Ana səhifə »  YAP xəbərləri »  “Zəfər salnaməsi”
A+   Yenilə  A-
“Zəfər salnaməsi”

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən bəhs edən “Zəfər salnaməsi” kitabı nəşr olunub.
Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diplomatiya və informasiya cəbhələrində qətiyyətli mübarizə aparması, şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi nəticəsində tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər əksini tapıb.
Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm Qələbə qazanması, uzun müddətdir Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən nadir nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.
O da xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə mahir strateq nümunəsi ortaya qoymaqla yanaşı, informasiya müharibəsində Azərbaycanın haqq-ədalət səsi oldu, qətiyyətlə və cəsarətlə bütün təzyiqləri dəf etdi, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev ötən müddət ərzində hücum diplomatiyası həyata keçirməklə, müxtəlif beynəlxalq kürsülərdən tarixi həqiqətləri, Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə əlaqədar vacib hüquqi və siyasi məsələləri diqqətə çatdırmaqla, dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə dəyişməsini təmin etdi. Qeyd edilməsi vacib olan ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı ardıcıl uğurlarına paralel olaraq, dövlətimizin başçısı dünyanın nüfuzlu nəşrlərinə müsahibələri, xalqa müraciətləri zamanı bütün reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı, erməni yalanlarını ifşa etdi, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyasını iflasa uğratdı. Bunun nəticəsidir ki, beynəlxalq mediada Azərbaycanın haqlı, ədalətli mövqeyini əks etdirən çoxlu sayda məlumatlar, təhlil xarakterli materiallar tirajlandı, müxtəlif süjetlər yayımlandı. Bu isə informasiya müharibəsində Azərbaycanın mütləq üstünlüyünü təmin edən mühüm amil oldu.
Bu gün də bəhs olunan məsələləri özündə ehtiva edən materiallar nəşr olunur, yerli və beynəlxalq auditoriyanın - geniş ictimaiyyətin diqqətinə təqdim edilir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə nəşr olunan “Zəfər salnaməsi” adlı kitabda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhələrində apardığı uğurlu və qətiyyətli mübarizə, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı döyüş meydanında öz sözünü deməsi və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməsi ilə əlaqədar məsələlər öz əksini tapıb.
“Şərq-Qərb” mətbəəsində işıq üzü görən 536 səhifəlik nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətləri, müharibə reallıqları ilə bağlı dünyanın aparıcı televiziya kanallarına, informasiya agentliklərinə və qəzetlərinə verdiyi müsahibələr, Türkiyənin, eləcə də müxtəlif ölkələrin hökumət və dövlət başçıları ilə görüşləri zamanı çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə də Şuşanın işğaldan azad olunması ilə əlaqədar Şəhidlər xiyabanından xalqımıza səslənməsi öz əksini tapıb. Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur!” fikirlərinin ardınca Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer alan, bu gün də fəxrlə ifadə etdiyimiz “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə yer verilib.
Yeri gəlmişkən, nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışının yer alması müstəsna əhəmiyyətə malikdir. O mənada ki, Vətən müharibəsində əsas şüara çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi” çağırışı məhz bu sessiyada Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və cəsarətlə bəyan edilmişdi.
Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin, informasiya agentliklərinin və televiziya kanallarının jurnalistlərinin bəzən qərəzdən, bəzən isə məlumatsızlıqdan irəli gələn qeyri-adekvat suallarını səbirlə, təmkinlə, diplomatik tərzdə cavablandırması, bu müsahibələri ilə həm işğalçı Ermənistana, həm də dünyaya tarix, hüquq və qürur dərsi keçməsi oldu. Məhz bu mühüm məqamlar da ətraflı şəkildə “Zəfər salnaməsi”ndə yer alıb.
Nəşr oxuculara, həmçinin dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünün mühüm məqamlarını çatdırıb. Həmin görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” sözləri 44 günlük Vətən müharibəsində Azərbaycanın unudulmaz tarixi zəfərini təmin edən amillərin həm daxili, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılması baxımından çox önəmli fikirlər kimi nəşrdə əks olunub.
Kitabda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə də geniş yer ayrılıb.
“Zəfər salnaməsi” Bakının Azadlıq meydanında Vətən müharibəsində şanlı Qələbəyə həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının dərin məzmunlu nitqi və tarixi əhəmiyyətə malik fikirləri öz əksini tapıb.
Bunlarla yanaşı, ölkə Prezidentinin işğal altında olan torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində paylaşdığı müjdəli xəbərlər də kitabın səhifələrini bəzəyir.
Bir sözlə, “Zəfər salnaməsi” Azərbaycanın tarixi ədalətin bərpası uğrunda mübarizəsi ilə əlaqədar faktların öyrənilməsinə və möhtəşəm qələbəmizlə bağlı həqiqətlərin təbliğinə imkan verən çox əhəmiyyətli, zəruri informasiyalarla zəngindir. Nəşr, bütövlükdə, Azərbaycanın tarixi zəfərinin ayrı-ayrı məqamlarını özündə əks etdirən dəyərli, zəngin və mötəbər mənbədir.

 
  • Oxunub:  1740  |  
  • Tarix:  19-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 09:13
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
25 Fevral 09:07
“CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır
25 Fevral 09:05
Ermənistanda siyasi qarşıdurma kəskinləşir
25 Fevral 09:04
Savadsızlıq, yoxsa qərəz?
24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA