üçün çox sevindirici bir addım oldu və bunu hər yerdə qeyd edirəm.

- Sizdən əlavə bu sənətlə məşğul olan adamlar varmı ki, siz onlardan ilhamlanmısınız?

- Mənim  bu sənətə olan  sevgimi, yaşatmaq eşqini  ustadım Faik Əkbərov öyrədib. Özü  çox üzdə olmur. Düşünür ki, sənətçi dərviş həyatı keçirtməlidir, lakin mənə görə bu  belə deyil. Düşünürəm sənətkar üzdə olmalıdır. Maraqlı işlərimi görəndə insanlar müsbət fikirlərini söyləyirlər. Cəmiyyətimiz bu sənətə laqeyd yanaşmır. İzləyicilər çəkdiyim əsərlərə  daha gözəl ad qoyurlar. 

- Sənətindən asılı olmayaraq yaradıcı insanların düşüncəsi fərqli olur deyirlər. Sizin də  həm tərziniz, həm də işləriniz fərqlidir. 

-  Bəlkə də cəsur davranıram, lakin bu mənim həyat tərzimdir. Bəzən müdaxilələr də olur. Məncə bu stereotipləri  qırmaq lazımdır. Yağış yağanda insanlar adi gölməçə görürlərsə, yaradıcı insanlar həmin gölməçədə səmanı görə bilirlər. Düşünürəm ki sənət adamları həm də çox həssas olurlar.

- Əsərləriniz kifayət qədər cəsarət tələb edir. Hardansa  ilhamlanırsınız, yoxsa düşüncənizin məhsuludur?

- Əsasən öz düşüncələrimə  görə yaradıram. Bəzən məni çox dərindən incidən mövzular olur. 

İnsanların dilə gətirə bilmədiyini yaradıcı adamlar, rəssamlar üzə çıxardır. Hətta daxilən yaşadıqları hisslərini etiraf edə  bilməyənlər mənə yazırlar. Bizim cəmiyyətimizi çox da cəsarətli hesab etmirəm və bu da onlara uğursuzluq gətirir. Cəmiyyətin aparıcı qüvvəsi qadındır, onlar isə çox vaxt xoşbəxt ola bilmirlər.

- Bəs bu vaxta kimi ən çox sevdiyiniz əsəriniz hansı olub?

- "Günah" adlı bir əsərim var, ailə problemlərimin olduğu bir vaxtda çəkilib. Hətta o əsərdə öz qanımdan  istifadə etmişəm. O əsər mənə  çox doğmadır. Hətta onu satışa belə qoymadım. Bir də şəhid anası  əsəri var, mənə çox təsir edir. Bir yazıçı hansısa bir əsəri dərin hisslərlə yazıbsa onu oxucuya ötürə bilir. Rəssamların işi də belədir.

Məsələn Mono Liza əsərinin illərdir sirini tapa bilmirlər. Ola bilər ki o qadında mütləq bir simptom var və  insanlara  təsir edə bilir.

- Rəssamlar İttifaqına münasibətiniz?

- Normaldır. Ən sonuncu  sərgim elə Rəssamlar İttifaqında oldu.

- Bəs gələcəkdə sahənizlə bağlı hansısa planlarınız varmı?

- Ən böyük arzum Azərbaycanda  minatür məktəbinin yaradılmasıdır. Mən yaratmasam belə kimsə yaratsın, orada şagird kimi də işləməyə hazıram.

- Bunun üçün hansısa addımlar atmısınız?

- Mədəniyyət Nazirliyinə layihə hazırlayıb verdim, lakin heç bir xəbər çıxmadı. Rəsamlar İttifaqında da müzakirlərini apardıq. Düşünürəm minatür sənəti ilə  dünyaya çıxa bilərik. Bu bizim pasportumuzdir, biz dünyaya bəyan etməliyik bu sənət öz varlığını qoruyub saxlayır.

- Tələbələriniz necə, varmı?

-Bir neçə tələbəm var idi, sonra davam etdirmədi. Bunu sənətin  daha incə və çətin olması ilə əlaqələndrirəm. 

Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31