Yaxın Şərqdə yeni siyasi situasiya...
03.08.2024 [11:15]
Türkiyə işə qarışır
Yaxın Şərqdə vəziyyət get-gedə çıxılmaz hal almaqdadır - xüsusilə, son günlərdə baş verənlər qarşıdurmanın miqyasının və ya xarakterinin dəyişməsinə, geosiyasi sərhədlərinin genişlənməsinə yol açacaq kimi görünür. Son statistikaya görə, Qəzzada ölənlərin sayı 40 minə çatmaqdadır. Tərəflər isə epizodik humanitar atəşkəsdən başqa danışığa meyl etmək fikrində görünmür - həm İsrail, həm də Fələstin sülh çağırışları etsə də, bunu real əməldə həyata keçirmirlər.
Vəziyyət gərgindir
Qeyd edildiyi kimi, son baş verənlər Yaxın Şərqlə bağlı daha ciddi fikirlərə ehtiyacın duyulduğunu önə çəkdi. Həm HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi, həm də Beyrutun bombalanması dünyanın diqqətini yenidən bu coğrafiyaya çəkir.
Ötən ilin sonlarından etibarən başlanan Qəzza döyüşləri isə hələ də davam edir. Dünənə qədər yalnız çağırış etməklə kifayətlənən dövlətlər isə artıq vəziyyətin nə qədər ciddi olduğunu görməklə yanaşı, mütənasib mövqelərinin daha real ştrixlərlə görünməsini təmin etməyə çalışırlar. Bu, real bəyanatlarla yanaşı, həm də dövlətlərə real dəstəklə ortaya qoyulur. Məsələn, son baş verənlərlə bağlı çağırılmış BMT TŞ-nin fövqəladə iclası zamanı bir sıra Qərb dövlətləri açıq kontekstdə İsraili dəstəkləmişdi. Bunun müqabilində isə balansın yaranması şərti ortaya çıxır - təbii ki, regionun ən güclü siyasi aktoru kimi Türkiyənin mövqeyi də bu məsələdə həlledici rola malikdir. Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə gözlənilən səfəri də məhz bu kontekstdə diqqəti cəlb edir.
Mahmud Abbas Ankaraya gəlir...
Mahmud Abbasın Türkiyəyə rəsmi səfəri avqustun 14-15-nə planlaşdırılıb. O, avqustun 14-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, növbəti gün isə Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək.
Xatırladaq ki, bir müddət öncə Türkiyə tərəfi Abbası səfərə dəvət etsə də, Fələstin prezidenti bundan “diplomatik məharətlə” yayınmışdı. O, səhhətindəki problemləri əsas gətirərək səfəri təxirə salmışdı. Bu, Türkiyə daxili siyasətində ciddi təlatümlərə səbəb olmuşdu - müxalifət hakimiyyəti ittiham edərək M.Abbasın növbəti dəfə ölkəyə dəvətini tələb etmişdilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxış edərkən Fələstin prezidentini tənqid atəşinə tutmuşdu: “Bəzi siyasi partiyalar “Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır” deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi”.
Beləliklə, səfər artıq həm də məcburi xarakter daşıyır - Türkiyənin Yaxın Şərqlə bağlı mövqeyini tam bəyan etməsi üçün Abbasın Ankarada çıxışı vacib şərtə çevrilib. Fələstin Prezidentinin TBMM-də çıxışı Türkiyənin Fələstinə siyasi dəstəyinin təzahürü olacaq.
Türkiyənin dəstəyi...
Vurğulayaq ki, Türkiyə bir çox dövrlərdə Fələstinə açıq dəstəyini nümayiş etdirib. Belə ki, 1975-ci ildən Fələstin Azadlıq Təşkilatı (FAT) ilə rəsmi əlaqələr quran Türkiyə 1988-ci il noyabrın 15-də elan edilən Fələstin Dövlətini ilk gündəcə tanıyan ölkələrdən olub. Türkiyə Fələstin-İsrail münaqişəsinin BMT-nin iki dövlətli həll üçün müəyyən edilmiş parametrlər əsasında danışıqlar yolu ilə ədalətli, hərtərəfli və qalıcı həllini təmin etməyi, bu çərçivədə coğrafi baxımdan müstəqil və suveren Fələstin Dövlətinin qurulması səylərini hədəfləyir. Ankara 1967-ci il qərarı əsasında müəyyənləşən sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin qəbulunu dəstəkləyir. 2018-ci ilin oktyabrında Ankarada Türkiyə-Fələstin dövlətlərarası komitəsinin Birinci Toplantısı keçirilib. Birgə Komitənin ikinci iclası 24 may 2022-ci ildə Ramallahda keçirilib.
İkitərəfli əlaqələrdə qarşılıqlı səfərlər də xüsusi əhəmiyyət daşıyıb. Fələstin Prezidenti Mahmud Abbasın Türkiyəyə ilk səfəri isə 22-24 avqust 2022-ci il tarixlərində baş tutub - eyni ilin avqustunda isə Fələstinin Baş naziri Məhəmməd Ştiyye Konyada keçirilən V İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Türkiyəyə səfər edib.
Türkiyənin Fələstinə yönəlik rəsmi inkişaf dəstəyi 2005-ci ildə Ramallahda reallaşan Proqram Koordinasiya Ofisi vasitəsilə TİKA-nın koordinasiyası ilə həyata keçirilir. TİKA Ramallah Ofisi vasitəsilə İordan çayının qərb sahilində və Qəzza zolağında, eyni zamanda Şərqi Qüdsdə kiçik və orta ölçülü inkişaf - humanitar yardım layihələrinə dəstək verir.
Ankaranın müdaxiləsi...
Qeyd edək ki, rəsmi Ankara Yaxın Şərqdəki müharibənin ilk günündən etibarən Fələstinə dəstək verir. Bu dəfə dəstəyin daha açıq şəkildə bəyan edilməsi üçün isə prezident Abbasın Ankaraya gəlişi vacib xarakter daşıyır. Bu, həm də Türkiyə hökumətinin mövqeyi baxımından vacibdir.
Təbii ki, bu danışıqlardan sonra məsələnin mahiyyətində yeniliklər nəzərə çarpacaqsa belə, Ankaranın real olaraq qarşıdurmalara müdaxiləsi mümkün sayılmır. Başqa sözlə, ekspertlərin fikrincə, bu dəstək siyasi xarakter daşıyır. Ən əsası isə Qərbin İsrailə verdiyi dəstəyin qarşılığında verilir. Ankara bu yolla prosesə müdaxilə etməyə və stabillik yolunda mühüm manevr etməyə çalışır. İsrail və dəstəkçilərinin qarşılığında Fələstinə verilən dəstək həm də Ankaranın bölgədəki siyasi çəkisini müəyyənləşdirəcək. Ankara bu yolla Yaxın və Orta Şərqdə “söz sahibi” olan dövlət rolunda çıxış etdiyini bir daha dünyaya göstərir. Bu isə İsraildən daha çox qlobal oyunçulara hədəflənən bir mesajdır. Türkiyə məhz bu mesajla bölgənin əsas sabitləşdirici faktoru olduğunu bir daha ortaya qoyur.
Müharibə istəməyənlər
Abbasın Ankaraya gəlişinin siyasi xarakter daşıması bütün mahiyyəti ilə ortadadır - çünki güclü “Qərb kontingentinə” qarşı Türkiyənin tək mübarizə aparacağı mümkün görünə bilməz. Fələstinə dildə tərəf çıxan bəzi ərəb ölkələrinin “dəstəyi” isə elə bəyanatlarla məhdudlaşır. Hətta BMT TŞ-nin son fövqəladə iclası ilə bağlı faktlarda da bu özünü göstərir. Region ölkələri münaqişənin alovlanmasından çox sabitliyə qədəm qoymasının tərəfdarıdır. Bu və ya digər şəkildə məsələnin həlli onların mövqeyinə daha yaxındır. Burada obyektiv və subyektiv səbəblər mövcuddur:
- Əksər region ölkələri İsrailin ən yaxın müttəfiqi olan dövlətlərlə iqtisadi-ticari əlaqələrə malikdir;
- Bölgənin enerji istismarında ərəb dövlətlərinin əsas dəstəkçisi məhz İsrailin müttəfiqləridir;
- “Ərəb baharı”ndan sonra İsrailin “yaxın dostların”ın siyasi gedişlərinin kodunu açan bəzi dövlətlər təhlükədən sığortalanmaq üçün özünü “oda atmaqdan” çəkinir.
Beləliklə, Ankara bu səfər vasitəsilə bölgədə öz üstün durumunu daha da möhkəmləndirəcək - xüsusilə, Ankara qarşıdakı dövrdə Yaxın Şərqdə sabitləşdirici rolunu daha da gücləndirmək üçün Vaşinqtonla təmaslarını gücləndirəcək...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56