Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb

Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb

06.08.2024 [09:57]

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.

"Report"un məlumatına görə, hələlik komandanın aktivində iki qızıl mükafat var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidir.

Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 52-ci, Ermənistan isə (1 gümüş) 54-cü sıradadır.

İlk "üçlük"də ABŞ (21 qızıl, 30 gümüş, 28 bürünc), Çin (21 qızıl, 18 gümüş, 14 bürünc) və Fransa (13 qızıl, 16 gümüş və 19 bürünc) yer alıblar.

Hələlik 73 ölkə medal əldə edə bilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31