Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfər Günü münasibətilə Göygöldə tədbir keçirilib

Zəfər Günü münasibətilə Göygöldə tədbir keçirilib

03.11.2021 [17:31]

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Respublika Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov Zəfər Gününün əhəmiyyətindən bəhs edib: “Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən xilas edilməsi müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək”.  

Sonra çıxış edən Respblika Süni Mayalanma Mərkəzinin direktoru, YAP üzvü Elton Əbdulrəhmanov vurğulayıb ki, məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib: “Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinin yazılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin dekabrın 1-də Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı”

Daha sonra YAP Göygöl rayon təşkilatının məsləhətçisi Aygün Həsənova, Respublika Süni Mayalanma Mərkəzi ərazi ilk partiya təşkilatının sədr müavini Şəfa Fəzliyeva və digərləri  tədbirdə çıxış edərək bildiriblər ki,  44 günlük savaşın nəticəsi olaraq ərazi bütövlüyümüz bərpa olunub, təcavüzkarlar işğal edilmiş torpaqlardan qovulub, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planlarının üstündən isə həmişəlik xətt çəkilib.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31