Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev və təşkilatın üzvləri Vətən müharibəsində şəhid olan Quliyev Bəhruz Firuz oğlunun ailəsini ziyarət ediblər.
YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev şəhid Bəhruz Quliyevin valideynləri ilə söhbət zamanı bildirib ki, onların övladları igidlik, fədakarlıq, şücaət göstərərək 30 ildir işğal altında olan torpaqlarımızın azad edilməsi zamanı şəhid olub. Belə qəhrəman övlad yetişdirdiklərinə görə onlara minnətdarlıq edən Hatəm Qocayev şəhid ailələrinə dövlət tərəfindən diqqət və qayğı göstərildiyini deyib. Qeyd olunub ki, hər bir şəhid ailəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Azərbaycan dövlətinin daim diqqətindədir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün şəhidlərimizə və onların ailələrinə verilən yüksək dəyər yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə bir nümunədir.
- Oxunub: 2340 |
- Tarix: 19-02-2021 |
-
Çap et |