Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Avropaya qaz nəqlini artırır 

Azərbaycan Avropaya qaz nəqlini artırır 

03.08.2024 [10:30]

Ölkəmizin yanacaq ixrac etdiyi ölkələrin sayı 10-u ötəcək

Avqustun 1-dən etibarən Azərbaycan Avropanın digər ölkəsinə - Sloveniyaya qaz ixracına başlayıb. Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən hasil olunan qaz Sloveniyanın qaz təchizat sisteminə nəql edilib. 2024-cü il iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair imzalanmış Anlaşma Memorandumuna əsasən tərəflər enerji layihələrində birgə addımlar atmaq niyyətini bəyan edib. Uzunmüddətli enerji tərəfdaşlığının ilk mərhələsində qazın nəqli, sonrakı prosesdə yanacağın şaxələndirilməsi və digər regionlara çatdırılması, eləcə də Sloveniya vasitəsilə Mərkəzi-Şərqi Avropa bazarlarında enerji satışı şəbəkələrinin qurulması nəzərdə tutulur. 

Azərbaycanın Sloveniya qaz bazarına daxil olması ilə mavi yanacaq nəql etdiyi ölkələrin sayı 9-a çatmış oldu. Belə ki, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz ixracı ailəsinə Sloveniya da qoşulmaqla Azərbaycan Avropada say baxımından ən çox qaz tədarükçüsü oldu. İlin sonuna qədər digər Avropa ölkələrinə də qaz nəqlinin təmin edilməsi planlaşdırılır ki, bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 10-u ötmüş olacaq.

Ölkəmizin qaz tədarükü zəncirinə daxil olan ölkələrə yanacaq ixracını təmin etmək üçün ehtiyatlarının həcmi də əhəmiyyətli dərəcədə artmaqdadır. Son 2 ildə ölkəmizin qaz istehsalı potensialı hər il təxminən 4-5 milyard kub.metr artır ki, bu da ixrac coğrafiyasının böyüməsinə səbəb olur.  Qaz istehsalı  2024-cü ilin birinci yarısında 25,1 milyard kub.metri ötüb ki, yanacaöın təxminən 60 faizi xarici ölkələrə nəql edib. Belə ki, 6 ay ərzində xaricə qaz satışı 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Mavi yanacağın təqribən 5 milyard kubmetri Türkiyəyə, 1,3 milyard kubmetri Gürcüstana, 6,4 milyard kubmetri isə Avropaya nəql edilib. Avropa regionuna qaz ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 10 faiz artıb. 

Göründüyü kimi ölkəmizin 2024-cü ilin yekununda ümumi qaz ixracını 25 milyard kubmetrdən də çox tədarük edəcəyi, yanacağın isə Avropaya nəql həcmlərinin 13 milyardı ötəcəyi gözlənilir. Bu isə əlavə olaraq Avropaya 1,2 milyard kub.metr qaz ixracı deməkdir. 

Azərbaycan qazının həcminin artması və Avropa ölkələrində yanaacq əldə edən ölkələrin sayının genişlənməsi Cənub Qaz Dəhlizi konsorsimunu Transadriatik qaz kəmərinin (TAP) genişləndirilməsi üçün dayanmadan  tədbirlər görməyə vadar edib. Çünki yaxın 5 ildə qazın nəql həcmləri 10 milyard kub.metrə qədər artacaq ki, bu da TAP və nəql zəncirindəki ötürmə infrastrukturlarının gücləmdirilməsini tələb edir. TAP Əməliyyat Qrupunun icraçı direktoru Luka Skiepatti bildirib ki, hazırda kəmərin genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi üçün qrup üzvləri tərəfindən yeni xərc portfeli müəyyənləşiv bə investorlar ilk mərhələdə bu faza üzrə 132 milyon avro xərcləmək fikrindədir. TAP-ən genişləndirilməsinin ilk mərhələsi 2025-ci ildə başa çatdırılması başa çatdırılacaq ki, nəticədə boru kəmərinin gücünə əlavə 1,2 milyard kub.metr əlavə ötürmə potensialı qoşulacaq. L.Skiepatti qeyd edib ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək. Hazırda bu istiqamətdə Cənub Qaz Dəhlizi tranziti üzərində yerləşən ölkələr öz nəql şəbəkələrini bu marşruta əlaqələndirmək üçün texniki-təchizat məsələlərini yekunlaşdırmaqdadır. Nəticədə Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq. TAP-ın genişləndirmə layihəsinin ilk mərhələsi yekunlaşdıqdan sonra ikinci fazaya starat veriləcək. 2027-ci ildə nəzərdə tutulan bu genişləndirmə mərhələsinin tamalanmasından sonra isə kəmərin gücü rekord həcmlərdə - ən azı 25 milyard kub.metr qaz ixrac etməyə imkan verəcək. TAP-ın Avropa İttifaqına qaz tədarükünün artırılması imkanlarının genişləndirilməsində qiymətləndirmə və proqnozlaşdırma planı hazırlayan “REPowerEU”nun ehtimallarına görə, 2030-cu ilə qədər kəmərin hazırkı nominal ötürücülük qabiliyyəti ən azı 10 milyard kub.metr artacaq. Kəmərin ötürücülük gücünün artmasında əsas mənbə “Şahdəniz” yatağından əldə edlən qaz olacaq. Mövcud resursların qiymətləndirilməsinə əsasən, növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Mütəxəssislərin apardığı kəşfiyyat işləri nəticəsində əldə edilmiş qiymətləndirmələrə əsasən, Azərbaycan Xəzər regionunda kifayət qədər qaz ehtiyatlarına malikdir və təsdiq edilmiş ehtiyatların həcmi 2.6 trilyon kubmetr proqnozlaşdırılır. Bu həcm daxili tələbat və ixracla birlikdə ən azı 100 ilə kifayət edir. Bu baxımdan Azərbaycanın Avropa İttifaqının qaz təchizatında bir əsrə yaxın tədarükçü dövlət olacağı şübhəsizdir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl”, “Ümid”, “Araz-Alov-Şərq” və “Şəfəq-Asiman” perspektiv strukturlarında proqnozlaşdırılan ehtiyatlar 2,6 trilyondan da çox mənbələrin formalaşmasına əsaslı zəmin yaradır. 

Beləliklə, proqnoz və tədarük planına əsasən, 2024-2027-ci illərdə ölkəmizin qaz istehsalı 40 faiz artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırılmalıdır. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. Bu isə yaxın illərdə Slovakiya, Moldova, Avstriya və Moldovanın da Azərbaycan qazını əldə etməsinə imkan verəcək. Bu isə, ümumilikdə, Avropa İttifaqı regionunun təxminən 40 faizi ölkəmizin sayəsində enerji təhlükəsizliyi təmin ediləcəkdir.

Ancaq növbəti mərhələdə bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla da təkcə bu mənbədən Avropaya illik 40-50 milyard kub. metrə yaxın qaz nəqlinin əldə olunması ehtimal olunur. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil.

Qeyd edək ki, Azərbaycanın yeni enerki bumu mərhələsində Sloveniya da daxil olmaqla Avropa ölkələrinə “yaşıl enerji” nəql etməsi nəzərdə tutulub. “Qara  dəniz” dəhlizi vasitəsilə Azərbaycan mövcud qiymətləndirmələr üzrə 150 QVt-dan artıq yaşıl enerji potensialının böyük bir hissəsinin Avropa bazarlarına çıxışını təmin edilməsi nəzərdə tutulub. 

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 273 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31