Alen Simonyana xatırlatma
11.06.2024 [10:10]
İcma: Ermənistan hakimiyyəti azərbaycanlıların təhlükəsiz şəkildə qayıdışını təmin etməlidir
NARDAR
Son günlər Ermənistan hökuməti və parlament rəhbərliyi Azərbaycana qarşı konstitusion səviyyədə ərazi iddiasını aradan qaldırmaqdan imtina edən və sülh prosesini pozmağa yönələn bəyanatlar verir. Ermənistan parlamentinin sədri Alen Simonyan da ölkəsinin həm beynəlxalq hüququn tələbi olaraq, həm də sülh prosesinin məntiqindən irəli gələrək atmalı olduğu addımları inkar edib və Azərbaycanı “etnik təmizləmə”, “soyqırımı” törətməkdə ittiham etməyə cəhd göstərib.
Əslində, Simonyanın bu iddialarının heç bir əsası yoxdur. 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən məhz Ermənistan olub. Bu siyasət nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox insan doğma yurdlarından didərgin düşmüşdü. Bu dövr ərzində erməni tərəfi işğal etdiyi ərazilərimizdə vandalizm həyata keçirib, bütün yaşayış məntəqələri və digər infrastrukturlar yerlə-yeksan edilib, tarixi, mədəni və dini abidələr dağıdılıb, eləcə də təbiətə böyük ziyan vurulub. İşğal zamanı ermənilər xalqımıza qarşı Xocalı soyqırımı kimi kütləvi qətliam törətdilər. 30 il ərzində aparılan sülh danışıqları da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermədi və Azərbaycan öz hərbi gücünə torpaqlarını işğaldan azad etməyə məcbur oldu.
Qarabağda yaşamış ermənilərin bu ərazini tərk etməsinə gəlincə, Simonyanın iddialarının əksinə olaraq burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Çünki bütün dünyaya məlumdur ki, ermənilər könüllü surətdə Qarabağı tərk ediblər. Hətta prosesin baş verdiyi zaman KİV nümayəndələri həmin ermənilərin rəyini öyrənib və onlar da açıq şəkildə Azərbaycan tərəfindən heç bir təzyiqə məruz qalmadıqlarını, öz istəkləri ilə Ermənistana getdiklərini söyləyirdilər. Əslində, sadə əhalini Ermənistan rəsmiləri və separatçıların nümayəndələri ərazini tərk etməyə sövq edirdilər. Məqsəd isə Azərbaycanı “etnik təmizləmə” siyasəti aparmaqda ittiham etmək və bu amildən ölkəmizə qarşı beynəlxalq müstəvidə istifadə etmək idi. Lakin bütün prosesin dünya ictimaiyyətinin gözü qarşısında baş verməsi, o cümlədən bölgədə monitorinq aparan BMT missiyasının hansısa etnik təmizləmənin, mülki əhaliyə qarşı zorakılığın baş vermədiyini açıqlaması Ermənistanın və onun havadarlarının niyyətini puç etdi. Bütün bunların fonunda A.Simonyanın məlum açıqlaması sabun köpüyündən başqa bir şey deyil.
Əslində, Simonyan indiki Ermənistan ərazisindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından danışsa, daha yaxşı olar. Gerçək etnik təmizləmə siyasəti məhz Ermənistan hakimiyyəti tərəfindən azərbaycanlılara qarşı törədilib. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulandığı kimi, Alen Simonyan destruktiv iddialar irəli sürmək əvəzinə Ermənistandan azərbaycanlıların zorla qovulması, deportasiyası zamanı Qarakilsə, Basarkeçər, Qafan və digər yerlərdə azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə görə ölkəsinin məsuliyyətini etiraf etməli, qovulmuş azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə qayıdışının təmin edilməsi daxil olmaqla, onların hüquqlarının bərpa edilməsi üçün çalışmalıdır.
Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinin qarşıdurma yolunu seçərək, regionda sülh perspektivlərini qeyri-müəyyən məcraya sürükləməsini pisləyib və dünya ictimaiyyətini Ermənistanın konstruktiv xətt tutması üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.
Xəbər lenti
Hamısına baxSosial
10 Mart 16:23
İdman
10 Mart 16:18
YAP xəbərləri
10 Mart 16:16
YAP xəbərləri
10 Mart 16:08
YAP xəbərləri
10 Mart 15:28
Dünya
10 Mart 15:25
YAP xəbərləri
10 Mart 14:48
Dünya
10 Mart 14:46
Xəbər lenti
10 Mart 14:11
YAP xəbərləri
10 Mart 13:28
Gündəm
10 Mart 13:26
Gündəm
10 Mart 13:06
Sosial
10 Mart 13:05
Gündəm
10 Mart 13:03
Dünya
10 Mart 12:49
MEDİA
10 Mart 12:34
Elm
10 Mart 12:33
Sosial
10 Mart 12:32
Dünya
10 Mart 12:14
Dünya
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:58
İqtisadiyyat
10 Mart 11:56
Sosial
10 Mart 11:54
Sosial
10 Mart 11:53
Dünya
10 Mart 11:25
Sosial
10 Mart 11:25
Mədəniyyət
10 Mart 11:19
Dünya
10 Mart 10:40
Dünya
10 Mart 10:39
İqtisadiyyat
10 Mart 10:20
Dünya
10 Mart 10:13
Dünya
10 Mart 09:56
Gündəm
10 Mart 09:36
Sosial
10 Mart 09:23
Dünya
10 Mart 09:22
Dünya
10 Mart 09:10
Dünya
10 Mart 08:45
Sosial
10 Mart 08:24
Dünya
10 Mart 08:19
Dünya
10 Mart 07:50
Mədəniyyət
10 Mart 07:41
Dünya
10 Mart 07:32
Dünya
10 Mart 07:05
Dünya
09 Mart 23:38
Dünya
09 Mart 22:33
Sosial
09 Mart 21:51
Dünya
09 Mart 21:49
Dünya
09 Mart 20:41
Siyasət
09 Mart 20:14
Gündəm
09 Mart 19:31
Dünya
09 Mart 19:23
Dünya
09 Mart 18:36
Siyasət
09 Mart 18:02
Hadisə
09 Mart 17:18
Siyasət
09 Mart 16:56
Hərbi
09 Mart 16:54
Siyasət
09 Mart 16:53
Dünya
09 Mart 16:34
Siyasət
09 Mart 16:26
Siyasət
09 Mart 15:44
Sosial
09 Mart 15:22
Siyasət
09 Mart 15:15
Hadisə
09 Mart 14:43
Dünya
09 Mart 13:42
Sosial
09 Mart 13:20
Dünya
09 Mart 12:25
İqtisadiyyat
09 Mart 12:14
Elm
09 Mart 11:48
Dünya
09 Mart 11:31
Sosial
09 Mart 10:22

