Ana səhifə »  YAP xəbərləri »  YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib
A+   Yenilə  A-
YAP İcra Katibliyində “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, xalqımızın Vətən müharibəsində Qələbəsinə həsr olunan “Xilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qoparılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.
Mübariz Qurbanlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı siyasət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistanın hərbi təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunmasını təmin etdi. Xalqımızın tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında cənab Prezidentin liderlik keyfiyyətlərindən irəli gələrək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eyni zamanda, xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev milli maraqları ifadə edən qətiyyətli siyasət yürütməklə özündə yüksək şəxsi keyfiyyətləri, milli dəyərləri və təcrübəli idarəetmə bacarığını birləşdirən Lider olduğunu sübut etdi.
“Bu siyasət, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə bizim şərəf tariximizdir. Bu tarixi qələmə almaq, təbliğ etmək, gənc və gələcək nəsillərə ötürmək olduqca vacibdir”, - deyən Mübariz Qurbanlı bu baxımdan Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, dörd fəsildən ibarət olan kitabda mühüm istiqamətlər var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.
Mübariz Qurbanlı əmin olduğunu bildirib ki, Azərbaycanın müstəqil qalibiyyət tarixinin geniş əhatə olunduğu dəyərli mənbə kimi “Xilaskar İlham Əliyev” kitabı həm siyasi-ideoloji məzmununa, həm də ədəbi-bədii dəyərinə görə böyük oxucu marağına səbəb olacaq.
Milli Məclisin Sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli söyləyib ki, “Xilaskar İlham Əliyev” kitabında xüsusi diqqətçəkən məqam qətiyyətli, hünərli, iradəli sərkərdə portretinin yaradılmasıdır. Aprel döyüşlərindən etibarən ötən müddət ərzində Azərbaycanın atdığı addımlar, dünyaya bəyan etdiyi fikirlər və digər məsələlər kitabda xronoloji ardıcıllıqla əksini tapıb. Kitabda proseslərə problem yanaşma da əksini tapıb. Elə məsələlər var ki, bu, Azərbaycanın hüdudlarından kənara, dünyaya verilən mesajdır: “44 günlük müharibədən sonra Zəfər paradı keçirildi. Orada ölkə Prezidenti cənab İlham Əliyev kürsüdən bütün dünyaya bəyan etdi ki, biz qalib gəldik, haqq işimizi yerinə yetirdik. Beynəlxalq təşkilatların görə bilmədiyi işi gördük. Azərbaycanın dövlətçilik tarixi var və biz bu tariximizi, ədaləti, haqqı bərpa etdik”.
Kitabın sonuncu yazısının fəlsəfi, rəmzi məna daşıyan “Allahın evi - Ağdam məscidi” olduğunu deyən Sədr müavini bildirib ki, zahirən elə görünür ki, Ali Baş Komandan bu məscidə sadəcə ziyarətə gəlib: “Amma bu tarixi səfərlə bütün müsəlman dünyasına bəyan edilir ki, məscid bizim ərazimizdə yerləşir, ancaq bura bütün müsəlmanların Allah evidir. Bu Allah evinə ermənilər tərəfindən edilən təcavüz bütün müsəlman evinə törədilən təcavüzdür”.
Fəzail İbrahimli vurğulayıb ki, bu kitab bizim döyüş şücaəti ənənələrimizin özümüzə qaytarılmasının tarixindən yazır, 200 ildir ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin necə uğursuzluqla sonlandığından bəhs edir: “Kitabın ümumi qayəsində bir çağırış var: Ey Azərbaycan insanı, bil, düşün, dərk et və əməl et. 200 ildən artıq xristian ağuşuna sığınan, başımıza güllə və qumbara yağdıran, 12 aylıq təqvimin 10 ayında bizə qarşı faciə törədən düşməni məğlub etdik”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev söyləyib ki, kitab Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana yaşatdığı zəfər tarixindən bəhs edir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışığın mövzusu deyil. Azərbaycan heç vaxt imkan verməyəcək ki, onun torpaqlarında ikinci bir erməni dövləti yaradılsın: “44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, qəhrəman, rəşadətli Azərbaycan əsgər və zabitləri torpaqlarımızı düşmən işğalından azad etdi. Bununla Azərbaycan bütün dünyaya özünün dövlətçilik ənənələrini, güclü dövlət olduğunu, müstəqil olduğunu və müstəqil siyasət yeritdiyini, eyni zamanda, ən sülhpərvər, tərəqqipərvər dövlət olduğunu göstərdi”.
Bəxtiyar Əliyev vurğulayıb ki, şanlı zəfər salnaməsi də adlandıra biləcəyimiz bu əsərdə istər 2016-cı il Aprel döyüşlərini, istərsə də Vətən müharibəsinin 44 günü ərzində baş verən hadisələri günbəgün, saatbasaat özündə əks etdirən yazılar əksini tapıb. “Xilaskar İlham Əliyev” kitabında yeni tariximizdə baş verən digər mühüm hadisələrə də peşəkarlıqla qiymət verilib və sanballı araşdırmalarla oxucuda dəqiq təsəvvür, düzgün qənaət formalaşır.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, ərsəyə gətirilən nəşr Azərbaycan üçün tale kitablarından biridir. Əsərdə əsas istiqamət Azərbaycanın xilasına gedən yolun və 33 ildir davam edən münaqişəyə son qoyan qətiyyətli siyasətin izahıdır. Bu problemin həllində xilaskarlıq missiyasını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti kitabda geniş şəkildə təqdim olunur.
Kitabın bu böyük tarixi hadisəni izah etmək baxımından məntiqi struktura malik olduğunu diqqətə çatdıran N.Cəfərov deyib ki, nəşrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir: “Bütün məqamlarda, istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində mükəmməl bir xilaskar obrazı bu kitabda ətraflı yaradılıb. Düşünürəm ki, bu kitab yalnız müəllifin deyil, bütün xalqın əsəridir. Çünki burada xalqın tarixi zəfərə münasibəti, ruhu, əhval-ruhiyyəsi də öz əksini tapıb. Tarixin düyün nöqtələrini ifadə edən belə əsərlər təəssüf ki, tez-tez yaradılmır. Əlamətdar haldır ki, kitabda publisistik epos qüdrəti də hiss olunur”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabını oxuyanda Ulu Öndər Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün apardığı müharibədir” kəlamı xatırlanır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətlərinə sədaqətlə əməl edərək Onun siyasi kursuna əsaslanıb özünəməxsus cəsarət, qəhrəmanlıq və qətiyyət göstərdi. Xalqın, ordunun birliyi, şücaəti sayəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi, dövlətimizin bütövlüyünü təmin etdi.
T.Rzayevin sözlərinə görə, bütün bu tarixi gerçəkliklər, ölkə başçısının dəyərli fikirləri, uğurlarımızın doğurduğu əhval-ruhiyyə, keçirdiymiz həyəcanlı anlar, qələbə sevincləri “Xilaskar İlham Əliyev” kitabının ana xəttini təşkil edir. Həm də torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizənin bir salnaməsi kimi müharibənin canlı mənzərəsini özündə əks etdirir: “Bəxtiyar Sadıqov jurnalist istedadı ilə Prezidentin simasında vətənpərvərliyi, sədaqəti, bəşəri dəyərləri, vətən eşqini, qələbə əzmini ustalıqla canlandırmağa müvəffəq olub və əsl Ali Baş Komandan, torpaqlarımızı işğaldan xilas edən, xalqı müqəddəs istəyinə qovuşduran, ədalətsiz dünyaya ədalət dərsi keçən, əsrlərlə sağalmayan yaralarımıza məlhəm qoyan yenilməz bir xilaskar obrazı yaradıb”.
YAP Xətai rayon təşkilatının sədri, professor Hüseynbala Mirələmov bildirib ki, Vətən müharibəsində qazanılan qələbə nəticəsində cənab İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin yeni şərəf və qəhrəmanlıq salnaməsi yazıldı. Bu zəfər nəticəsində yaranan yeni reallıq həm də qələm sahibləri qarşısında qələbəmizin işıqlandırılması, təbliği və tarixi aspektlərinin gələcək nəsillərə çatdırılması baxımından yeni vəzifələr qoyur. Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabı həm bu qələbəyə aparan yolun, həm də 44 günlük müharibədə xalqımızın zəfərinin ilk salnaməsidir, Vətən müharibəsinin tarixidir. Cənab İlham Əliyevin bizi böyük Zəfərə yetirmiş siyasətinin yığcam tarixi-sənədli ifadəsidir.
Hüseynbala Mirələmovun sözlərinə görə, I Qarabağ müharibəsinin veteranı olan, məqalələri və kitabları ilə ilk müharibənin sənədli salnaməsini yaradan Bəxtiyar Sadıqovu o illərdə üzləşdiyimız faciələr, yol verilən yanlışlar, başımıza gələnlər, itkilərimiz həmişə ağrıdıb və o, bu ağrılarını həmin dövrün həqiqətlərinə işıq salan yazıları ilə ovutmağa çalışıb. Onun “Qeyrət və xəyanət”, “İnsan və zaman”, “Həqiqət və yalan”, “Ömrün söz yadigarı” kitablarının da əsas mövzusu Qarabağ münaqişəsidir, vətənpərvərlik mövzusudur: “Belə kitablar yazmaq hər bir qələm sahibinin borcudur. Bu, keçmişi unutmamaq, onu gələcək nəsillər üçün sənədləşdirmək, xalqın ən böyük qələbələrinin müəllifi olan böyük şəxsiyyətlərimizin haqqını yaşatmaq və Qarabağımıza sahib çıxmaq borcudur”.
YAP Gənclər Birliyinin fəalı Günay Vəlizadə “Xilaskar İlham Əliyev” kitabını 44 günlük Vətən müharibəsinin tarixi salnaməsi kimi qiymətləndirib və gələcəyin tarixçilərinə, oxucularına 2020-ci ilin zəfər tarixini öyrənmək üçün dəyərli bir mənbə olacağını söyləyib: “Bizim canlı şahidi olduğumuzu tarixi hadisələri gələcək nəsillər məhz bu kitabdan oxuyacaqlar. Azərbaycanın zəfər tarixini özündə əks etdirən bu nəşr 4 fəsildən ibarət olmaqla xronolji ardıcıllıqlara bölünüb. Kitabda Aprel döyüşlərindən başlayaraq zəfər günümüzə qədər olan mərhələ, şanlı Ordumuzun müharibəyə fiziki və psixoloji cəhətdən hazırlığı öz əksini tapıb”.
“Xilaskar İlham Əliyev” kitabının müəllifi Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi və tarixi ədaləti bərpa etdi. Bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev “dəmir yumruğu” ilə düşmənin başını əzib, belini qırdı! Bununla da müasir Azərbaycan tarixinin şanlı zəfər salnaməsi yazıldı. 200 illik tarixi olan münaqişənin həlli nəticəsində qalib xalq və məğlubedilməz dövlət kimi özümüzü yenidən təsdiq etdik.
Bəxtiyar Sadıqov vurğulayıb ki, Prezident İlham Əliyev 17 illik rəhbərliyi dövründə xalqımızı 44 günlük zəfərə addım-addım yaxınlaşdırdı: “Tarixinin ən güclü Azərbaycanını yaratdı, bütün xalqımızı bu amal ətrafında birləşdirdi. Ən müasir silahlarla, hərbi texnikalarla təchiz edilmiş qüdrətli ordu formalaşdırdı. Cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığını ən uca mərhələyə yüksəltdi”.
I Qarabağ müharibəsinin iştirakçısı olan müəllif vurğulayıb ki, əgər 1990-cı illərin əvvəlində AXC-“Müsavat” cütlüyü səriştəsizliyi, təcrübəsizliyi üzündən Azərbaycanı məğlub dövlətə çevirmişdisə, cənab İlham Əliyev Azərbaycanı qalib dövlət etdi, qürurumuzu özümüzə qaytardı, bizi böyük zəfərə çatdırdı: “Bu gün fəxr edirik ki, qalib millətik və İlham Əliyev kimi Ali Baş Komandanımız var. Cənab İlham Əlyev 44 günlük müharibədə tək Ali Baş Komandan kimi fəaliyyət göstərmədi. Həm də sonadək diplomatiya cəbhəsində, informasiya müharibəsində savaşdı. Azərbaycana qarşı yönələn təzyiqlərin hamısını neytrallaşdırdı. Prezidentimiz “dəmir yumruğu” ilə düşməni yerlə-yeksan etdi”.
“Xilaskar İlham Əliyev” kitabını həm də dədə-baba yurdu işğaldan azad olunan bir qarabağlı kimi Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissi ilə qələmə aldığını söyləyən müəllif qeyd edib ki, nəşr indiki və gələcək nəsillər üçün zəfər salnaməmizi, yeni tariximizi əks etdirir.
Təqdimata yekun vuran Mübariz Qurbanlı deyib ki, bu tədbiri həm də nəsillərin görüşü adlandırmaq olar. Çünki burada həm keşməkeşli tariximizin birbaşa iştirakçısı, şahidi olmuş insanlar, həm də bu hadisələri kitablardan oxuyan gənclər iştirak edir. Gələcək nəsilllər bu kitab vasitəsilə Zəfər tariximizi daha yaxından, ən əsası isə, daha doğru formada öyrənəcək, özlərində düzgün yanaşma formalaşdıracaqlar.

 
  • Oxunub:  2160  |  
  • Tarix:  23-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur
03 Mart 11:03
Cari ildə Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,5 milyon dollar gəlir əldə edib
03 Mart 11:01
Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır
03 Mart 10:47
Dövlət qulluğu vəzifələri üzrə imtahan vermiş namizədlər haqqında statistik məlumatlar açıqlanıb
03 Mart 10:39
“Azeri Light” neftinin bir barreli 64,25 dollara satılır
03 Mart 10:38
Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək səviyyəsindədir
03 Mart 10:34
Pakistan hərbi nümayəndə heyəti ölkəmizdə səfərdədir
03 Mart 08:45
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
03 Mart 08:43
Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub
03 Mart 08:36
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb
03 Mart 08:30
“Peyvənd vurdur və xəstəlikdən uzaq ol”
03 Mart 08:29
Məğlub Ermənistanda siyasi qarşıdurma şiddətlənir
03 Mart 08:28
Gültəkin Hacıyevanın sosial şəbəkədə cılız qara piar kampaniyası
02 Mart 19:52
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir
02 Mart 18:55
Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndinin videogörüntülərini paylaşıb - VİDEO
02 Mart 18:54
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İnsan Haqları Fəaliyyət Proqramını beynəlxalq ictimaiyyətə elan edib
02 Mart 18:52
Mikayıl Cabbarov: Dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb
02 Mart 18:50
“Sabahın alimləri” X respublika müsabiqəsi yekunlaşıb
02 Mart 18:48
Menecerlərin ixtisasının artırılması sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı möhkəmlənir
02 Mart 18:42
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
02 Mart 18:41
Antarktida nəhəng aysberq təhlükəsi yaranıb
02 Mart 18:23
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
02 Mart 18:21
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi ilə İdman Akademiyasında görüş olub
02 Mart 18:19
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir
02 Mart 18:17
Hansı dərmanlar insanlar üçün ölümcül təhlükə daşıya bilər?
02 Mart 18:12
Parisdə Van Qoqun əsəri 8 milyon avroya satılacaq
02 Mart 17:51
Müdafiə Nazirliyi hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələrlə bağlı açıqlama yayıb
02 Mart 17:49
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib
02 Mart 17:45
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan dövləti hər zaman bölgədə sülhün, dinc qonşuluğun, iqtisadi əməkdaşlığın tərəfdarı olub
02 Mart 17:40
Azərbaycan –Türkiyə münasibətləri dünyada bənzəri olmayan tarixi epopeyadır...
02 Mart 17:35
Xalq öz Lideri ilə tanınar
02 Mart 17:34
Energetika sahəsində Azərbaycan-Almaniya əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib
02 Mart 17:30
İnformasıya müharibəsinin növbəti mərhələsi...
02 Mart 17:21
Orqanizmin şəkərə olan tələbatının səbəbi nədir?
02 Mart 17:19
Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf etməyə davam edəcək
02 Mart 17:03
Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib
02 Mart 16:51
Hesablama Palatasının Türkiyənin Sayıştay Başkanlığı ilə əməkdaşlığı genişlənir
02 Mart 16:42
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub
02 Mart 16:16
Azərbaycanla Tacikistan arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
02 Mart 16:10
Mərkəzi Bank: Pul bazası artıb
02 Mart 16:06
Əli Hüseynli: Azərbaycan dövləti işğal dövründə vurulmuş ziyana görə təzminat almaqda israrlıdır
02 Mart 16:04
BDU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
02 Mart 16:00
Nazir: Yanvar-fevral aylarında vergi daxilolmaları 118,7 faiz icra olunub
02 Mart 15:58
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir
02 Mart 15:52
Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu
02 Mart 15:49
Abbas Müsəvi: Azərbaycan ilə əlaqələrin inkişafı İran üçün prioritet siyasi xətt təşkil edir
02 Mart 15:07
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub
02 Mart 15:02
Qaxda səyyar “ASAN xidmət”ə bir gündə 130-dək müraciət qeydə alınıb
02 Mart 14:52
Azərbaycanda koronavirusdan 143 nəfər sağalıb, 352 yeni yoluxma faktı qeydə alınıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+3 +5