Müharibə olacaq, ya olmayacaq?
06.08.2024 [11:20]
Yaxın və Orta Şərqdə vəziyyət gərgindir...
Son bir neçə gündə Yaxın və Orta Şərqdə mümkün qarşıdurmanın başlanma anonsu bölgə dövlətləri ilə yanaşı, bütün dünyanın diqqətini bu regiona cəlb edib. Xüsusilə, bir sıra Qərb dövlətlərinin öz vətəndaşlarını qarşıdurma coğrafiyası kimi xarakterizə olunan regiondan çıxmağa çağırması, diplomatik trafikin intensivləşməsi, bütün tərəflərdən yalnız müharibə ritorikasının eşidilməsi vəziyyətin ciddi olmasından xəbər verir. Hətta xarici mətbuat ABŞ dövlət katibi Antoni Blinkenin Yeddilik Qrupun (G7) xarici işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini dediyini yazıb. Qeyd olunub ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı aparıb. Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.
Mənbələr bildiriblər ki, Blinken İran və “Hizbullah”ın yəhudi dövlətini vuracağına əmindir, lakin bu addımın konkret olaraq nə olacağı bəlli deyil. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır. Məlumatı verən mənbənin sözlərinə görə, amerikalı diplomat Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəs danışıqlarına təsirindən məyus olduğunu bildirib. Blinkenin Amerika administrasiyasının Haniyənin öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə həmişəkindən daha yaxın olduğunu hiss etdiyini dediyi vurğulanır.
Müharibə nə “vəd” edir?
Beynəlxalq ekspertlər isə müharibənin başlanma ehtimalını ikinci plana keçirir - onların fikrincə, hazırki vəziyyətdə həm İsrail, həm də İran müharibə həvəsində görünmür. Səbəblər isə fərqlidir:
- Baş verən müharibə hər iki dövlətin yeni iqtisadi münasibətlər sistemindəki yerini zəiflədəcək: o baxımdan ki, bu müharibə regionda yeni maraqların təmsil olunması ehtimalını gücləndirir;
- İran HƏMAS liderinin öldürülməsinin Yaxın Şərqdə yeni müharibəyə başlanılması üçün “bəhanə” kimi seçildiyini anlayır. Qərbin, xüsusilə Avropa və ABŞ-ın İranı məhz qeyd edilən coğrafiyada döyüşə çəkmək planı barədə danışan siyasi analitiklər Tehranın bu oyuna getmə ehtimalını zəif dəyərləndirir;
- Bu gərginliklər Yaxın və Orta Şərq üçün yeni siyasi şəkilləndirmə yarada bilər - bölgənin siyasi xəritəsi yeni ştrixlərlə zənginləşə bilər.
Ekspertlər avqust ayının ortasında Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə mümkün səfərinin də müharibədən daha çox “əzələ nümayişi”nə hesablandığını bildirirlər. Abbasın bu səfəri İsrail-ABŞ tandeminin regionla bağlı addımlarda Ankara ilə hesablaşmalı olduğunu əyani surətdə qarşı tərəfə çatdırır. Siyasi parametrlərin müəyyənləşdirilməsi, “sərhədlərin” formalaşdırılması bu kimi gərginliklərdə daha aydın şəkildə təzahür edir ki, politoloqlar hazırki durumu da bu aspektdən qiymətləndirirlər. Vurğulanır ki, bir sıra dövlətlərin fəallaşması müharibədən daha çox siyasi opponentlərin müəyyənləşdirilməsi üçün şərait yaradır.
Ardıcıllıq...
İllərdir ki, Qəzza zolağında, Livan və ya Suriya ərazisində, bir sözlə, Yaxın Şərqdə gedən mübarizədə təhlükəli məqamlar nəzərə çarpıb - İsrail və HƏMAS arasında müharibə regional münaqişə sərhəddindən daha fərqli status daşıyıb. 2024-cü ilin aprelində İran tarixdə ilk dəfə İsrailə birbaşa zərbələr endirdi - iyulun 30-da isə Tehranda raket hücumu nəticəsində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə öldürüldü. Münaqişənin daha çox diplomatik üstünlük qazanmağa hesablandığını düşünənlərlə yanaşı, müharibə variantını da istisna etməyənlər var - ən əsas sual isə ondan ibarətdir ki, Yaxın Şərqdəki hadisələr bu nöqtəyə necə çatdı? Xronoloji ardıcıllığa nəzər yetirək:
- 2023-cü il oktyabrın 7-dən, HƏMAS Qəzza zolağından İsrailə hücum etdikdən sonra Hizbullah İsrail ərazisinə 2500-dən çox zərbə endirdi - mindən çox raket, 400-dən çox hücum dronu, 900-dən çox tank əleyhinə sursatlarla bu hücum reallaşdı. Rusiya mətbuatının yaydığı məlumata görə, İsrail baş nazirinin ofisinin hesabatında göstərilir ki, oktyabrın 8-dən Hizbullah İsrail ərazisinə 6800-ə yaxın raket atıb. İsrail Müdafiə Qüvvələri hücumlarda 25 mülki vətəndaşın və 22 İDF əsgərinin həlak olduğunu bildirib. 116-sı mülki vətəndaş olmaqla 250 nəfər yaralanıb.
- İyulun 27-də axşam saatlarında Hizbullah İsrail ərazisini növbəti kütləvi atəşə tutmağa başlayıb. Bu dəfə Livan ərazisindən Colan Təpələri və Yuxarı Qalileyə 40-dan çox raket atılıb. Onlardan biri, İran istehsalı olan “Fələk-1” raketi yerli yeniyetmə futbol komandalarının oyununun vaxtına təsadüf etdi - hərbi ekspertlərin sözlərinə görə, bu tip raketlərin Livandan uçuş müddəti təxminən 15 saniyədir. Sığınacaq məkanı futbol meydançasının bir neçə metrliyində yerləşsə də, partlayış anında kimsə oraya özünü yetirə bilmədi. Nəticədə 10-16 yaş arası 12 uşaq dünyasını dəyişdi.
- İsrail üç gün sonra cavab verdi - iyulun 30-da axşam saatlarında Beyrutun cənub ətrafı Dahiya qəsəbəsində altı mərtəbəli bina partlayaraq uçub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 7 nəfər ölüb. İsrail Müdafiə Nazirliyi bildirib ki, hava hücumu nəticəsində Hizbullahın ən yüksək səviyyəli hərbi komandiri və qrupun strateji komandanlığının rəhbəri Fuad Şükr həlak olub. İsrail ordusunun məlumatına görə, Şükr təşkilatın baş katibi Həsən Nəsrullahın hərbi planlaşdırma və idarəetmə üzrə sağ əli və müşaviri olub.
- Nəhayət, iyulun 31-də gecə Tehranın şimal hissəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iqamətgahında
partlayış baş verdi və nəticədə yeni seçilmiş prezident Pezeşkaianın andiçmə mərasiminə gəlmiş HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl H?niyə həlak oldu. Məsələ ilə ?ağlı İsrail tərəfi açıq konteksli münasibət bildirməsə də, davranışlardan məsuliyyəti haranın daşıdığı bəlli olub.
Beləliklə, İran-İsrail və ya Livan-İsrail, nəhayət hətta Suriya-İsrail müharibəsi planlaşdırmaları ilə bağlı “müzakirələr” gedir - bu müzakirələrin hansının dəqiqlik yükü nə qədərdir, bunu hələ ki, müəyyənləşdirmək mümkün deyil.
6 ay öncə edilmiş xəbərdarlıq ...
Yaxın Şərqdə son illərin “kəskin düşmənləri” sayılan İsrail ilə İran həmişə düşmən olmayıblar - İran İsrailin müstəqilliyini hələ 1950-ci ildə tanıyıb. Hətta Tehran müsəlman dünyasında bu tanınmanı ratifikasiya edən ilklərdən biri idi. İranda şahlıq rejimi dövründə Tehran ilə Təl-Əviv Yaxın Şərqdə ən yaxın müttəfiqlərdən sayılırdılar, biznes və hərbi əməkdaşlığı inkişaf etdirirdilər. Belə ki, İran İsrailin əsas neft tədarükçüsü olub, İsrail isə İran ordusuna təlim keçib, İrana silah satırdı. Şimaldan cənuba bütün İsraili keçən Eylat-Aşkelon neft kəməri hələ də ortaq İran-İsrail şirkətinə məxsusdur (lakin İran qazancdan öz payını almır - İsrail bu pulu 2009-cu ildə xüsusi hesabda dondurur).
İslam inqilabına qədər İranda böyük bir yəhudi icması yaşayırdı. 1979-cu ildə baş verən hadisələr məsələni kökündən dəyişdi - İran ilə İsrail arasındakı münasibətlər kəskin hal almağa başladı. Yəni, İran intensiv də olmasa demək olar ki, 1979-cu ildən İsrail ilə müharibə vəziyyətindədir - müharibə birbaşa aparılmır, hibrid üsullara əsaslanır.
İranın yeni hərbi doktrinasında təhdidlərə qarşı mübarizə və Yaxın Şərqdəki maraqlarını proksi qrupların köməyi ilə təşviq etməyə əsaslanma yer almaqdadır. Bu məqsədlə SEPAH-ın “Əl-Qüds birliyi yaradılıb.
Şərqşünas, ərəbşünas və Bar-İlan Universitetinin professoru Mordechai Keydar hələ 2023-cü ilin aprelində, yəni HƏMAS-ın hücumundan altı ay əvvəl dərc etdirdiyi məqaləsində İran ilə İsrail arasında böyük müharibə xəbərdarlığı etmişdi - İraqdakı mənbələrindən alınan məlumatlara əsaslanaraq Keydar yazırdı ki, İsrailə hücum eyni vaxtda yeddi cəbhədən - Livan, Suriya, İraq, Yəmən, Qəzza zolağında, eləcə də İordan çayının qərb sahilindən və İsrailin özündə hazırlanır. Həmin bölgələrdə yaşayan ərəblər daxili arenada vəziyyəti gərginləşdirməli idilər.
Yeni müharibə haradan başlayacaq?
İsrailli hərbi analitik Yiqal Levin hesab edir ki, İran və onun etibarlı qüvvələrinin cavabı yeni silahlardan istifadə etməklə hücum ola bilər. “Məsələn, dənizdən Təl-Əvivə dronlar atıla bilər. Onlar həmçinin gəmiləri batırmağa və ya lazımsız eskalasiyanın qarşısını almaq üçün əvvəllər vurmaq istəmədikləri strateji əhəmiyyətli obyektləri vurmağa cəhd edə bilərlər”, - deyə Levin misallar gətirib.
Onun fikrincə, hazırda regional müharibə ehtimalı var. “Nə Tehranın, nə də Qüdsün görmədiyi və ya görmək istəmədiyi hadisələr baş verə bilər”, - Levin iddia edib - “Beləliklə, İkinci Livan müharibəsi plana uyğun olaraq deyil, hadisələr zənciri ilə başlamış olur”.
30 il sonra üstü açıldı...
Baş verənlərlə bağlı xarici mətbuat bir məsələni də xatırladıb - Hizbullahın İsrailə qarşı ən böyük hücumlarından birinə diqqət çəkib. 1992-ci il martın 17-də İsrailin Buenos-Ayresdəki səfirliyində baş verən partlayışda 29 nəfər həlak oldu, 242 nəfər yaralandı. 1994-cü il iyulun 18-də isə Buenos-Ayresdəki yəhudi icmasının binasında baş verən partlayış nəticəsində 86 nəfər həlak oldu. İkinci terror aktından 30 il sonra, 2024-cü il aprelin 12-də Argentina məhkəməsi hər iki partlayışın Livan Hizbullahı tərəfindən törəldildiyini bildirib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34