Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

18.07.2024 [14:48]

Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər:

"Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər".

Qeyd edilib ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.

Paylaş:
Baxılıb: 575 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Məqsədimiz budur...

22 Yanvar 11:27

Siyasət

İqtisadiyyat

Sosial

Xankəndiyə ilk köç...

22 Yanvar 09:50  

Ədəbiyyat

Analitik

Suriyada atəşkəs...

22 Yanvar 08:52  

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31