Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib

“Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib

15.06.2021 [08:34]

İyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Milli Qurtuluş Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin “Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib. Videokonfransda YAP Veteranlar Şurasının üzvləri, YAP Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şamaxı rayon təşkilatlarının Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.

Tədbirin moderatoru, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə böyükmiqyaslı təhlükələrlə üzləşib. YAP Veteranlar Şurasının sədri xüsusi olaraq vurğulayıb ki, 1990-cı illərin əvvəlləri ölkəmiz və xalqımız üçün ən faciəli dövr olub: “Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Ozamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi yaşayırdı.  Tarixinin bu böhranlı məqamında xalq ümidini Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə iyun hadisələri zamanı xalqın təkidli tələbi Ulu Öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu”.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Milli Qurtuluş Gününün Azərbaycanın tarixində müstəsna rol oynadığını bir daha yada salıb: “Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkə parçalanmaq təhlükəsindən xilas edildi, vətəndaş müharibəsinin qarşısı alındı, nizami ordu yaradıldı. Məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi”.

Arif Rəhimzadə bildirib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir.

Daha sonra YAP Veteranlar Şurasının üzvü, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək 15 iyunun  sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün olduğunu vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub”.

Vətən müharibəsinə diqqət çəkən Əhliman Əmiraslanov deyib ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə, dövlətçilik tarixinin mühüm hadisəsidir: “Biz qalib xalqıq.  Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın təkcə lider dövlətinin deyil, həm də qalib dövlətinin vətəndaşı olması ilə fəxr edir. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir”.

Xatırladaq ki, videokonfransda YAP Xızı rayon təşkilatından İman Ağayev, Şamaxı rayon təşkilatından Nuranə Məmmədova, Quba rayon təşkilatından Əhməd Bəkirli, Xaçmaz rayon təşkilatından Fərid Musayev və Şabran rayon təşkilatından Fərid Bağırzadə partiyanın Veteranlar Şurasının üzvlərinə suallar ünvanlayıblar.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30