Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ukraynanın “F-16” məyusluğu...

Ukraynanın “F-16” məyusluğu...

06.08.2024 [12:47]

Kiyev söz verilən təyyarələrin hamısını ala bilmədi

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin “F-16” qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib. Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib. Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir deyən Ukraynanın dövlət başçısı “F-16”larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib.
Amma bu “yardım” daha çox Ukraynanın müttəfiqləri tərəfindən başdan edilməsi kimi xarakterizə olunur. Belə ki, xüsusilə Avropa mətbuatı bu məsələnin mahiyyətində Ukraynaya yardımdan çox Zelenskini gələcəklə bağlı xəbərdarlıqların dayandığını iddia edib. Başqa sözlə, bu qırıcıların verilməsi əslində Ukraynanın sülh prosesinə qoşulma zərurətini növbəti dəfə “başa salıb”. 

79 söz verilmişdi... cəmisi 10-u verildi

Söhbət ondan gedir ki, Ukrayna Silahlı Qüvvələri vədedilən 79 ədəd F-16 qırıcısından yalnız 10-nu alıb. Bu barədə“The Economist” qəzeti məlumat yayıb. “İlk 10 döyüş təyyarəsimUkraynaya iyulun son günündə, ABŞ Prezidenti Co Baydenin qətiyyətsiz administrasiyası nəhayət, daha qeyrətli avropalı müttəfiqlərinə onları göndərmək üçün yaşıl işıq yandırdıqdan biril sonra gəldi”, -nəşr yazıb.
Nəşrin müəllifi iddia edir ki, Kiyevə təhvil verilən 10 ədəd F-16 Rusiya Hərbi Hava Qüvvələrini məğlub etmək üçün çox azdır, lakin “güclü simvolik başlanğıcdır”. Qeyd olunur ki, builin sonuna qədər Ukrayna Silahlı Qüvvələri bu tipli 20 təyyarəyə malik olmalıdır, qalan F-16-lar isə Danimarka və Niderlandın dəstəyi ilə 2025-ci ildə partiyalar şəklində gələcək.
“The Economist”in siyasi şərhçiləri nikbin əhval-ruhiyyə aşılamağa çalışsalar da, vəziyyətin ürəkaçan olmadığı ortadadır. Bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərin nəticələrinə indidən ümid bəsləyə bilməyən Avropa bu və ya digər şəkildə özünü kompensasiya etməyə çalışır. Hətta Almaniyanın timsalında bir neçə dövlət açıq şəkildə öz hava məkanından Rusiyaya zərbə endirilməsinə icazə vermədiyini belə bəyan edib. Bu isə Ukraynanın vahid və monolit anti-Rusiya koalisiyası toplamaq xəyalını puç edir. Eyni zamanda, Avropanın Ukrayna müharibəsinə münasibətdə əvvəlki marağı nümayiş etdirməməsi, Rusiyaya qarşı münasibətdə daha loyal mövqeyə transfer olunması Kiyevi düşüncəyə qərq edir...

Avropalı “müttəfiqlər” geri çəkilir...

Vurğulandığı kimi, Ukrayna prosesin əks istiqamət aldığını görür. Məsələn, prezident Zelenskinin verdiyi son açıqlama bunun bariz nümunəsidir - Ukrayna prezidenti qonşu ölkələrin Moskvanın mümkün reaksiyasına görə Rusiya raketlərini vurmaqdan çəkindiklərini bildirib. Volodimir Zelenskinin sözlərinə görə, tərəfdaşlar eskalasiyadan çəkinsələr də, Kiyev bu mövzunu gündəmə gətirmək niyyətindədir. Dövlət başçısı, həmçinin bu məsələdə koalisiyaya ehtiyac yarandığını və bunun hər bir dövlət üçün çox böyük məsuliyyət olduğunu vurğulayıb. Zelenski, eyni zamanda, qonşu dövlətlərlə Ukrayna üzərində Rusiya raketlərini vurmaq imkanını müzakirə edəcəyini deyib. Buna baxmayaraq, Şimali Atlantika Alyansının aparıcı ölkələrinin (ABŞ, Almaniya və Böyük Britaniya) liderləri, eləcədə hərbi blokun baş katibi NATO-nun müharibədə tərəf olmamaq üçün Rusiya raketlərini vurmayacaqlarını bəyan ediblər. Qeyd edək ki, rəsmi Kreml Ukraynaya silah tədarükünün nizamlanmaya mane olduğunu və NATO ölkələrini birbaşa münaqişəyə cəlb etdiyini düşünür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində hesab edir ki, Ukrayna üçün silah olan istənilən yük Moskva üçün qanuni hədəfdir.

Yardımın təyinatı dəyişir...

Beləliklə, mənzərə tam aydın olur - hazırkı məqamda Qərbin gözü Ukraynadan daha çox cənuba, Yaxın və Orta Şərqədikilir. Son günlərdə regionda baş verənlər müharibə təhlükə sianonsları, eyni zamanda yeni İran-İsrail müharibəsi riski Qərbi Ukrayna ilə bağlı planlarında köklü dəyişikliyə məcbur edir. Seçim qarşısında qalacağı təqdirdə Qərbin İsraillə müqayisədə Ukraynaya üstünlük verəcəyini gözləmək mümkünsüzdür. Bununla bağlı ABŞ mətbuatı da yazır. Bildirilir ki, Pentaqon son günlərdə diqqətini daha çox Yaxın Şərqə yönəldib və orada baş verənləri müşahidə etməkdədir. Yəqin ki, Ukraynaya ayrılan maddi yardımların azalmasının da əsl səbəblərindən biri budur. Belə ki, Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard ABŞ dolları məbləğində qrant alıb. Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal sosial şəbəkəsindəki hesabında yazıb. “Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək”, - o qeyd edib.
Şmıqalın sözlərinə görə, bu, 2024-cü ildə ABŞ-ın birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Ümumilikdə Ukrayna bu il ABŞ-dan 7,8 milyard ABŞ dolları büdcə yardımı alacaq. D. Şmıqal bildirib ki, bu, Ukraynaya cari maliyyə dövrünü inamla keçməyə imkan verəcək.

Məcburi sülh mesajı...

Beləliklə, Ukraynaya kömək məsələsində daha çox humanitar yardımların önə çəkilməsi deyilənləri bir daha təsdiqləyir. Zelenskinin də son günlərdə sülhlə bağlı mesajlar verməsinin buradan qaynaqlandığını demək olar. Ümumi gedişatın onun əleyhinə yönəldiyini və həlledici anda meydanda tək qalmaq ehtimalını göz önünə alan Kiyev sülh anonsu səsləndirir - bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində söyləyib ki, noyabrın sonuna qədər rəsmi Kiyev sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq. Onun sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq. “Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyik”, - deyə Zelenski vurğulayıb.

Beləliklə, F-16 qırıcılarının vəd edilən saydan 7 dəfədən artıq az verilməsi, maliyyə yardımlarının təyinatının dəyişməsi Kiyevin aqressiv davranışlarını “yumşaldıb”. Göründüyü kimi, artıq “sülh, yoxsa müharibə” tezisi üzrə aqressiyasını bir kənara qoyan Ukrayna prosesləri dəqiq qiymətləndirməyə başlayıb. 

SADİQ

Paylaş:
Baxılıb: 262 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31