Menendez getdi, Kardin gəldi...
03.08.2024 [11:10]
Erməni xorunun yeni “solisti” 2 “məktub” yazıb
Ölkəmizə qarşı illərdir aramsız və əsassız iddialar irəli sürən, beynəlxalq arenada Azərbaycana qarşı kampaniyalar təşkil etmək istəyən qüvvələr Cənubi Qafqazda formalaşan yeni situasiya ilə razılaşmaq istəmir. Yeni eskalasiyalar axtarışında olan erməni lobbisi bu və ya digər şəkildə yalan təbliğatını aparmağa çalışır, sülh prosesinə mane olmaqla yanaşı, həm də Azərbaycana qarşı mənfi münasibəti yaratmağa cəhd göstərir. Ağlasığmaz və beynəlxalq hüquqa zidd addımlar atmaqla, hətta qeyri-adekvat “təşkilatlar” yaratmaqla hazırkı situasiyaya qarşı cəbhə açırlar - məsələn, “Dağlıq Qarabağ qaçqınlarının hüquqlarının müdafiəsi” adlı saxta təşkilat kimi. 30 ilə yaxın işğal etdiyi Azərbaycan torpaqlarında ermənilərin apardığı vandal siyasətə qarşı hər hansı bir etiraz etməyən, kəndlərimizin-şəhərlərimizin dağıdılmasına göz yuman, tarixi-mənədi irsimizin dağıdılmasını sükutla qarşılayanlar hazırda yalan təbliğatla özünü ortaya atır, ləğv edilmiş separatizmi dəstəkləyir.
Lobbinin yeni “züytutanı”
Bu saxta “təşkilat” adından UNESCO təşkilatına ünvanlanan məktubda guya Azərbaycan torpaqlarındakı “çoxəsrlik erməni mədəni irsinin” məhv olması vurğulanır, işğaldan azad edilən ərazilərdə xristian abidələrini “qorumağa” çağırış edilir. Bu tipli başqa bir yalan “müraciət” isə Roma Papası Fransiskə ünvanlanıb - bu məktubda da “beynəlxalq ictimaiyyəti erməni qaçqınlarına təcili humanitar yardım göstərməyə və onların təhlükəsizliyini, şəxsiyyətini və öz torpaqlarına qayıtmaq üçün fundamental hüquqlarını təmin etməyə” çağırış əks olunub.
Hər zaman olduğu kimi, bu dəfə də erməni lobbisinə “züy tutmaq” həvəsinə düşənlər tapılıb. Məsələn, separatizmə dəstək verən bu qondarma təşkilatla yanaşı, amerikalı senator Benjamin (Ben) Kardin də bu qeyri-hüquqi prosesə qoşulub. Analoji addım isə ermənidən artıq erməni olmağa cəhd göstərən ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin yeni sədrinin ilk belə davranışı deyil - o, artıq neçənci dəfədir ki, Azərbaycanı hədəfə alır. Bu dəfə bir az da irəli gedərək kollektiv Qərbi Azərbaycanın Ermənistan torpaqlarını “işğal” etməsinə səssiz qalmaqda ittiham edib. O, iddia edib ki, həmin ərazilər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. “Mübaliğəsiz, Azərbaycan Ermənistanın strateji hissəsini işğal edir. Beynəlxalq ictimaiyyət tərəfindən çox böyük təlaş görmürəm”, - Kardin Senatın xarici əlaqələr üzrə komitəsində keçirilən dinləmələrdə deyib.
Rusiyalı miqrant necə Rusiyaya qarşı düşmən oldu?
Kimdir Ben Kardin? Rusiyadan ABŞ-a miqrasiya etmiş yəhudi əsilli bu şəxs bütün dünyada anti Rusiya mövqeyi ilə seçilir - o, rusiyalı məmurların ABŞ-a girişinə qadağa qoyulmasını təklif edib. 26 aprel 2010-cu ildə Kardin müvafiq bəyanatı adların siyahısı ilə birlikdə Dövlət Katibi Hillari Klintona təqdim edib. Siyahıda Rusiyanın Daxili İşlər Nazirliyi, FSB, Federal Vergi Xidməti, Arbitraj Məhkəməsi, Baş Prokurorluq və Daxili İşlərin İcra Baş İdarəsinin 60 vəzifəli şəxsinin adı, habelə onlarla bağlı məlumatlar yer alıb. Ben Kardin və Nümayəndələr Palatasının Büdcə Komitəsinin yüksək rütbəli üzvü S. Levin Cekson-Venik düzəlişinin ləğv edilməsinə qarşı çıxıblar. Onlar Rusiya ilə ticarəti dayandırmaq kimi təkliflər irəli sürüblər. Kardin rüşvət almaqda ittiham olunan ermənipərəst senator Bob Menendezin xələfidir - o, Demokrat partiyasından Merilend ştatından senator seçilib. Kardin əvvəllər Nümayəndələr Palatasının üzvü, 2007-ci ildən isə Senatın Xarici Əlaqələr Komitəsinin üzvü olub. Menendezin həbsindən sonra isə onu komitə sədri vəzifəsində əvəzləyib
Moskvaya qarşı erməni aləti
Kardinin fəallığı həm də ABŞ-ın anti-Rusiya siyasətində Ermənistandan alət kimi istifadə etməsi ilə əlaqələndirilir. Xatırladaq ki, bir müddət öncə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn məhz Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək bildirmişdi ki, ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən uzaqlaşması üçün şərait yaratmağa çalışır. Beləliklə, Kardinin hansı məqsədlərlə separatizmə dəstək verməsi, başqa sözlə canfəşanlığı üzə çıxır. ABŞ siyasətçisi bu dəfə ölkəsinin Rusiyaya qarşı oyununun “qurbanı” seçilib. Faktlar da deyilənləri təsdiqləyir - B.Kardin ötən ayın əvvəlində ermənipərəst konqresmenlərdən ibarət heyətin tərkibində Ermənistanda səfərdə olub. Prosesdə onun “fərqləndirilməsi” isə səbəbsiz deyil - B.Kardin amerikalı konqresmenlər arasında qatı ermənipərəst mövqeyi ilə seçilir və bu işdə heç də korrupsioner Menendezdən geri qalmır. Hətta onun işğal dövründə dəfələrlə Qarabağdakı separatçı hərəkata dəstək verməsi faktı, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatları da mövcuddur.
Bob “nümunəsi”...
Yuxarıda da qeyd etdiyimiz kimi belə ermənipərəst “hücumların” əsasında Azərbaycanın bölgədə formalaşdırdığı yeni siyasi durum dayanır. Yeni reallıqları qəbul etmək istəməyən erməni lobbisi Menendez və Kardin kimilərdən istifadə etməklə beynəlxalq aləmi çaşdırmaq istəyir. Erməni lobbisi və onun dəstəkçiləri qlobal dünyada müsbət imici ilə fərqlənən, yeni dövrdə mühüm siyasi aktora çevrilmiş Azərbaycana qarşı bu kimi qərəzli addımları ilə hansısa nəticəyə ümid edirlər - onlar Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi faktı ilə barışmaq istəmirlər. Azərbaycan isə son 4 ildə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı həm də qlobal dünyada sülhün, demokratiyanın keçşikçisi, neokolonializmə qarşı mübarizənin öncüllərindən biri kimi tanınıb. Bütün dünya etiraf edir ki, müasir dünyada kolonializmə qarşı mübarizə deyiləndə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, Azərbaycanın səyləri ön plana çıxır. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq etimada layiq görülüb - COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi məhz Bakıya həvalə edilib. Bu qərarı isə bütün dünya - bütövlükdə, Qərb, ABŞ və hətta Ermənistanın özü də dəstəkləyib. Belə çıxır ki, ABŞ qanunverici orqanında komitə sədri vəzifəsini tutan şəxs kimi Kardin ölkəsinin mövqeyinə zidd yanaşma sərgiləyir - bu isə həm də o deməkdir ki, Kardin kimiləri üçün erməni lobbisinin maraqları ABŞ-ın dövlət maraqlarından öndə gəlir. Amma öz sələfi - Menendezin taleyi Kardin üçün bir nümunə olmalıdır. Menendezin səlahiyyətlərindən sui-istifadə etməsi, Azərbaycana qarşı əsassız kampaniyalar aparması və erməni lobbisinin maraqlarına əsir düşməsi axırda bəlli sonluqla nəticələndi - onun rüşvətxor əməlləri, oğurluq faktları, erməni himayədarları ilə şəxsi maraqlar üzərində qurulmuş birgə fəaliyyəti ifşa edildi. Bu aqibət Kardin üçün də nümunə sayılmalıdır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34
Dünya
11 Oktyabr 22:18