Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq

Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq

03.12.2020 [10:11]

“28 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Laçın rayonu azad olundu. Rəşadətli Azərbaycan Ordusu dekabrın 1-də Laçına daxil oldu. Bu şanlı zəfər, gözəl gün münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən laçınlıları ürəkdən təbrik edirəm”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.
O bildirib ki, Laçın rayonu bir güllə atmadan, şəhid vermədən işğaldan azad edildi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın güclü ordusu, qəhrəman əsgərlərimiz müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi, düşmən ordusu məhv edildi. Beləliklə, məğlub duruma düşən Ermənistan hakimiyyəti kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Rayon təşkilatının sədrinin sözlərinə görə, imzalanmış razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən işğaldan azad edilməsi xalqımızın, dövlətimizin möhtəşəm qələbəsidir: “Bu qələbə, eyni zamanda, siyasi qələbədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, döyüş meydanında hərbi üstünlüyümüz siyasi müstəvidə də üstünlüyümüzü təmin etdi və düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bilirsiniz ki, Laçın rayonu da Azərbaycanın ən səfalı, füsunkar gözəlliyə malik olan bölgələrindən biridir. Təəssüf ki, erməni vandalları 30 ilə yaxın müddətdə Laçına qarşı da görünməmiş vəhşiliklər ediblər. Bütün bunlara görə, ermənilər cavab verəcəklər. Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq, rayonda böyük quruculuq işləri görüləcək, insanlar öz doğma yurdlarına qayıdacaqlar! Beləliklə, Laçın həsrəti də sona yetdi! Qarabağ Azərbaycandır!”.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30