Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

10.04.2021 [09:13]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Sabirkənd, Düyərli kəndlərində şəhid ailələrinin üzvlərini və qazilərimizi ziyarət ediblər. Ziyarət zamanı təşkilat üzvləri şəhid ailələrinə başsağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar.

Rayon təşkilatının sədri Fəxrəddin Vəliyev görüş zamanı bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlət başçımızın şəhid ailələrinin, qazilərin sosial qayğılarına göstərdiyi böyük diqqət cəmiyyət üçün də nümunə təşkil edir. Təsəllimiz şəhidlərin qanının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Şəhid ailələri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 405 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31