Putinin sensasiyalı müsahibəsi...
10.02.2024 [11:10]
Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi hələ efirə getməmiş qlobal informasiya gündəminin əsas hadisəsinə çevrilib. İş ondadır ki, dünyanın gözləmədiyi bu sensasion müsahibənin məzmunu deyil, baş tutması faktı ABŞ-da qızğın müzakirə mövzusudur. Rusiya prezdentinin amerikalı jurnalistə verdiyi müsahibə respublikaçılarla demokratlar arasında növbəti siyasi qarşıdurma aktına çevrilməkdədir. Rusiya mediası Karlsonun Moskva səfərinin
ABŞ-da daxili siyasi proseslərə necə təsir edəcəyini araşdırıb.
Putin-Karlson görüşündə Tramp izi
ABŞ ictimaiyyəti jurnalist Taker Karlsonun Rusiya lideri Vladimir Putindən müsahibə almasına ikili münasibət sərgiləyib. Bu məsələ eynilə Texas problemi kimi cəmiyyəti iki qütbə ayırıb. Məsələyə təkcə liberallar deyil, jurnalistin vətənə dönüşünün əngəllənməsini təklif edən Bill Kristol kimi siyasətçilər, jurnalisti “satqın” adlandıran respublikaçı Adam Kinzinger kimilər də olduqca sərt reaksiya veriblər.
Bu qalmaqallı müsahibənin doğurduğu rezonans eynilə 2016-cı ilin seçki kampaniyasında olduğu kimi indi də Tramp tərəfdarlarının xeyrinədir. Artıq bəzi ekspertlər eks-prezidentin bu həftə əldə etdiyi üçqat qələbədən danışmağa başlayıblar. Hazırda Tramp prezidentliyinin birinci dönəmində başa çatdırmadığı partiyadaxili “təmizləmə”ni davam etdirir. ABŞ mediasının yazdığına görə, eks-prezidentin “təmizləmə əməliyyatı”nda növbəti hədəf Respublikaçılar Milli Komitəsinin (təşkilatın strategiyasının hazırlanması və maliyyə vəsaitlərinin toplanması ilə məşğul olan əsas orqanı) rəhbəri, nüfuzlu senator Mitt Romninin qardaşı qızı Rona Makdanieldir.
İkinci uğurlu addım Trampın Respublikaçılar partiyasındakı çoxdankı rəqibi Mitç Makkonell üzərində növbəti dəfə qələbə qazanmasıdır. Senatda respublikaçı azlığın rəhbəri olan Makkonell Ukrayna, İsrail və sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin kompromis variantını formalaşdırmaq üçün xüsusi səy göstərir. “Respublikaçı həmkarlarımızın Ukraynanın maliyyələşdirilməsində irəliləyişin şərti kimi tələb etdikləri çoxdan gözlənən ikitərəfli kompromis əldə olunandan sonra Mitç Makkonnell və Respublika Konfransı 24 saat ərzində 180 dərəcə dönüş etdi. Bir sözlə, Trampın qorxusundan onların dizləri titrəyir”, - deyə Senatdakı demokratların lideri Çak Şumer bildirib.
Bülletenə salınmayan namizəd liderdir
Eks-prezidentin bir həftə ərzində üçüncü uğuru isə onun birbaşa iştirakı olmadan baş tutub. Fevralın 6-da Nevada ştatında respublikaçıların praymerizləri keçirilib. Ştatın hakimiyyət orqanları Trampın seçilməsinə mane olmaq üçün onun adını səsvermə bülleteninə belə salmayıblar. Beləliklə, Trampın əsas rəqibi Nikki Heyli rəqibsiz qatıldığı mübarizədə böyük fərqlə Trampa uduzub. Namizədlik səsverməsi zamanı ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Heyli 32 faiz, onun adsız rəqibi (Donald Tramp) isə 61 faiz səs toplayıb.
Qərbdə Ukraynaya münasibət dəyişə bilər
Amerikalı jurnalistin Vladimir Putindən müsahibə alması ilə bağlı fikirlərini bölüşən politoloq Aleksandr Vorobyovun sözlərinə görə, Karlsonun Moskvadakı fəaliyyəti onun çoxmilyonlu tamaşaçı auditoriyasında Ukrayna böhranına klassik yanaşmanı dəyişəcək.
Analitikin fikrincə, bu gün “Ukrayna işi” Bayden administrasiyası üçün daşınması çətin və bahalı, eyni zamanda can qurtarılması mümkünsüz olan “qulpsuz çamadana” çevrilib: “Putinin müsahibəsi bir çox amerikalının şüurunda formalaşmış Ukrayna mənzərəsini pozmaq riski daşıyır. İndiyədək bu mənzərə Qərb cəmiyyətində “yaxşı adamlar”la “pis adamlar”ın mübarizəsi kimi təqdim olunub. Bu müsahibədən sonra Ukrayna hakimiyyətini təmsil edən “yaxşı uşaqlar”ın heç də belə olmadığı ortaya çıxa bilər. Buraya bir sıra hərbi cinayətlər, korrupsiya və Ukraynaya yardım kimi ayrılan külli miqdarda vəsaitin oğurlanması halları aiddir”, - deyə Vorobyov bildirib.
Hillari Klinton: “Amerikalılar nədən Putinə güvənirlər?”
Karlson çoxmilyonlu tamaşaçısı olan nüfuzlu, Avropada populyar ABŞ jurnalistidir. “Fox News”da qazandığı yüksək reputasiyası sayəsində Tramp administrasiyası seçkilərdə qalib gələcəyi təqdirdə jurnalistin yüksək vəzifəyə təyin ediləcəyi ilə bağlı şayiələr yayılıb. Rusiya mediasının yazdığına görə, Birləşmiş Ştatlarda Karlsonun tərəfdarları və əleyhdarları arasında keçirilən ictimai rəy sorğuları göstərir ki, çoxluq onu müstəqil və sərrast düşüncəli siyasi xadim kimi qəbul edir.
Rusiya prezidentinin sözügedən müsahibəsi bütün sosial platformalarda böyük maraqla izlənib. Müsahibənin təkcə anonsuna iki gün ərzində təxminən 100 milyon baxış olub və X sosial şəbəkəsi populyarlıqda ÇatGPT və TikTok-u keçərək Amerikada ən çox yüklənən proqrama çevrilib.
ABŞ ictimaiyyətinin ənənəvi mediaya inamının getdikcə azalması və alternativ mediaya marağının artması fonunda Taker Karlsonun Moskva səfəri yalnız bu tendensiyanı gücləndirməyə xidmət edir. Bu məkanda sağ mühafizəkarlar daha güclü mövqeyə malikdirlər. Bu da təbii olaraq demokratları narahat edir. Təsadüfi deyil ki, keçmiş dövlət katibi Hillari Klinton hadisəni bu cür şərh edib: “Mən respublikaçıların ruslara nədən meyl etdiklərini bilmirəm. Ümumiyyətlə, amerikalılar Putinə nə üçün güvənirlər? Tramp niyə Putinə ABŞ-ın 11 kəşfiyyat orqanından daha artıq bel bağlayır?”
ABŞ və Kanada İnstitutunun baş elmi işçisi, siyasi şərhçi Vladimir Vasilyev isə qeyd edib ki, Taker Karlson mühafizəkarlar düşərgəsində effektiv rəy lideridir, bununla da gələcəkdə uğurlu siyasi karyeraya yiyələnə bilər: “Görünür, demokratlar 2016-cı ildən dərs almayıblar və “Tramp sindromu”ndan hələ sağalmayıblar. Karlson həqiqətən də Tramp kimi üstünə nə qədər çox çamur atılırsa, bir o qədər nüfuz qazanır. Ümumən, Trampa bir kahin lazımdır. Taker də bu rol üçün mükəmməldir. Üstəlik, inanıram ki, Tramp Ağ Evə qayıda bilsə, o, yeni administrasiyaya qoşulacaq”.
Hillari Klinton isə Takerin ünvanına “yadlara işləyən əbləh”, “Putinin ağılsız tutuquşusu” kimi təhqiramiz ifadələr ünvanlayıb.
Beləliklə, Vladimir Putinlə Taker Karlsonun milyonlarla insan tərəfindən izlənən söhbəti ətrafında ajiotaj səngimək bilmir. Ekspertlər deyirlər ki, bu müsahibə Bayden administrasiyasının zəif xarici siyasətinə növbəti zərbədir. Üstəlik, bu görüş onilliklər ərzində mövcud olmuş standart media qaydalarını pozmaq üçün atılan ilk güclü və uğurlu addımdır.
Karlson artıq Rusiyanı tərk edib, onun bu səfəri ətrafında Qərbdəki isteriya daha da güclənib. ABŞ-da demokrat siyasətçilər insanları bu intervüyə baxmamağa çağırır, jurnalisti alçaldıcı ifadələrlə təhqir edirlər. Avropada isə Takerə qarşı sanksiyalardan danışmağa başlayıblar. Görünür, Qərbdə söz azadlığını yalnız onlara faydalı olanda xatırlayırlar. Reallıqda isə total senzura və fərqli nöqteyi-nəzərə kobud təpki var.
Taker Karlson hələ okeanın o tayına adlamamış opponentləri onun üçün xoşagəlməz qarşılanma “mərasimi” hazırlayıblar. Ancaq Demokrat partiyası Takeri susdura bilmədi - Vladimir Putinlə müsahibə Rusiyanın birinci kanalında rus və ingilis dillərində yayımlanacaq. Karlson məşhur müsahibənin anonsunda bu sözləri deyib: “Biz buraya Vladimir Putini sevdiyimizə görə gəlməmişik. Biz buraya Birləşmiş Ştatları sevdiyimizə və onu firavan, azad saxlamaq istədiyimizə görə gəlmişik. İstəyirik dünyada gedən proseslər haqda mümkün qədər çox biləsiniz. Sonra isə qul kimi deyil, azad vətəndaş kimi özünüz qərar verəsiniz”.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

