Fransa Azərbaycandan üzr istəməlidir!
06.08.2024 [10:52]
Olimpiadaların tarixi ənənələri var. Belə ki, Olimpiya Oyunları qitələrin təmsilçiləri arasında gərgin idman mübarizəsi olmaqla yanaşı, həm də bir qayda olaraq sülh, barışıq, xoş niyyət rəmzi kimi qəbul olunub. Təşkilatçılar ənənələrə əsaslanmaqla həmişə ev sahibliyi etdikləri olimpiadaları siyasi məqsədlərdən uzaq saxlamağa çalışıblar.
Bu il Fransanın ev sahibliyi etdiyi 33-cü Yay Olimpiya Oyunlarından da gözləntilər eyni idi. Güman olunurdu ki, Yelisey Sarayı qitələrin idmançılarının Parisdə bir araya gəlmələri fürsətini dünyadakı narahatlıqların aradan qaldırılması yolunda bir imkana çevirmək üçün hər şeyi edəcək. Lakin bu gözləntilər elə Olimpiadanın açılış tədbirindəcə özümü nəinki doğrultmadı, hətta məlum oldu ki, Yelisey Sarayı ayrı-ayrı ölkələrə qarşı qərəz ssenarilərini həm də Olimpiya Oyunları üzərindən həyata keçirməyi qarşısına məqsəd qoyub. “Paris 2024”ün Sena çayında düzənlənən açılış tədbirində Azərbaycana qarşı yol verilən qərəz bunun əyani təsdiqidir.
Yelisey Sarayının suflyoru olan “France 2” Azərbaycana qarşı...
Yelisey Sarayının danışan dili hesab olunan “France 2” sanki Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına başlamaqdan ötrü fürsət gözləyirmiş. Bu kanal “Paris 2024” açılış tədbirindən yayımladığı reportajında Azərbaycana qarşı siyasi təxribatla yadda qalıb. Belə ki, canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlətməyib və “Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”, - deyə bildirib. Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı qərəzli fikirlər səsləndirib. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib.
Ev sahibi tərəfindən Cənubi Qafqazın iki ölkəsinin dünya auditoriyasına təqdim olunmasındakı fərq göz qabağındadır. Bir ölkəyə - Ermənistana rəğbət, digər ölkəyə - Azərbaycana qərəz açıq-aydın ifadə edilir. Bu, əsl siyasi ritorikadır və bunu “France 2”nin özbaşına etdiyini düşünmək sadəlövlük olardı. Bu kanal bilavasitə Yelisey Sarayının nəzarəti altında fəaliyyət göstərir və proqram siyasətini oradan gələn siyasi sifarişlər əsasında qurur. Makron iqtidarının Azərbaycana qarşı dözümsüz, beynəlxalq hüquq normalarından uzaq olan siyasəti hər kəsə yaxşı bəllidir. Bu, o hakimiyyətdir ki, təcəvüzkar dövlət olan Ermənistana davamlı dəstək göstərir. Makron postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində pozucu rol oynayır. Məhz onun təqsiri ucbatından Brüssel formatı iflasa uğrayıb. Yelisey Sarayının planlarına uyğun olaraq Ermənistan yeni müharibəyə, revanşizmə təhrik edilir. Məğlub ölkə sülh sazişini imzalamaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə, sürətlə silahlanmaya üstünlük verir və burada Fransa xüsusi rol oynayır. Makron hakimiyyətinin qərəzi bu ölkənin parlamentinin Azərbaycana qarşı qəbul etdiyi çoxsaylı qətnamələrdə ifadə olunub. Bir sözlə, rəsmi Paris hakimiyyətin bütün qollarını ölkəmizin üzərinə hücuma səfərbər edib. Belə görünür ki, telekanalllar da bu kampaniyada yer alırlar. Onu da qeyd edək ki, “France 2” Olimpiada ərəfəsində Azərbaycanın ünvanına çamur atan yeganə Fransa kanalı deyil. Bugünlərdə Fransanın TF1 kanalında “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı bədnam reportaj yayımlanıb. Bu reportajın “Paris 2024” ərəfəsində təqdim olunması Yelisey Sarayının beynəlxalq tədbir üzərindən ölkəmizə qarşı gözdənsalma ka?paniyasını işə saldığına aid daha bir nümunədir. TF1 efir siyasətində Azərbaycanı və ölkəmizin təklifləri əsasında yaradılan Bakı Təşəbbüs Qrupunu (BTQ) hədəf seçsə də, əslində sözügedən videoreportaj xarici müdaxilə bəhanəsi ilə Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki beynəlxalq hüququn və fundamental insan hüquqlarının kobud pozuntularını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Nə Azərbaycanın, nə də BTQ-nin hansısa bir ölkənin siyasətinə qarışmaq, müdaxilələr etmək kimi bir niyyəti yoxdur. Ölkəmizi, BTQ-ni 14 min kilometr uzaqda iş aparmaqda ittiham edən Fransa mediası öz hökumətinə sual verə bilər ki, Fransadan 17 min kilometr uzaqda yerləşən müstəmləkə ərazilərinin bu ölkəyə nə aidiyyəti var? Yeganə bağlılıq sümürmə, talançılıq, istismar ola bilər ki, bu da ikrah doğurur və müasir dünyada heç bir vəchlə qəbul edilə bilməz.
Azərbaycan tələb edir!
Yelisey Sarayının nəzarətində olan “France 2” kanalının Olimpiadanın açılış tədbirindən yayımladığı reportajda ölkəmizə qarşı məqsədli siyasi təxribata yol verilməsi Azərbaycanın gecikməyən etirazına səbəb oldu. Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı. Reportajın kəskin şəkildə qınanıldığı sənəddə oxuyuruq: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Bəyanatda bildirilir ki, baş vermiş halla bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, Fransanın dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.
Bütövlükdə, Azərbaycan cəmiyyəti “France 2”nin bədnam reportajını qınaq obyektinə çevirib. “2024-cü il Paris olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib”. Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) bəyanatında bildirilir.
Qeyd olunub ki, olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır: “Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir”.
BOK Fransaya görə Bakıdan üzr istədi
İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində ev sahibi dövlətinə məxsus “France2” telekanalının müxbirinin Azərbaycana qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab gəlib.
Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, cavab məktubunda Beynəlxalq Olimpiya Komitəsi Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı “France 2” telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də, bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.
Fransa da BOK-dan nümunə götürməlidir
Rəsmi Paris də BOK-dan nümunə götürüb Azərbaycandan üzr istəməlidir. “Paris-2024” Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik”, - deyə Gənclər və İdman Nazirliyinin məlumatında bildirilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən də Fransanın məlum reportajla bağlı ölkəmizdən üzr istəməli olduğu bildirilir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Yay Olimpiya Oyunlarının açılış mərasimində “France 2” telekanalının müxbirinin ölkəmizə qarşı səsləndirdiyi qərəzli fikirlər ilə bağlı yerli medianın sualını cavablandırıb. Mətbuat katibi bununla bağlı deyib: “Məlum olduğu kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, “France2” telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplərə və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu, buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik.
Bu baxımdan məsuliyyət daşıyan tərəfin, ilk növbədə, Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik”.
Beləliklə, indi, necə deyərlər, top Fransanın meydanındadır. Rəsmi Paris Azərbaycana qarşı yanlış siyasət apardığını etiraf etməli və ölkəmizdən üzr diləməlidir. Əks halda, bu, Yelisey Sarayının məsuliyyətsizliyi, Olimpiya ruhuna və irsinə, eləcə də beynəlxalq birliyə qarşı hörmətsizliyi anlamında qəbul ediləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37