Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Rüstəm Nağıyev: Şuşa Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır

Rüstəm Nağıyev: Şuşa Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır

04.02.2021 [09:12]

“Təcavüzkar Ermənistan ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yanaşı, milli-mədəni abidələrimizə, milli sərvətlərimizə qarşı da amansız vəhşilik törədib. Ölkə Prezidenti cənab İlham Əliyev Şuşa səfəri zamanı çıxışında bildirdi ki, ermənilər tərəfindən 67 məscid dağıdılıb və yararsız hala salınıb. Onların vandalizm hərəkətləri nəticəsində tarixi abidələr, dünyanın incisi sayılan mədəni irs nümunələri məhv edilib. Oradakı vəziyyət hər şeyi açıq şəkildə ortaya qoyur. İnanırıq ki, yaxın gələcəkdə dövlətimizin apardığı uğurlu abadlıq-quruculuq siyasəti nəticəsində Şuşada və digər regionlarımızdakı tarixi-mədəni abidələrimiz bərpa olunacaq”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib.
“Şuşada bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanın inkişaf tarixi birbaşa Azərbaycanla bağlıdır. Ermənilərin orada “yaşama tarixi” kimi bir anlayış yoxdur və bunu onlar özləri də bilirlər. Sadəcə olaraq, işğal faktından istifadə edərək məscidləri, tarixi irsimizi dağıdıb özləri üçün yeni bir tarix yaratmaq istəyiblər. Bu, uğursuz bir addımdır. Şuşa Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçasıdır. Cənab Prezidentimiz Şuşaya səfəri zamanı çıxışında da bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyev müasir Şuşanın inkişafında müstəsna rol oynayıb. Bu gün hər bir tarixi mənbə, tarixi abidə, o cümlədən müasir tikililər Şuşanın tarixi Azərbaycan şəhəri olmasını təsdiqləyir. Sevindirici haldır ki, artıq Şuşada yeni infrastruktur quruculuğu prosesinə start verilib və yaxın zamanlarda bu tarixi yurdumuz yenidən mədəni tədbirlərin keçiriləcəyi ünvana çevriləcək”, - deyə YAP Gədəbəy rayon təşkilatının sədri əlavə edib.
PƏRVİZ

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30