Təhlükəsiz Cənubi Qafqaz qurmaq üçün 5 məqam...
03.08.2024 [10:10]
Sülh üçün təhdidlər hələ də qalmaqdadır
Qalib Azərbaycanın yaratdığı reallıqlar Bakı ilə İrəvanı heç vaxt olmadığı qədər sülhə yaxınlaşdırıb. Bu reallıqların açdığı fürsət pəncərələrindən lazımınca bəhrələnməklə Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq regionuna çevirmək mümkündür.
Təəssüf doğuran haldır ki, hələlik bu mümkün olmur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ölkəmizdə səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə bununla bağlı xüsusi narahatlıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə dəstək verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Bu kimi təhdidlərin sülhə və sabitliyə, bölgədə qarşılıqlı əməkdaşlığa, regional nəqliyyat əlaqələrinin inkişafına, ümumilikdə regional normallaşmaya mane olduğu qeyd edilib, onların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Azərbaycan sülh gündəliyinə sadiq olsa da...
İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə aparılan sülh danışıqlarında daim konstruktivlik göstərən Azərbaycan postkonflikt dövründə də dərin məzmunlu sülh gündəliyinə malikdir. Qalib Azərbaycan müharibə başa çatdıqdan sonra birinci olaraq sülh istəyindən çıxış edib. Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə birmənalı şəkildə bəyan edib ki, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz qarşı tərəfə sülh təklif etmişik. Xatırladaq ki, respublikamız İkinci Qarabağ müharibəsi başa çatandan az sonra Ermənistana 5 bənddən ibarət sülh paketi təqdim edib. Vurğulamaq istərdik ki, bu sənəddə qalib tərəf olan Azərbaycanın hansısa bir əsassız iddiası yer almayıb. Bu paketdə beynəlxalq normalara istinad olunub.
Postmüharibə dövründə qalib Azərbaycan sülhyaratma prosesinə qoşulan bütün səmimi vasitəçilərin səylərini alqışlayıb, müxtəlif platformalarda aparılan danışıqlarda fəallıq göstərib. Sülh prosesinə real töhfələr vermək istəyən Azərbaycan ikitərəfli dialoqun inkişaf etdirilməsini daha məqbul variant hesab edir. Artıq ikitərəfli formatda aparılan müzakirələrdə müəyyən uğurlar əldə olunub, o cümlədən sərhədlərin delimitasiyasına strat verilib. Ölkəmiz o mövqedən çıxış edir ki, ikitərəfli müzakirələrin intensivliyi artırılmalıdır. Yeri gəlmişkən, Azərbaycan iyunun sonlarında sayca 10-cu sülh paketini qarşı tərərfə təqdim edib.
Ancaq müharibənin qalib tərfi olan Azərbaycan sülh gündəliyinə sadiq qalsa da, Ermənistan tərəfindən buna adekvat cavab verildiyinin şahidi olmuruq. Məğlub ölkə müharibənin dərslərindən nəticə çıxarmaq və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərini qəbul etmək əvəzinə, sülh prosesini sadəcə imitasiya edir. Nikol Paşinyan və digərlərinin “sülh müqaviləsini bir aya imzalaya bilərik” kimi səslənmələri real müstəvidə adekvat addımların atılması ilə öz təsdiqini tapmır. Bunun əvəzində biz Ermənistanın Azərbaycanın sülh təkliflərini geri çevirdiyinə, yalnız beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan manipulyasiyalarla məşğul olduğuna şahidlik edirik.
Sülh üçün şərtlər mütləq qaydada təmin olunmalıdır
Sülhə aparan yolda Ermənistan rəhbərliyi mənasız bəyanatlar verməkdənsə, ilk növbədə öz üzərinə düşənləri yerinə yetirməlidir. Bəs real sülh üçün şərtlər nədən ibarətdir və yaxud indiki mərhələdə sülhü əngəlləyən addımlar hansılardır? Sualın cavabı olaraq bir neçə mühüm məqama diqqət çəkək.
Birinci məqam: Ermənistan “ölkənin konstitusiyasında dəyişiklik edilməlidir” şərtinin icrasını yubadır, bu istiqamətə konkret addımlar atmır. Ölkəmizin birmənalı mövqeyi belədir: Sülh sazişinin imzalanması üçün bütün fundamental amillər təmin olunmalı, o cümlədən hüquqi boşluqlar tamamilə aradan qaldırılmalıdır. Bu gün sülhə gedən yolda ən böyük maneə isə məhz Ermənistanın konstitusiyası və bir sıra digər qanunvericilik aktlarıdır. Həmin sənədlərdə qonşu dövətin Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar legitimləşdirilib. Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar çıxarılmadan hər hansı bir sülh sazişinin imzalanması mümkü deyil. Çünki hüquqi əsaslar yaradılmayan sülh qalıcı sülh olmayacaq.
İkinci məqam: Azərbaycan reallıqdan çıxış edərək Ermənistana artıq ölü quruma çevrilmiş Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət ünvanlamağa çağırış edir. Ermənistan isə müxtəlif bəhanələr gətirməklə bunu etməyə tələsmir. Prezident İlham Əliyevin də dəfələrlə bildirdiyi kimi, artıq uzun müddətdir ki, bu qrup fəaliyyətsizdir. Hazırda Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədirlər, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç Azərbaycan razılıq vermədən regionda ola bilməzlər. Ölü qurumu “diri” saxlamaq heç bir məntiqə səxmır. Ermənistanın Azərbaycanın bəhs olunan çağırışına adekvat cavab verməməsi bu ölkənin sülh istəyindən uzaq olduğunu bir daha təsdiqləyir.
Üşüncü məqam: Postmüharibə dövründə məğlub ölkənin silahlanma yolu tutması sülh prosesinə açıq-aşkar təhdidlər yaradır. Biz görürük ki, kənar güclər, o cümlədən də Fransa, ABŞ, Avropa İttifaqı Ermənistanı yeni müharibəyə təhrik edir və revanşisləri ruhlandırırlar. Məlum olduğu kimi, Azərbaycan cari il aprelin 5-də ABŞ-ın, Fransanın və Ermənistanın iştirakı ilə keçirilən görüşlə bağlı ciddi narahatlıqlarını ifadə etmişdi. İndi həmin görüşdəki gizli razılaşmaların üstü açılır. Söhbət Ermənistana hərbi dəstək göstərilməsindən gedir. Avropa Sülh Fondundan Ermənistana hərbi məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Fransa bu ölkəyə öldürücü silahlar tədarük edir. Yenə də Fransanın vasitəçiliyi ilə Ermənistan Hindistandan silahlar alır. Bu istiqamətdə ABŞ-nin fəallığı da göz önündədir. Bir qədər bundan əvvəl ABŞ-Ermənistan birgə hərbi təlimləri baş tutdu. Artıq bu ölkənin hərbi mütəxəssisləri Ermənistanda praktiki fəaliyyətə cəlb olunublar. Bütün bunlar nədən xəbər verir? Və yaxud alınan silahların hədəfi hansı ölkə olacaq? Əlbəttə ki, Azərbaycan. Belə olan haldan hansı sülhdən danışmaq mümkündür?
Dördüncü məqam: Ermənistanın regiona kənar güclərin ayaq açmalarına “yaşıl işıq” yandırması sülh üçün ən real təhlükələrdən biridir. Azərbaycanın yanaşması belədir ki, regionun problemləri region dövlətlərinin iştirakı ilə birlikdə çözülməlidir. Məhz ölkəmizin təklifləri əsasında 3+2 platforması çərçivəsində danışıqlar davam etdirlir. Eyni zamanda, yuxarıda vurğuladığımız kimi, postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında bir sıra razılaşmalar məhz ikitərəfli müzakirələr nəticəsində əldə olunub. Kənar güclər isə kəsişən maraqları səbəbindən sülh prosesinin irəliləməsinə maneçilik törədirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim ərazilərimiz heç vaxt regiondan kənar güclər üçün plasarm meydanına çevrilməyəcək. Regionda mövcudluqlaını təmin etmək, buradan Rusiyanı sıxışdırıb çıxartmağa nail olmaq istəyən Qərb dairələri plasdarm kimi məhz Ermənistanı seçiblər və N.Paşinyan hakimiyyəti də bundan məmnun görünür.
Beşinci məqam: Burada Ermənistan-Türkiyə normallaşma prosesi barədə də bəhs etmək zəruridir. Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri ən yüksək səviyyədədir. N.Paşinyan və onun komandası, həmçinin bəzi kənar güclər özlərini bu amili “yaddan çıxarmış” kimi aparırlar. Onlar özlərisayağı bicliklər işlətməklə Ermənistan-Türkiyə normallaşma prosesini Azərbaycan-Türkiyə münasibətləri kontekstindən ayırmağa çalışırlar. Əlbəttə, bu baş verərsə, həm Azərbaycanın, həm də Türkiyənin mövqeyi əhəmiyyətli dərəcədə zəifləyər. Ancaq bu məkrli planın baş tutması sadəcə mümkün deyil. Düzdür, bu günlərdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin iki ölkə arasındakı sərhəddə görüşüb müzakirələr aparmaları rəsmi İrəvanı müəyyən dərəcədə ruhlandırdı. Bunu Ermənistan mtbuatında yer alan manşet xəbərlərdən, analitik yazılardan da görmək mümkündür. Ancaq qardaş ölkənin xarici işlər naziri Hakan Fidanın son olaraq verdiyi açıqlama Ermənistan rəsmiləri üçün əsl soyuq duş effektinə bərabər oldu. “Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam edir. Bunun müsbət nəticələnməsi üçün ssenarimizi hazırlamalıyıq. Hazırkı fəaliyyətlər də bu istiqamətdədir”, - deyə Hakan Fidan vurğulayıb. O fikirlərinin davamı kimi əlavə edib: “Danışıqların tamamlanacağı təqdirdə, müsbət ssenarini həyata keçirəcəyik. Yəni, Ermənistan ilə sərhəd qapımızı aça bilərik”.
Əlavə şərhə ehtiyac yoxdur. Ermənistan rəsmiləri heç vaxt Azərbaycan-Türkiyə münasibətlərinin pisləşəcəyi barədə xəyallar qurmamalıdırlar. Bu ölkədə o reallığı qəbul etməlidirlər ki, Azərbaycan-Türkiyə münasibətləri regionda sülhün həm əsas şərtlərindən və həm də davamlı sabitliyin, əməkdaşlığın mühüm qarantlarından biridir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18