İkinci Qızıl Qələbə!
03.08.2024 [09:40]
Azərbaycan həmişə qazanacaq!
Bu günlərdə bütün dünyanın nəzərləri 33-cü Yay Olimpiya Oyunlarının keçirildiyi Parisə dikilib. İdmançıları Oyunlarda iştirak edən 184 ölkədə Fransa paytaxtından səbirsizliklə, böyük həyəcanla qələbə soraqları gözlənilir. Candan əziz tutduğumuz Azərbaycanımıza nə xoş ki, artıq “Paris-2024”-də ölkəmizin adına ikinci qızıl medal əldə olunub.
Olimpiadada komandamızın ilk qızıl medalını 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qazanıb. İkinci qızıl medalımız isə avqustun 1-də cüdoçu Zelim Kotsoyevdən gəldi. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Avropa və dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn idmançımız Olimpiya çempionu olub.
Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımıza qızıl medal təqdim olunub. Olimpiya çempionumuzun şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Bakıdan geçikməyən zənglər, təbriklər
Bu dəfə də “Paris-2024”-də idmançımızın möhtəşəm qələbəsinə bütün Azərbaycan sevindi. Bu dəfə də Fransanın paytaxtını fəth edən cüdoçumuza Bakıdan, şəxsən Prezident İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan təbriklər gecikmədi. Bu müjdəni bütün Azərbaycan gözləyirdi və qələbə sevincindən də hər kəsə pay düşür.
Azərbaycan Prezidentinin mötəbər beynəlxalq çempionatlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılarımıza telefon açması və şəxsən təbrik etməsi artıq gözəl bir ənənəyə çevrilib. Ənənə bu dəfə də pozulmadı. Avqustun 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.
Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək, bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.
Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Öz növbəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Cüdoçu Zelim Kotsoyev Paris Yay Olimpiya Oyunlarında Azərbaycana növbəti - 2-ci qızıl medalı qazandırdı! İdmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.
“Azərbaycan Olimpiya Evi” Parisdə xarüqələr yaradan cüdo çempionlarını qarşılayıb
Son illərdə respublikamızda idmanın ayrı-ayrı sahələri sürətlə inkişaf edir. Bu sırada cüdo da yer alır. Təsadüfi deyildir ki, “Paris-2024”-də Azərvaycanı 9 cüdoçu təmsil edir. Bütövlükdə komandamızın heyətində 48 idmanşı yer alır. Sıralama isə belədir: Güləşdə 12 (sərbəst - 6, yunan-Roma - 5, qadın - 1), cüdoda 9, gimnastikada 7 (bədii - 6, batut - 1), boksda 5, basketbolda 4, badmintonda və üzgüçülükdə 2 idmançımız Fransa paytaxtına yollanıb. Xatırladaq ki, cüdo komandamız olimpiadalarda bundan əvvəlki qızıl medalı Elnur Məmmədli ilə “Pekin-2008”-də qazanmışdı. Düz 16 ildən sonra həmin uğuru “Paris-2024”-də əvvəlcə Hidayət Heydərov, onun ardınca isə Zelim Kotsoyev təkrarladılar. Necə deyərlər, davamı gəlsin!
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyevin performansını möhtəşəm adlandırıb. Səfir bu barədə özünün “X” sosial şəbəkə hesabında yazıb. “Cüdoçu Zelim Kotsoyev möhtəşəm performansı ilə Azərbaycanın medal hesabına ikinci qızılı əlavə etdi. Azərbaycanlı cüdoçular Parisdə xarüqələr yaradırlar”, - deyə səfir vurğulayıb.
Bu günlərdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində Parisdə fəaliyyət göstərən “Azərbaycan Olimpiya Evi”ndə ölkəmizi sevənlər və idmançılarımızı dəstəkləyən müxtəlif xalqların, beynəlxalq təşkilatların nümayəndələri ilə Azərbaycan cüdo çempionlarımızla görüş təşkil olunub. Tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Fransadakı səfirimiz Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, Olimpiya və dünya çempionları, bir çox beynəlxalq təşkilatın, müxtəlif ölkələrin rəsmi nümayəndələri, “Paris-2024” Oyunlarında ölkəmizi təmsil edən idmançılar və onların məşqçiləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları XXXIII Yay Olimpiya Oyunlarının çempionları - cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevi böyük sevinc və alqışlarla qarşılayıblar. Onlar çempionlarımızı qələbələri münasibətilə təbrik ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çempionlarımızı təbrik edərək qarşıdan gələn günlərdə daha çox çempionlarımız olacağına inandığını bildirib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu gün Azərbaycan Olimpiya Hərəkatında ən əlamətdar gün olduğunu qeyd edib. “Azərbaycan cüdo üzrə ilk dəfədir ki, 2 qızıl medal qazanıb. Ölkəmizin cüdo üzrə 73 kq və 100 kq çəki dərəcələrində həmişə qalib gəlməsi də əlamətdar hadisədir. Əminik ki, bu çəki dərəcələrində Azərbaycan həmişə qızıl medal qazanacaq”, - deyə MOK-un vitse-prezidenti bu çəki dərəcələrinin cüdoçularımız üçün düşərli olduğunu vurğulayıb.
Davamlı dövlət qayğısının real nəticələri
Hazırda müstəqil Azərbaycan bütün dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Ölkəmiz müxtəlif istiqamətlərdə böyük uğurlar qazanır. Şübhəsiz ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması müstəqillik və bütövlükdə son 200 illik tariximizin ən böyük nailiyyətidir.
Həmçinin son illərdə idman sahəsində qazanılan qələbələr uğurlarımızı tamamlayır. Davamlı dövlət qayğısı sayəsində Azərbaycanın idman ölkəsinə çevrilməsi bütün dünyada qəbul olunur. Bunun nəticəsidir ki, beynəlxalq idman ictimaiyyəti Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər mötəbər çempionatların ev sahibliyi hüququnu respublikamıza həvalə edib. Vurğulamaq yerinə düşər ki, hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Son 20 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın böyük əməyi sayəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib.
Ölkəmizin hər yerində yeniyetmələr, gənclər yaradılan idman obyektlərində məşqlər edir və böyük idmana doğru irəliləyirlər. İdmançılarımız mötəbər beynəılxalq yarışlarda Azərbaycan adına qazandıqları medalların sayını ilbəil artırırlar. Bu cəhətdən 2023-cü il də istisna olmayıb. Ötən il idmançılarımız Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. Bu, idman tariximizdə rekord göstəricidir. Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09
İdman
12 Oktyabr 15:07
Siyasət
12 Oktyabr 15:02
Dünya
12 Oktyabr 14:53
COP29
12 Oktyabr 14:33
Hadisə
12 Oktyabr 14:19
Siyasət
12 Oktyabr 14:05
Dünya
12 Oktyabr 13:58
Sosial
12 Oktyabr 13:31
Hərbi
12 Oktyabr 13:26
Mədəniyyət
12 Oktyabr 13:16
Xəbər lenti
12 Oktyabr 12:53
İdman
12 Oktyabr 12:32
Dünya
12 Oktyabr 12:13
İqtisadiyyat
12 Oktyabr 11:49
Hadisə
12 Oktyabr 11:37
YAP xəbərləri
12 Oktyabr 11:25
Prezident bu gün
12 Oktyabr 11:08
Siyasət
12 Oktyabr 10:53
Siyasət
12 Oktyabr 10:39
İqtisadiyyat
12 Oktyabr 10:15
İqtisadiyyat
12 Oktyabr 09:58
Analitik
12 Oktyabr 09:33
MEDİA
12 Oktyabr 09:10
Sosial
12 Oktyabr 08:57
Dünya
12 Oktyabr 08:40
Ədəbiyyat
12 Oktyabr 08:16
Gündəm
12 Oktyabr 08:05
Dünya
12 Oktyabr 07:53
İdman
12 Oktyabr 07:46
Hadisə
12 Oktyabr 07:45
Ədəbiyyat
12 Oktyabr 07:31
Maraqlı
12 Oktyabr 07:06
Siyasət
12 Oktyabr 01:32
İqtisadiyyat
11 Oktyabr 23:52
Mədəniyyət
11 Oktyabr 23:37
Sosial
11 Oktyabr 23:18