Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ürək xəstəlikləri olanlar yay aylarında necə diqqətli olmalıdır? 

Ürək xəstəlikləri olanlar yay aylarında necə diqqətli olmalıdır? 

03.08.2024 [10:44]

Ürək-damar xəstəliklərinə əvvəllər adətən yalnız yaşlı insanlarda rast gəlinirdisə indiki dövrdə, bu xəstəlikdən əziyyət çəkən gənclər də az deyil. 

Yay aylarında isə xüsusilə, havanın temperaturunun yüksək olduğu günlərdə ürək problemi olan insanların səhhətlərində problemlər çoxalır. 

Azərbaycan və Avropa kardiologiya cəmiyyətinin  üzvü, kardioloq Aynur Əlizadə "Yeni Azərbaycan" - açıqlamasında bildirir ki,  soyuq duş qəbul ediriksə, bu zaman orqanizm əvvəlcədən buna uyğunlaşdırılmalıdır: "Yay fəslində isti havalarda  sərinləmək üçün bir insanlar  soyuq sudan istifadə edirlər. Soyuq su ilə duş almaq və ya soyuq suya girməyin faydalı olacağını düşünürlər. Ancaq düşünülənin əksinə  soyuq duş almaq orqanizmə mənfi təsir göstərir. Soyuğun təsirindən damarlar daralır, spazm yaranır. Nəticədə qan dövranı pozulur təzyiqin yüksəlməsinə səbəb olur. Həmçinin ürək damarlarının da daralmasına səbəb olur,  nəticədə ürəyin qan dövranı pozulur". 

Həkimin sözlərinə görə isti havalarda ən doğrusu ilıq duş qəbul olunmasıdır: "Soyuq duş qəbul olunacaqsa orqanizm əvvəlcədən buna uyğunlaşdırılmalıdır. Əvvəlcə ilıq duş alınmalıdır, zamanla soyuq su istifadə oluna bilər". 

Qeyd edək ki, yay aylarında ürək sağlamlığını qorumaq üçün daha çox maye qəbul olunmalıdır. Günün isti saatlarda çölə çıxmamaq,səhər və axşam saatlarında yürüş etmək məsləhət görülür.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31