Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və təşkilatın Gənclər Birliyinin fəalları Şəhidlər xiyabanına və II Fəxri xiyabana gələrək Vətən müharibəsində şəhid olmuş qəhrəmanların məzarını ziyarət ediblər.
Ziyarətçilər şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla anıblar.
YAP Nəsimi rayon təşkilatından verilən məlumata görə, rayon təşkilatının nümayəndələri bu günlərdə Nəsimi rayonundan olan şəhid ailələrinə və qazilərə də baş çəkib, onların sağlamlığı və qayğıları ilə maraqlanıblar.
MÜŞFİQƏ
- Oxunub: 2220 |
- Tarix: 09-01-2021 |
-
Çap et |