Nüvə danışıqları bərpa olunacaqmı?
18.07.2024 [10:42]
İran bu prosesə hazır olduğunu bəyan edib
İran İslam Respublikasının Qərbin ağır sanksiyalarına məruz qalması yeni məsələ deyil. Əsasən, ABŞ tərəfindən reallaşdırılan bu sanksiyalar müxtəlif səbəblərlə əlaqələndirilib. Vaşinqton İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Rəsmi Tehran isə proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar əsas etibarı ilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir.
Xatırladaq ki, İran və altılıq (ABŞ, Fransa, Böyük Britaniya, Çin, Rusiya Federasiyası və Almaniya) hələ 2015-ci ilin 14 iyulunda Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. Və bununla da Tehran müstəsna olaraq dinc nüvə proqramını həyata keçirmək, 15 il ərzində 300 kq-dan artıq olmayan az zənginləşdirilmiş urana sahib olmaq imkanını, yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium istehsal etməmək, nüvə sentrifuqalarının sayını 19 mindən 6,1 minə endirmək, Fordodakı zənginləşdirmə zavodunu texnologiya mərkəzinə çevirmək, MAQATE müfəttişlərinə öz nüvə obyektlərinə baş çəkməyə və Arakdakı reaktordan yalnız dinc məqsədlər üçün istifadə etməyə icazə vermək öhdəliklərini öz üzərinə götürdü.
Altılıq isə qarşılığında tətbiq edilən sanksiyaları aradan qaldırmağa razılıq verdi. Lakin ABŞ-da Donald Tramp prezident olarkən əldə olunmuş ən yüksək nailiyyətlərdən biri hesab olunan bu razılaşmanı “dəhşətli müqavilə” adlandırıb. Nəticədə 2018-ci il may ayının 8-də haqqında danışılan müqaviləni “yalan üzərində qurulan” adlandırıb və sazişdən çıxdığını rəsmi şəkildə bəyan edib. O, həmin il aprelin 30-da İranın nüvə silahı hazırlamaq üzrə gizli proqramının mövcudluğuna dair sübutları dərc edən İsrailin məlumatlarını rəhbər tuturdu. İsrailin o vaxtkı baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində məlum olduğunu iddia etmişdi.
O vaxtdan etibarən nüvə danışıqlarının bərpası üçün cəhdlər olsa da, uğursuzluğa uğrayıb. Bugünlərdə isə İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri rəsmi Tehranın ABŞ-la nüvə danışıqlarını bərpa etməyə hazır olduğunu açıqlayıb. Baqeri bununla bağlı İranın hər hansı şərtini irəli sürməyib.
Bəs bu danışıqların bərpası nə dərəcədə realdır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, İranda yeni seçilən prezidentin islahatçı olması ABŞ-la danışıqların bərpasına müsbət təsir göstərə bilər. Çünki yeni dövlət başçısı Qərblə münasibətlərin normallaşdırılması istiqamətində pozitiv açıqlamalar verib. Onun sözlərinə görə, ABŞ uranın zənginləşdirilməsi məsələsində İrana qarşı əvvəlki sərt mövqeyində müəyyən yumşalmalara getməyə məcburdur: “Bu, yeni regional və qlobal situasiya, xüsusilə də Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır. Hər halda, proseslərin gedişatını zaman göstərəcək”.
Politoloq xatırladıb ki, Birləşmiş Ştatlar müxtəlif iddialar səsləndirərək Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının razılaşdırılması nəticəsində dayandırılmış genişmiqyaslı sanksiyaları bərpa etdi. Təbii ki, ixracdan gələn neft gəlirlərinin azalması İran iqtisadiyyatına özünün mənfi təsirlərini göstərir. Vaşinqton iddia edir ki, İran üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə bəzi sanksiyalar ləğv edilə bilər. “Rəsmi Tehran üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bəyan edib. Lakin ilk növbədə sanksiyaların aradan qaldırılmasını tələb edirdi. Arqument bundan ibarətdir ki, 2015-ci ildə İran ilə ABŞ və Avropa dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması” haqqındakı müqavilədən ilk olaraq ABŞ birtərəfli qaydada çıxaraq sanksiyalar tətbiq edib. İran müqavilədən çıxmayıb. Bu səbəbdən də ilk addımı rəsmi Vaşinqton atmalıdır. İranın yeni seçilmiş prezidenti islahatçı və Qərb ölkələri ilə münasibətlərin bərpasına maraqlı olan şəxs kimi təqdim olunur. Lakin məsələ ondadır ki, İrana münasibət ABŞ-da keçiriləcək prezident seçkilərindən də asılı ola bilər. Trampın İrana qarşı kəskin münasibəti hamıya məlumdur. Əgər o, yenidən dövlət başçısı seçilərsə, münasibətlərdə hər hansı dəyişikliklərin olması real görünmür. Ən azı keçmiş təcrübə bunu deməyə əsas verir. Yeni Prezident Məsud Pezeşkian Trampla anlaşa bilsə, o zaman ABŞ prosesə qayıda bilər”,- deyə R.Alıyev vurğulayıb.
Yeri gəlmişkən, qeyd edək ki, ötən ay ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı yeni sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin saytında verilən məlumata görə, ABŞ İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Antoni Blinken sanksiyaların İranın “davam edən nüvə eskalasiyasına” cavab olaraq hazırlandığını bildirib: “İranın davam edən nüvə eskalasiyasına və AEBA ilə əməkdaşlıq etməməsinə cavab olaraq biz İranın neft və neft-kimya ticarəti ilə məşğul olan qurumlara sanksiyalar tətbiq edirik. Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqik”. Belə bir şəraitdə danışıqların bərpası mürəkkəb görünür. Hər halda, İranın yeni rəhbərliyi bu prosesin reallaşmasına maraqlıdır. Bu baxımdan, rəsmi Tehranın ilk addımı atacağı istisna deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

