Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Təhlükəsizlik konsepsiyamızın mühüm qolu...

Təhlükəsizlik konsepsiyamızın mühüm qolu...

03.08.2024 [11:00]

Hər bir ölkənin müdafiə strategiyasında hərbi dəniz qüvvələrinin əhəmiyyəti böyükdür. Milli təhlükəsizlik konsepsiyamızda kənar təhdidlərə effektiv müqaviməti həyata keçirən güclü hərbi donanmamız var. Bu gün hərbi dənizçilərimiz suverenliyimizə qarşı yarana biləcək təhlükənin qarşısını almağa qadirdir. Bir sözlə onlar bu istiqamətdə özlərini inkişaf etdirməkdədirlər.

1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi.

Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.

Yeri gəlmişkən, avqustun 5-i Azərbaycan Hərbi Dəniz Donanması Günüdür. Bu barədə Heydər Əliyev 1996-cı ildə Fərman imzalayıb.

Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.

Dövlət başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.

Hərbi Dəniz Qüvvələrimizin gücünə İkinci Qarabağ müharibəsində də şahid olduq. Vətən müharibəsi dövründə Dəniz Xüsusi Təyinatlılarının qəhrəmanlıqlarına bütün dünya şahidlik etdi. Belə ki, 27 sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı ilə başlayan döyüşlər zamanı Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlıları döyüşlərdə fədakarlıq, əzmkarlıq və qəhrəmanlıq göstərdilər. Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər. 2020-ci il oktyabrın 25-də ölkə başçısına Qubadlı rayonunun işğaldan azad olunması barədə videogörüntü ilə məruzə edərək xalqı qürurlandıran məhz Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 233 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31