London görüşü niyə baş tutmayıb?
24.04.2025 [08:42]
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi dalana dirənib. Belə demək mümkünsə, Qərb KİV-lərinin, eləcə də Qərb siyasi analitik institutlarının Rusiya ilə Ukrayna arasında yaxın zamanda atəşkəsin elan olunacağı ilə bağlı proqnozları özünü doğrultmayıb. Tramp administrasiyası, Kreml və Zelenski hakimiyyətinin son davranışları Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət də davam edəcəyini deməyə əsas verir. Qeyd edəkl ki, aprelin 23-də Londonda Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında planlaşdırılan görüş baş tutmayıb. “Sky News” telekanalının məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Londona səfərdən imtina etdikdən sonra nazirlər görüşü təxirə salıb. Telekanal, həmçinin qeyd edib ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Londondadır və onun britaniyalı həmkarı Devid Lemmi ilə görüşü gözlənilir.
Görüşün baş tutmamasının səbəbi...
Qərb KİV-lərində London görüşü ilə bağlı yayımlanan məlumatlar xüsusi diqqət çəkir. Belə ki, bir neçə gün öncə “Washington Post” qəzetində dərc olunan məqalədə qeyd olunurdu ki, ABŞ Ukraynanı Krımın Rusiya ərazisi kimi tanımasına təkid edir - əgər Londonda görüş baş tutsa idi, Rubio mümkün sülh sazişinin bir hissəsi kimi bunu Ukraynadan tələb edəcəkdi. Britaniyanın “Independent” qəzeti də eyni fikirləri səsləndirib. Qəzet yazır ki, Vaşinqton Kiyevdən Rusiyanın Krım üzərində nəzarətini qəbul etməsi, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və Rusiya ilə dialoqu bərpa etməsini tələb edir. Zelenskinin isə buna münasibəti birmənalı olmayıb - görüşdən əvvəl o, jurnalistlərə açıqlamasında bəyan edib ki, Ukrayna heç bir zaman Krımı Rusiyanın ərazisi kimi tanımayacaq: “Tanınılası heç nə yoxdur - bu, bizim Konstitusiyamıza ziddir. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Bu, heç vaxt baş tutmayacaq”, - deyə Zelenski bildirib. Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukrayna rəsmiləri Tramp administrasiyasının nümayəndələri ilə 30 günlük atəşkəs rejimini müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, atəşkəsdən sonra Ukrayna Rusiya ilə istənilən formatda danışıqlar masası arxasına əyləşməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, dalana dirənməsin”, - deyə Ukrayna lideri əlavə edib. Məhz Zelenskinin bu bəyanatından sonra Rubio Londona nəzərdə tutulan səfərini ləğv edib.
Vaşinqtonun sülh planında nələr əks olunub?
Britaniyanın “Daily Telegraph” agentliyi qeyd edir ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi maddədən ibarət plan hazırlayıb. Agentliyin məlumatına görə, planın birinci və ikinci bəndlərində dərhal atəşkəsin elan olunması və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanması, üçüncü və dördüncü bəndlərdə Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsi və Rusiyanın Krım üzərində hüququnun tanınması, beşinci bənddə isə Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilərin de-fakto olaraq Rusiya ərazisi kimi tanınması nəzərdə tutulur. Altıncı bəndə Ukraynanın ABŞ-la faydalı qazıntılara dair sazişin imzalanması ehtiva olunur, yeddinci bəndə gəlincə, bu bənddə Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması imkanları, xüsusilə də Vaşinqtonun Rusiyaya qarşı bütün sanksiyalarının ləğvi və enerji sektorunda iki ölkə arasında əməkdaşlığın bərpası ilə bağlı məsələlər öz əksini tapıb. Bütün bunlarla yanaşı, Vaşinqton bu plan çərçivəsində hazırda Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə keçməsində israrlıdır.
Vaşinqton nəyə görə Ukraynaya təzyiqlər edir?
Bir çox siyasi ekspertlər hesab edirlər ki, Ağ Evin Ukraynaya təzyiqlər etməsinin başlıca səbəbi Trampın tez bir zamanda müharibəni bitirmək niyyəti ilə bağlıdır. Onların fikrincə, ABŞ rəhbərinin Rusiya, Yaxın Şərq və strateji cəhətdən əhəmiyyət kəsb edən digər regionlarla bağlı hədəfləri var - Tramp öz hədəflərinə nail olmaq üçün qarşısına məqsəd qoyub. Belə düşünülür ki, Tramp Rusiya ilə Ukrayna arasında müharibəni bitirdikdən sonra Rusiya ilə münasibətlərin bərqərar olunması istiqamətində ciddi addımlar atmaq, xüsusilə Moskva ilə enerji sahəsində böyük layihələr həyata keçirmək niyyətindədir, eyni zamanda, Vaşinqtonun əsas diqqətini Arktika, Yaxın Şərq və Asiya-Sakit okean regionlarına yönəldəcək. Bu baxımdan Tramp iki münaqişə tərəfini qarşılıqlı güzəştlər müqabilində atəşkəsə razı salmaqda israrlıdır.
Vaşinqton vasitəçilikdən geri çəkilə bilər....
Tramp Ağ Evdə yerli mediayaya son açıqlamasında bildirib ki, əgər münaqişə tərəflərindən biri danışıqları sabotaj edərsə, ABŞ danışıqlardan çıxacaq və tərəfləri öz taleylərinə buraxacaq. Rubio da NATO-nun baş katibi Mark Rutte ilə son telefon danışığında bunu təsdiqləyib - o, qeyd edib ki, Ukraynada sülhə gedən aydın yol tezliklə ortaya çıxmasa, ABŞ sülh vasitəçiliyi səylərindən geri çəkiləcək. Tramp və Rubionun xəbərdarlığına baxmayaraq, ekspertlər bunun qeyri-mümkün olduğunu düşünürlər - hesab edirlər ki, ABŞ Rusiya ilə Ukrayna arasında atəşkəs elan olunana qədər münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirəcək.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

