Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 2012 - Qəbələ RLS, 2024 - Qarabağ sülhməramlıları - "hər şeyin öz zamanı” prinsipi yenə qalib gəldi...

2012 - Qəbələ RLS, 2024 - Qarabağ sülhməramlıları - "hər şeyin öz zamanı” prinsipi yenə qalib gəldi...

17.04.2024 [21:00]

2012- ci ildə Qəbələ RLS- dəki rus hərbi bazasının Azərbaycanı heç bir gərginlik olmadan tam qarşılıqlı anlaşma şəraitində tərk etdiyi kimi, bu gün də rus sülhməramlılarının eyni vəziyyətdə Qarabağdan çəkildiyinin şahidi olduq.

Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:

“Hər 2 halda ölçülü- biçili hesabların özünü doğrultduğu kimi, bir çoxlarının da proqnozları və ittihamçı mülahizələri alt - üst oldu. Məlumdur ki, 2012- ci ildə rusların Qəbələ RLS- dən xoşluqla gedəcəyinin mümkünsüzlüyünə dair proqnozlar verilirdi. Alt- üst oldu. Deyirdilər ki, rus hərbçilərinin Qəbələdən getməsi iki dövlətin arasında gərginlik  mərhələsi açacaq. Heç bir gərginlik olmadı. Əksinə, sonrakı mərhələlərdə  Azərbaycan- Rusiya münasibətlərinin strateji müttəfiqliyə yaxınlaşmasını və 44 günlük müharibə kontekstində çox yüksək səviyyəyə çatdığını gördük.

Sülhməramlılar barədə də mütləq çoxluğun fərqli fikirləri var idi . Əksəriyyət "ruslar getmək üçün gəlməyiblər ki" deyirdi. Belə fikirlər də üstünlük təşkil edirdi ki, "sülhməramlıların ilk 5 ildən sonra çıxması Azərbaycan- Rusiya münasibətlərinə gərginlik vəd edir". Göründüyü kimi, bu proqnozlar və ya radikal müxalif düşərgədən gələn mülahizələr də özünü doğrultmadı. Sülhməramlılar ilk 5 illik müddətin sonunu gözləmədən Azərbaycanı tərk etdilər.

Yenə də Azərbaycan - Rusiya münasibətlərində heç bir reqres  əlaməti hiss olunmadı . Əksinə, bu qərarın iki ölkənin ali rəhbərliyinin qarşılıqlı anlaşması əsasında verildiyi rəsmi təsdiq edildi.

Azərbaycan diplomatiyasının tarixində nəzərəçarpan böyük hadisədir.  Rusların Qarabağda olduqları 3 ildən bir qədər artıq müddətdə Azərbaycanla Rusiyanın hərbi- siyasi rəhbərliyi arasında heç bir gərginlik, mürəkkəbləşmə və ya anlaşılmazlıq yaşanmadı. Bu vəziyyət ilk növbədə iki ölkənin münasibətlərinin strateji məzmunundan irəli gəlirdi.

Son 3 ildə baş verən hadisələri İlham Əliyevin məşhur "hər şeyin öz zamanı"  prinsipi  çərçivəsində sıralasaq ,fəth edilmiş diplomatik- geosiyasi hədəflərin belə bir mənzərəsi alınır:

1.Çoxları Dağlıq Qarabağ probleminin uğurlu həllinə inanmırdı . İnanılmaz sayılanlar  gerçək oldu. Zamanı və geosiyasi şəraiti İlham Əliyev seçmişdi. 

2.Xankəndidə separatizm yuvasının söndürüləcəyinə bir  çoxları inanmır, bir çoxları Xankəndisiz "Dağlıq Qarabağ münaqişəsinin yarımçıq həllindən" danışırdı. İnanılmaz şeylər yenə gerçək oldu . Xankəndidə separatizm yuvası  tam söndürüldü, xunta liderləri əsir alındı. 44 günlük müharibədən sonrakı Antiterrorun zamanını  və geosiyasi şəraitini də İlham Əliyev seçmişdi. Və düz  seçmişdi...

3.Rus sülhməramlılarının bu şəkildə gedəcəyi də  mütləq çoxsaylı insanların inanmadığı hadisə idi. Ancaq bu da gerçək oldu. Hər şeyin "öz zamanına bağlı olmasını deyən İlham Əliyev yenə haqlı çıxdı....”

Paylaş:
Baxılıb: 157 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30