Sülhə qarşı sabotaj
03.08.2024 [10:00]
30 il işğalçını adıyla çağırmayanlar ənənəvi qiyafədə...
Post-müharibə dövrünün ən mühüm reallıqlarından biri kimi önə çıxan sülh prosesi mühüm bir coğrafiyanın gələcək siyasi-iqtisadi tənzimlənməsində əsaslı şərtə çevrilib. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yönündə iki ildən artıq davam edən prosesin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar nəticəsində müəyyən irəliləyişlərə nail olunması isə hər kəs üçün müsbət dividend yaradır - bu, yeni iqtisadi-siyasi nizamı ortaya çıxarır, Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün əsasa çevrilir, Ermənistanın sosial-iqtisadi xilasına yol açır, eyni zamanda, beynəlxalq oyunçular üçün yeni yüksək geoiqtisadi effektə malik və təhlükəsiz ticari xəttin ortaya çıxması üçün şərait yaradır. Bu mənada, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda diqqət mərkəzində olması təbiidir - iki ilə yaxın beynəlxalq vasitəçilərin iştirakı ilə baş tutan və hansısa nəticəyə yol açmayan görüşlərin ardından son 1 ilə yaxın dövrdə məhz ikitərəfli formata əsaslanan təmaslar artıq sülh üçün kifayət qədər böyük ümid yaradıb. Vasitəçisiz davam edən ikitərəfli təmasların verdiyi nəticələr göz önündədir - istər ötən ilin dekabrında bəyan edilmiş ikitərəfli açıqlama və orada əksini tapan müddəalar, istərsə də bu ilin aprelin 19-da əldə edilmiş razılığa əsasən 4 kəndin qaytarılması sülhə olan inamı artırır.
Vurğulandığı kimi, beynəlxalq aləmin əksər aparıcı siyasi aktorları da prosesə maraq göstərir, sülh üçün platforma yaratmağa çalışır. İstər Şərq, istərsə də Qərb dünyası hər bir kiçik nüansı belə nəzərə alır, əldə olunan razılıqların detallarını müzakirə edərək gələcək perspetkiv baxımından dəyərləndirir. Təbii ki, Azərbaycanın məsələdəki mövqeyi səmimi və ədalətli olması ilə seçilir ki, bu da yüksək qiymətləndirilir. Ermənistan ilə Azərbaycanın münasibətlərinin normallaşmasının hazırkı qlobal şərtlərin mənzərəsində nələr vəd etdiyi bütün ölkələr üçün aydındır - bu amil xüsusilə yeni dönəmdə Avrasiyanın mərkəzində sülh və təhlükəsizlik seqmentinin gücləndirilməsinə, hətta fərqli siyasi baxışlara malik qütblərin ortaq iqtisadi maraq müstəvisində uzlaşmasına yol açacaq. Təbii ki, Qərb-Şərq tranziti üzərində təhlükəsizliyin ən ali səviyyədə təmin olunması ən çox böyük iqtisadi güclərin marağında olan bir məsələdir.
İrəvan yenidən ləngidir...
Vurğulandığı kimi, artıq bir ilə yaxındır davam edən ikitərəfli təmaslar müəyyən yolun qət olunmasına imkan yaradıb. Amma son dövrlərdə Ermənistanın yenidən yayınma həvəsində olması, proosesi ləngitməyə çalışması diqqəti cəlb etməkdədir - bu amil beynəlxalq aləmin də gözündən yayınmır. Belə ki, “Politico” nəşri Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istəyindən yazıb. Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın ortalarında Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib. Bu görüşlər barədə əvvəllər məlumat verilməyib. Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək sülh sazişini yekunlaşdırmağa çağırıb.
Nəşr qeyd edir ki, çoxdan gözlənilən razılaşmanın baş tutmadığından və aylarla davam edən diplomatik səylər dalana dirəndikdən sonra Brüsseldə məyusluq artıb. Lakin çoxdan gözlənilən razılaşma baş tutmur və bu, Brüsseldə məyusluq yaradır.
Xatırladaq ki, iyulun 18-də İngiltərədə Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də, Paşinyan dialoqda iştirakdan boyun qaçırıb. İmtina ilə bağlı ən çox yayılmış versiya odur ki, Paşinyan Əliyevlə danışıqlarda Avropa Şurasının prezidenti Şarl Mişel və mümkünsə Fransa prezidenti Emmanuel Makronun iştirakını istəyib. Bu şərtin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu anlayanda isə regional sülh prosesini geriyə atıb.
Paşinyan yayınır, Qərb görməzdən gəlir
Bəli, mənzərə yenidən aydın şəikldə ortadadır - Ermənistan ikitərəfli təmaslar nəticəsində əldə olunan razılaşmaları davam etdirməkdən yayınır. Yenidən Fransa amili maneə kimi prosesin “önünü kəsir”. Halbuki rəsmi Parisin hazırki qeyri-müəyyən halın davam etməsi üçün göstərdiyi səylər hər kəs tərəfindən görünür. Prezident Makronun adminisitrasiyası bütün sferalarda Cənubi Qafqazda sülhün reallaşmaması üçün səy göstərir. Ermənistanın qeyri-qanuni şəkildə silahlandırmaqla, Azərbaycana qarşı beynəlxalq səviyyədə antikampaniyalar yaratmaqla sülhlə bağlı ümidləri boşa çıxarmağa çalışır. Paşinyan Makronun təhriki ilə sözün əsl mənasında prosesi sabotaj etməyə çalışır. İkitərəfli təmaslardan boyun qaçırmaqla yanaşı beynəlxalq danışıqlar platforması çərçivəsində də real nəticəyə yol açacaq addımlar atmaqdan çəkinir- bunun nəticəsidir ki, istər Avropa İttifaqı Şurasının, istərsə də Rusiyanın sülh çağırışları cavabsız qalır. Paşinyanın “yayınma siyasəti” indiyə qədər bəzi nüansları uğurla davam edən prosesi yenidən qaranlığa yuvarlayır.
Təəssüfləndirici haldır ki, İrəvanın bu qeyri-adekvat davranışı sülh üçün çağırış edən oyunçular tərəfindən etiraf olunmur - necə ki, 30 ilə yaxın Ermənistanın adı işğalçı kimi çəkilmirdi, indi də İrəvanın sülh prosesinə yaratdığı maneələr etiraf edilmir. Fransanın arxasına sığınaraq sülhü uzadan Ermənistana qarşı beynəlxalq qınaq belə ortaya qoyulmur - tam əksinə, istər Aİ Şurasının prezidenti Şarl Mişel, istərsə də ABŞ Paşinyanı yenə də açıq kontekstdə tənqid etmir, Ermənistana qarşı sülhə məcburedici addımlar atmır. Bir tərəfdən bölgə üçün sülhün vacibliyindən danışanlar digər tərəfdən sülhə maneə olana qarşı təsirli addımlardan çəkinir.
İşğalçının stimullaşdırılması...
Vurğulandığı kimi, Ermənistanın sülhü sabotaj etməsinin bir səbəbi də beynəlxalq qınağa məruz qalmamaqla yanaşı, Qərbin bu və ya digər şəkildə “dəstəyini” almasıdır. Yada salaq ki, Ermənistan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondu Ermənistana 10 milyon avroluq yardım paketi ayırıb. Əcnəbi ekspertlərə görə, Ermənistana ayrılan vəsaitlərin humanitar təyinatı, aldadıcı olmaq ehtimalı böyükdür. Eyni zamanda, Fransa tərəfindən açıq silahlandırılma, ABŞ tərəfindən isə hərbi təlimlərə cəlb olunması İrəvanı sülhdən yayınmağa sövq edir - beləliklə, Ermənistan yenidən Cənubi Qafqazda təhlükəsizlik üçün təhdid olmaqda davam edir. Bu isə yeni dövr üçün müəyyənləşdirilən iqtisadi layihələri də təhlükə altında qoyur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18
Sosial
11 Oktyabr 22:56
Dünya
11 Oktyabr 22:34