Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / G7 ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

G7 ölkələri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

06.08.2024 [12:31]

“Böyük yeddilik” (G7) ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə artan gərginlikdən narahatlarını bildiriblər və münaqişə tərəflərini gərginliyin azaldılması üçün əməkdaşlığa çağırıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı xarici işlər orqanları rəhbərlərinin bəyanatında deyilir.

“Biz bir daha bütün tərəfləri gərginliyi azaltmaq üçün konstruktiv fəaliyyət göstərməyə çağırırıq”, - bəyanatda vurğulanır.

G7 ölkələrinin xarici işlər nazirləri, həmçinin vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə və ya xalqın fayda görməyəcəyini bəyan ediblər.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşməsi son günlərdə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümündən və Beyrutda hərbi qanadının komandirlərindən birinin ləğvindən sonra başlayıb.

İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31