“Standard and Poor’s”un növbəti xəsisliyi...
06.08.2024 [13:11]
Bir müddət əvvəl Azərbaycanın kredit reytinqini sabit saxlayan agentlik indi də iqtisadi artım proqnozunu yüksəltməyə cürət etməyib
“Standard and Poor’s” (“S&P”) beynəlxalq kredit reytinq agentliyi Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb. Agentliyin hesabatında ölkəmizin 2024-2025-ci illər üçün iqtisadi artım perspektivləri digər beynəlxalq institutların proqnoz göstəricilərinə nisbətən xəsisliklə tərtib edilib və digərregion ölkələrinin iqtisadi artım rəqəmlərindən aşağı müəyyənləşib. Belə ki, “S&P” analitiklərinin qənaətinə görə, Azərbaycanda iqtisadi artım tədricən zəifləyəcək ki, bunun da səbəbi neft hasilatının uzunmüddətli dövrdə azalması, neft ÜDM-nin dəyəryaratma gücünün aşağı düşməsidir. Proqnozlara görə, 2024-2025-ci illərdə real ÜDM artımı hər iki il üzrə təxminən 1,5 faiz səviyyəsində olacaq. Bu, digər iqtisadi institutların proqnoz hesabatlarından ən az, 2 dəfə aşağı göstərici deməkdir.
Məsələ ondadır ki, “Standard and Poor’s”un yeni iqtisadi“uzaqgörənliyini” bir müddət əvvəlki hesabat sənədində Azərbaycanla bağlı əks etdirilmiş artım rəqəmləri təkzib edir və agentliyin 2024-cü ildə dərc etdiyi 2-3 hesabat bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, “S&P” 2024-cü ilin fevral və iyun aylarında beynəlxalq iqtisadi auditoriyaya açıqladığı qlobal iqtisadi sənədlərdə Azərbaycanda ÜDM-in 2-3 faizdən yuxarı olacağını proqnozlaşdırmışdı. Sonuncu hesabatın dərcindən bir aydan bir qədər müddət keçdikdən sonra “S&P”-un Azərbaycanın real ÜDM-in artımı ilə bağlı proqnozunu 2,5 fazidən 1,5 faizə endirməsi təəccüb doğurmaya bilməz. Çünki bu müddət ərzində Azərbaycanda iqtisadi artım azalmayıb, əksinə yüksəlib, bu baxımdan ÜDM-in həm nominal, həm dəreal artımının baş verməsinə rəğmən, adıçəkilən reytinq qurumunun ölkəmizin iqtisadi göstəricilərini zəiflətmək təşviqatı obyektiv və ədalətli hesab oluna bilməz.
Burada bir haşiyə çıxaraq, “Standard and Poor’s”un Azərbaycana qarşı kredit reytiniq üzrə xəsisliyini də yaddan çıxarmaq olmaz. Belə ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycanın reytinq əmsalını “BB”dən “BBB” investisiya şkalasına qaldırdığı halda ötən ilin sonunda “S&P” ölkəmizin proqnoz göstəricisini “sabit”dən“müsbət”ə dəyişməklə, yəni “BB” səviyyəsində saxlamaqla kifayətlənib. Bununla bağlı Maliyyə Nazirliyi də açıqlamayayaraq agentlyin qərarını böyük təəccüblə qarşılamışdı.
Azərbaycanda ÜDM-in azalması gözlənilir, yoxsa artımı?
Əvvəla qeyd edək ki, Azərbaycanda iqtisadi artım tempi hazırda 4 faizdən çoxdur, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 20,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ÜDM istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9 faiz artıb.
Yeri gəlmişkən, hazırda Azərbaycanda ÜDM-in 4,2 faizlikartım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən(3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini sübut edir.
Bu tempin ilin sonuna qədər davam edəcəyi və ələlxüsusda qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyifonunda sabit artım dinamikasının 4-5 faiz nisbətində olacağı gözlənilir. Bunu dünyanın ən aparıcı maliyyə qurumlarının, ocümlədən Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu, Asiyaİnkişaf Bankı (AİB), eləcə də reytinq agentliklərindən “FitchGroup”, “Moody’s Ratings” Azərbaycanın yaxın 2-3 illikinkişaf proqnozlarını 3-4 faiz civarında ehtimal edən hesabatlardərc edib.
Qlobal iqtisadi proqnozlaşdırmada əsas istinad mərkəzi kimi qəbul edilən Dünya Bankının (DB) yenilənmiş hesabatında Azərbaycanın uzunmüddətli inkişafında yeni yaranan əlavə dəyər mənbələrinin, xüsusilə də qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafda töhfəverici rol oynayacağı proqnozlaşdırılır. Bankın iyunun 12-də dərc olunmuş “Qlobal İqtisadiPerspektivlər” adlı hesabatında Azərbaycanla bağlı proqnozlarıyeniləyib. Sənəddə qeyd edilir ki, 2024-2026-cı illərdəAzərbaycan iqtisadiyyatı ilə bağlı ümidverici proqnozlarqorunub saxlanılacaq, ümumi daxili məhsul (ÜDM) istehsalıcari ildə 2,4 faiz, 2025-ci və 2026-cı illərdə isə iqtisadi artımın 2,5 faiz artacağı proqnozlaşdırılır. DB-nin şərhinə əsasən, 2024-cü ildə qlobal geosiyasi proseslərin, Rusiya-Ukraynamüharibəsinin, eləcə də Yaxın Şərqdə davam edən gərginliyinfonunda beynəlxalq enerji bazarlarında enerji daşıyıcılarınınqiymət sabitliyinin pozulması gözləniləndir, ancaq bunabaxmayaraq neftin qiymətində kəskin enişlərin baş verəcəyigözlənilmir, orta bazar qiymətinin 80 dollar olacağı ehtimalolunur. Bu isə neft ixrac edən ölkələrin iqtisadiyyatındakı maliyyə gəlirlərini və fiskal sabitliyi dayanıqlı şəkildə saxlayacaq.
Nikbin proqnozlar
Asiya Bankının da proqnozlarında Azərbaycan iqtisadiyyatıüçün neft-qaz gəlirləri əhəmiyyətli mənbə olsa da, son illərdə xüsusi artım nümayiş etdirən qeyri-neft sektorundakı mənbələr iqtisadi artımın neftə deyil, qeyri-neft sahələrinə əsaslandığını göstərir. Qeyd edilir ki, yaxın 3 illik artım tempi 2,5-3,4 çərçivəsində formalaşacaq. Xüsusilə də Avrozonada risklərin daha çox gözlənilən olduğuna diqqət çəkən agentlik Azərbaycanın sabit iqtisadi inkişafının qorunub saxlanılacağına dair nikbin proqnozlar verib. Bankın yaxın dövr üzrə rəyinə əsasən, Azərbaycanın dayanıqlı maliyyə vəziyyəti gözlənilməz makroiqtisadi riskləri yumşaltmaqda davam edir.
“Fitch” beynəlxalq institutunun analitik şərhində Azərbaycanda 2025-ci il üçün iqtisadi artım proqnozu 2,8 faiz səviyyəsində müəyyən edilib. Beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, nominal ümumi daxili məhsulun (ÜDM) 2024-cü ildə 98,7 milyard dollara, 2025-ci ildə 107,7 milyarddollara, 2026-cı ildə 117,6 milyard dollara, 2027-ci ildə isə 128 milyard dollara çatacağı qeyd olunur. Agentliyin proqnozlarına əsasən, Azərbaycan iqtisadiyyatında getdikcə azalmağa doğru istiqamətlənən neft-qaz gəlirlərinin ÜDM-dəki payını qeyri-neft gəlirləri kompensasiya edəcək. Yeri gəlmişkən, bir neçə günəvvəl “Fitch” iqtisadi komandasına daxil olan “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın uzunmüddətlixarici valyutada reytinqinin bir pillə artırılaraq “BBB-” səviyyəsinə, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar qəbul edib. Ölkəmizin suveren reytinqinin investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi həyata keçirilən makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətləndirilməsinin təzahürü hesab edilə bilər. “Fitch Reytings” “BBB-” investisiya bir daha təsdiq edir ki, neft hasilatının aşağı düşməsinə baxmayaraq, ölkəmizin suveren yığım və iqtisadi güc balansı olduqca qənaətbəxş səviyyədədir..
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin yaxın 3 illiksosial-iqtisadi inkişaf proqnozları ilə beynəlxalq iqtisaditəşkilatların artım gözləntiləri üst-üstə düşür. Hökumətinproqnozlarına əsasən, 2024-cü ildə ÜDM real ifadədə 2,4 faiz artaraq 118,4 milyard olacaq, 2025-ci ildə 2,9 faiz, 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 3,6 faiz təşkil edəcək. Qeyri-neft ÜDM-i isə 2024-cü ildə 4,6 faiz, 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 4,9 faiz, 2027-ci ildə isə 5 faizə bərabər olacaq.
Göründüyü kimi, neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalsa da, artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaq. Bunun üçün dövlətin qarşısında qeyri-neft sektorundan daxil olmaları artırmaq əsas çağırış kimi durur. “Azərbaycan Respublikasının 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan 2030 : sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” və digərkonseptual dövlət sənədlərinin hazırlanaraq icra edilməsi məhz neftsiz iqtisadiyyat quruculuğu əsasında milli inkişafın təmin edilməsinə yönəlib. Bu strateji hədəfin bir istiqaməti isə işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası sayəsində yeni əlavə dəyər mənbələrinin səfərbər olunmasıdır. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini və real ifadə də artımını da təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18