Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Autizmli uşaqların sayı artır...

Autizmli uşaqların sayı artır...

06.08.2024 [11:49]

Xəstəliyin yeni potensial səbəbi aşkar edilib

Günümüzdə autizm xəstəliyindən əziyyət çəkən uşaqların sayının artdığını müşahidə etməkdəyik. Bəzən bir çox valideyn övladının üç yaşında danışmağa başlamamasını, heç kəslə ünsiyyət qurmamasını uşağın şəxsiyyətinə xas bir xasiyyət kimi qəbul edir. Buna görə həkimlərdən autizm diaqnozu eşidəndə uzun müddət buna inanmaq istəmirlər. Autizmli bir uşaq isə ona bənzəməyən insanların arasında narahatlıq hiss edir, çünki onlarıbaşa düşə bilmir.

Autizm nədir?

Qeyd edək ki, autizm 3 yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynininkişafına mane olan xəstəlikdir. Mütəxəssislər qeyd edir ki, autizm irsi mənşəlidir, ancaq irsiliyi olduqca qarışıqdır vəmənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindən və yaxud nadirgörülən mutasiyalardan qaynaqlandığı dəqiq məlum deyil. Bəziləri xəstəliyin yaranmasına peyvəndlərin səbəb olduğunudeyir. Lakin bu iddia hələlik mübahisəli olaraq qalır.
Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirinnecə inkişaf etdiyi məlum deyil. Valideynlər uşaqlarınıntəxminən iki yaşında xəstəliyinin əlamətlərini hiss edirlər. Təəssüf ki, autizmin çarəsi yoxdur.

Xəstəliyin səbəbi bilinmir...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan pediatr Vaqif Qarayev autizmin son vaxtlar dünyanın, eləcə də Azərbaycanınproblemi olduğunu vurğulayıb: “Problemi qəlizləşdirən də odurki, bu sindromun səbəbi bilinmir. Doğrudur, bu vaxta qədərautizmin səbəbləri barədə müxtəlif iddialar irəli sürülüb. Lakinsübutlu təbabətdə onun səbəbi barədə hələlik heç  nə yazılmır. Bir müddət bundan əvvəl peyvəndlərin autizm yaratdığı barədəməlumatlar yayılırdı. Bəzi xəbər saytlarının yazdığına, gəldiyiəsassız qənaətə görə, Azərbaycanda uşaqlara vurulan peyvəndlərkeyfiyyətsiz, yararsızdır. Gəlin baxaq, axı Avropada peyvəndləbağlı problem yoxdur. Və yaxud peyvənd autizm yaradırsa, bəspeyvənd almayan uşaqlarda autizmin səbəbi nədir? Yəni bu iddia özünü doğrultmayıb”.
Həkim qeyd edib ki, peyvəndin autizm yaratdığı barədəməlumatlar yayıldığı andan peyvənd əleyhinə böyük birkampaniya başladılıb və bu hələ də davam edir: “Avropanın ənqabaqcıl ölkələrində, o cümlədən ABŞ-ın bir çox ştatlarında qızılca epidemiyası geniş yayılmaqdadır. Səbəb isə insanların peyvənddən imtina etməsidir. Xatırladım ki, bir neçə il bundanöncə İngiltərədə peyvəndlə bağlı qalmaqallı məhkəmə prosesi keçirildi. Sonda peyvəndin autizm yaratdığı sübut edilmədi. Bu baxımdan autizm sindromunun peyvəndlə əlaqələndirilməsitamamilə əsassızdır. Son vaxtlarda isə genetik faktor irəlisürülür. Lakin bu da məntiqə uyğun gəlmir. Sual olunur: necəoldu yalnız son 20-30 ildə insanların genetik kodu dəyişdi? Yəni bir sözlə, autizmin dəqiq səbəbi hələlik bilinmir”.
Pediatr xəstəliyin dərmanla müalicə olunmadığını bildirib: “Bu cür uşaqlarla bağlı sırf reabilitasiya yaradılmalı, əsasən dəpsixoloqlar onlarla məşğul olmalıdır. Autizmin əlamətlərinəgəldikdə, belə uşaqlar adətən təkliyə meylli olur, ailə üzvləri, eləcə də kollektivlə kontakta girmir, monoton hərəkət edir, nitqində eyni sözlər olur, tutaq ki, hər suala yalnız öz adlarını deməklə cavab verirlər və s. Beləliklə, burada həm nitq, həm də psixoloji problemlər ortaya çıxır. Lakin uşaqda qeyd etdiklərimin hamısı varsa belə, hələ autizm demək doğru deyil. Çünki müxtəlif sindromlar var. Bəzən görürük ki, bu cür davranışları olan uşaqlar bir neçə ay psixoloji reabilitasiyakeçdikdən sonra həmin əlamətlər aradan qalxır”.

Yeni araşdırma...

Bu günlərdə alimlər autizmin yeni potensial səbəbini aşkarediblər. Yaponiyanın Fukui Universitetinin alimləri yenidoğulmuş körpələrin göbək qanında yağ turşularının səviyyəsiilə autizm spektri pozğunluğunun inkişaf riski arasında əlaqətapıblar.
Tədqiqat yeni doğulmuş körpələrin 200 göbək qanınınanalizi əsasında aparılıb. Məlum olub ki, diHETrE (araxidonturşusundan əldə edilən diol) birləşməsinin həm artan, həm də azalan konsentrasiyası autizmin yaranmasına əhəmiyyətli təsir göstərə bilər. Alimlər qeyd ediblər ki, qanda yüksək səviyyəli diHETrE altı yaşında ünsiyyət çətinlikləri ilə, aşağı səviyyələrisə oxşar yaşda olan uşaqlarda təkrarlanan və məhdudlaşdırıcı davranışlarla əlaqələndirilir.
Tədqiqatçılar diHETrE səviyyələrinin qiymətləndirilməsinin uşağın autizmin inkişaf ehtimalını proqnozlaşdırmaq üçün faydalı bir vasitə ola biləcəyini təklifedirlər. Autizm və ya autizm spektri pozğunluğu (ASD) insanın davranışına, ünsiyyətinə və sosial qarşılıqlı əlaqəsinə təsir edən sinir-inkişaf pozğunluqlarının kompleks toplusudur. 
Simptomlar müxtəlif insanlarda xeyli dərəcədə dəyişə bilər, lakin çox vaxt sosial qarşılıqlı əlaqədə çətinlik, təkrarlanan davranış və məhdud maraqları ehtiva edir.

Yeganə BAYRAMOVA 

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 187 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31